ALLAHIN ELÇİSİ (HƏYAT İDEALLARI-1)
MÜƏLLİF: HƏBİBULLAH ƏHMƏDİ
TƏRCÜMƏ EDƏN: MƏHƏMMƏD TURAN
MÜQƏDDİMƏ
Tərcümeyi-halın əhəmiyyəti
Tarixə baxış və hekayətçilik şirin və cazibəli, eyni halda, xəyallarla baş
qatıcıdır. Lakin ötənlərdən götürülən ibrət yol bələdçisi, keçmişlərin təcrübəsi
isə bəşəriyyətin qorxulu və sonsuz səfərində bir ehtiyatdır. Talehlər cəmiyyətin
seçiminə məruz qalmış üsullardır. Hansı ki, talehin üsuldan fərqlənməsi
qanunlara və ilahi istəyə ziddir.
«Allahın üsulları dəyişməz və
dağılmazdır». («Fatir» 43). Buna görə də cəmiyyətin quruluşu üsula, Quran
təbirincə
«ilahi sünnətlərə» əsaslanmalıdır.
Cəmiyyətin rəhbərləri özlərinə və ardıcıllarına taleh taleh təyin edir, cəmiyyət
və tarixə istiqamət verib, formalaşdırırlar. Bu rəhbərlər həqiqətpərəst və azğın
olmaqla iki qurupa bölünüb, bir qismi millətləri qurtuluşa, digər bir qismi isə
xalqı zəlalətə apararlar.
«Səadətə çatanların sonu behişdir». («Hud» 108).
«Bədbəxt olanların aqibəti oddur». («Hud» 106).
Yol göstərən bir kitab olan Quran həqiqətpərəst və azğın rəhbərlərin iki
şivəsini aşkar təsvir edir. Bununla huşyar insanlara qurtuluş yolu göstərilir.
Acı və şirin fitnələrdən, sınaqlardan başıuca çıxmaq üçün nur yolunun
yolçularından nümunə götürülməsi, ovçu toruna düşməmək üçün azğınlıq
havadarlarından kənar durmaq tapşırılır.
Bu səbəbdən də nur aşiqləri və zülmət yolçularının simasının təsviri öz yerini
alır və bu təsvir vaxt keçirmək üçün yox, nümunə götürüb, cilalanmaq üçündür.
Peyğəmbərlər, peyğəmbər yoldaşları, qabillər, nəmrudlar, fironlar və calutlar
haqqında deyilənlər eyni məqsəd daşıyır.
«Peyğəmbərlər haqqında sənin üçün
danışdığımız hekayələr qəlbini möhkəmlətmək üçündür. Bu hekayələrdə sənin üçün
göstəriş, həqiqət yolunu gedənlər üçün ibrət vardır. («Hud» 121).
Peyğəmbərlərin əhvalatını təkrarlamaq həmin bu məqsədlərlədir – qəlblərin
möhkəmlənməsi, batilə qalbi gəlməyin yolları. Eləcə də, günahkarların aqibətini
təkrarlamaq başqalarına ibrət üçündür.
«Kafirlərə aydın olmadımı ki,
yerlərində oturduqları neçə-neçə nəsilləri məhv etdik? Həqiqətən bunda ağıl
sahibləri üçün ibrətlər var». («Ta-ha» 128).
Buna görə də keçmişə iki növ baxış mümkündür: Birincisi hekayətçilik və məhdud,
baş qatıcı hadisələrə baxış; İkincisi, geniş bəşər həyatının qaməti tək uca
əhatəli ibrət və örnək götürülməsi. Bu mövzunun əhəmiyyətini artıran həyat
yollarının təsviri, adətlərin aydınlaşmasıdır. Burada sadəcə tarixçilik nəzərdə
tutulmur. Bu iki baxış bir-birindən fərqləndirilməlidir. Hadisələrin, onları
törədən amillərin təhlili keçmişlərin üsulunu gələcəyə ötürən göstərişlərdir.
Söhbəti daha da qiymətli edən rəhbərlərin və millətlərin keçdiyi yolların
araşdırılması, bir millətin tərəqqiyə, o birinin tənəzzülə tuş gəlməsi
səbəblərinin müəyyən edilməsidir. Yoxsa, sadəcə bir millətin başına nələr
gəldiyini xəbər vermək həyata baxış, tarixçilikdir. Birinci ikincidən bəhrələnsə
də, o daha dəyərlidir.
ÜÇ QƏLƏM, İKİ XƏTƏR!
1-TƏHRİF QƏLƏMİ
Tarix, eləcə də dinlərin, hadisələrin, tarixi şəxsiyyətlərin, millətlərin
təhlili üç qələmlə yazılır. Bəziləri etiqad və hadisələrə, onların təhlilinə
birtərəfli yanaşır, əqidələri öz anlayışına əsasən, olmuşları öz məqsədinə uyğun
qələmə alır. Bəzən nəfs istəklərindən, bəzən də biganələrin təsirinldən hərəkətə
gələn bu qələmləri, haqlı olaraq, təhrif qələmi adlandırmaq mümkündür. Çünki bu
qələmlər istər məlumat, istərsə də təhlildə yanlışlıqlara yer verib, düşüncələri
gerçəkliklərdən uzaqlaşdırırlar. Bu qələmlər ictimai hadisələrin təsfirində
başlıca rol oynayırlar. Gerçəkliklər fırıldaqçı şəxsiyyətlərlə əsaslandırılır və
mütəfəkkir insanlar arxa plana keçirlər. Ona görə də bu qəlmlər təhrif qələmi
hesab olunur.
İslam dahiləri və islami xalqların tarixi də bu qələmlərdən amanda qalmayıb.
Çünki təhrif qələmləri daim zəhərli nizələr tək fəzilət və fəzilət sahiblərinin
qəlbinə nişanlanmışdır. Bu qələmin izləri mühüm şəxsiyyətlər və hadisələrin
təsvirində xüsusi ilə seçilir. Peyğəmbər (s) simasının və yolunun təsvirində, o
həzrətin mühüm qərarlarının, özünün və təyin etdiklərinin rəhbərliyinin
təhlilində həmin bu qələmlər meydana atılır, birtərəfli məqsədli araşdırmalar
aparılır. Burada islam sərhədlərinə göz dikmiş bəzi qərb şərqşünasların da
xidməti vardır.
Bu gün müxtəlif cildlərə girib, islamın ideal şəxsiyyətlərini, onun
mədəniyyətini, islam xalqlarının inamlarını hədəf seçmiş təcavüzkar qələmlər az
deyil. Məqsəd müsəlmanları dini inamlardan uzaqlaşdırmaq, onların hürriyətini
əlindən almaq, biganələrin asılılığına salmaqdır.! Bu qələmlər şəxsiyyət və
hadisələri təhrif etməklə kifayətlənməyib, dini araşdırmalara varır və dərin
təəssüf doğururlar. Dini tanımaqda biganə olduqları halda bu qələmlər
müsəlmanlara din öyrətməyi də rəva bilirlər. Onlar və daxili qərpərəstlər öz
xəyallarından ibarət olan təhlillərini din kimi təqdim etməklə iti qələmləri ilə
dini dəyərləri tənqid atəşinə tutub, yalnız özlərini haqlı bilirlər. Bunlar
təhrif qələmi zümrəsindəndirlər və müsəlmanlar onlara münasibətdə ayıq
olmalıdırlar.
2-TƏQLİD QƏLƏMİ
Digər bir dəstə başqalarının dediklərini və yazdıqlarını qətiyyən tədqiq etmədən
gələcək nəsillərə ötürməklə məşğuldurlar. Əslində bu adamların işi
surətçıxarmadır. Düzgün analiz qabiliyyətinə malik olmayan belələri məsələlərin
nə dərəcədə doğru olduğunu anlamırlar və bu səbəbdən də yol göstərə bilmirlər.
Bu qələmlər geniş şua kimi yayıldığından etibarsız olmaqla yanaşı, təqlidə
əsaslandığından cəmiyyətdə öz talehinə qarşı biganəlik yaradır. Onlar cəmiyyətin
təhlil, axtarış istedadını öldürüb, səhv anlayışlar formalaşdırırlar. Nəticədə
ətalət yaranır və cəmiyyət inamsız, itaətkar tərbiyə edilir.
3-TƏHQİQ QƏLƏMİ
Yalnız bir qələm dəyərlidir, tərifəlayiqdir. Bu qələm inamları və hadisələri
araşdıraraq təsfir edir, düşüncəli təhlil aparır, eşidənlərə, mütaliə edənlərə
gözübağlı yanaşmır. Bu qələm yalnış təhlilləri aşkarlayır və doğru yolu təqdim
edir. Yalnız bu qələm keçmişləri gələcəklə əlaqələndirir, onların təcrübəsindən
istifadə edir, şəxsiyyət və millətlərin şəxsiyyətini olduğu kimi təhlil edir.
Həmişəki kimi indi də həqiqətsevər insanlara maarif və mədəniyyətin şirinliyini
dadızdıran, düşüncələri hərəkətə gətirən həmin bu təhqiq qələmidir. Bu qələm
nəsillərə özünə güvənməyi öyrədir. Allahın and içdiyi də bu qələmdir.
«And
olsun qələmə və yazdıqlarına» («Qələm» 1). Qələmin məsuliyyəti təhqiqdir və
o, biganələrin mədəniyyət hücumlarının qarşısında dayanmalı, gələcək nəsilləri
günahlardan qorumalıdır.
əgər bu gün həqiqətlərin, şəxsiyyətlərin təhrifinə böyük pullar xərclənirsə,
müsəlmanların inamını doğru təhlillərlə möhkəmləndirmək qələmin öhdəsinə düşür.
Qələm gəncləri yalançı ideyalardan çəkindirib, öz əslinə qaytarmalı, faydasız
təqlidlərdən uzaqlaşdırmalıdır. Bu qələm müsəlmanları dərin dini inamlara
bağlamaqla, Peyğəmbər (s) və sair din böyüklərindən nümunə götürməklə müstəqil,
biganələrsiz yaşamağa inandırdığı halda düşmən bu inamı onların əlindən alıb,
yalan idealları irəli verir. Buna görə də böyüklərin simasının təsviri, onların
yolunun təhlili o zaman səmərəli olur ki, təhqiq qələmi ilə işlənilsin. Bununla
təhriflər rüsvay edilir, ətalətdən qurtuluş əldə edilər, cəmiyyətə ucalıq əta
olunur.
İDEALI TANIMA
Məramlar ictimai cəhətdən möhkəmlənmək üçün müxtəlif üsullardan istifadə
edirlər. Məqsədlərin işıqlandırılması, verilən vədələr həmin üsullardan hesab
olunur. Nümunə götürmək xasiyyəti bütün insanlara aiddir. İnsan başqalarının
hünər və yüksəlişindən təsirlənir, özünə nümunə götürür. Hansı ki, insan nümunə
seçərkən səhvə yol verir və ilğımlara üz tutur.
Din bir məram kimi insanın fitrətindən və iç istəklərindən doğulur. Bu məram
çiçəklənmə üçün fürsət axtarır. Diqqətləri cəlb etmək, fikirlərdə yer tapmaq
üçün iti bir dillə məramın təqdimindən əlavə ideal təqdim etmə üsulundan
istifadə edilir. Din özünü kamil şəkildə təcəssüm etdiyi ilahi insanların
simasını təsvir edir. İlahi sifətlərin cilvələndiyi bu şəxslər hamı üçün aşkar
bir dəlil, işıqlı bir yoldur.
Yalnız həqiqətlər və fəzilətlərə əsaslanan bu üsul ən üstün və ən əsaslı bir
üsuldur. O, daim rəngini dəyişən yalanlarla dolu üsullardan ucadır. Quran
müsəlmanların şəxsiyyətini qorumaq üçün, onların yalançı, puç ideallardan
çəkinməsi üçün alnıaçıq yaşamış və ilahi insanları təqdim edir. Bu şəxslər
peyğəmbərlər və onların ardıcılları kimi nümunə olmağa layiqdirlər. Quran batil
tərəfdarları və onların aqibətini nəzərə çatdırmaqla öz yolçularına xəbərdarlıq
edir.
ALLAIN RƏSULU (S) HƏYAT NÜMUNƏSİDİR
Allah-taala öz ən şirin buyruqlarında insanların tərbiyəsi üçün həqiqi inamların
təhlilindən əlavə ilahi insanların həyat yolu və sözlərinə istinad edir ki,
onların ruhuna daha çox təsir etsin. Quranda peyğəmbərlər və saleh insanlardan
bir bu qədər danışmasının səbəbi elə budur. Onların mələk siması təriflənir,
həyat üsulu nümunə göstərilir.
Allah-taala ən gözəl buyruqlarında həzrət Peyğəmbəri (s) bütün həqiqət
ölçülərinin nümunəsi kimi tanıtdırır, onun ilahi simasını nümayişə qoyur və
bütün insanları bu simadan nümunə götürməyə çağırır.
«Həqiqətən Allahın
Rəsulu Allaha, qiyamət gününə ümid edənlər və Allahı xatırlayanlar üçün gözəl
nümunədir». (“Əhzab» 21). Bu çağırış ilahi və insani dəyərlərin
qiymətləndirilməsidir.
Sübhan Allah öz möhtərəm və möhkəm buyruğunda kimsənin əvəz edə bilməyəcəyi
ilahi bir simadan danışır.
«Sən xasiyyətcə üstün və böyüksən». O, ilahi
sifətlərin məzhəri, haqqa eşqin və həqiqət yolunda fədakarlığın ifadəsidir. O,
səadət aşiqidir. O, həqiqətin seyrində mələklərin etiraf edib, qalxa bilmədiyi
məqamlara yuksəlir. Mələklər
«bir barmaq bəndi qədər qalxsam, qanadlarım
yanar» deyir. («Bihar» 18-ci cild). Həzrət (s) qərq olanlara yardımda o
qədər üzüldü ki, Allah ona təsəlli verdi:
«Biz Quranı sənə nazil etmədik ki,
özünü bunca zəhmətə salasan» («Ta-ha»-1). O, yolunu azanların dərdindən o
qədər təəssüf etdi ki, Allah onun gizli eşqini aşkara çıxardı -
«Ey Məhəmməd,
yoxsa bu Qurana inanmasalar, arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!
(«Kəhf»-6). Hansı rəhbər öz xalqını bu qədər sevib?! Mələklərdən də üstün
mələk simalı bir insan, insani kamalın təcəllisi ki, həmin ilahi kamaldan
rişələnir. Həmin şəxs ki, öz ağır və qısa həyatında gözəllikləri ilə hamını
heyran qoydu. Bəşər həyatında misli görünməmiş halda qəlbləri fəth etdi. Pak
insanlar ona o qədər valeh oldular ki, onun dəstəmaz suyunu təbərrük bildilər.
Həzrət Peyğəmbərin (s) gözəllikləri o qədrə vəsfəgəlməzdir ki, insanları bütün
rənglərdən, bulanıqlardan uzaqlaşdırır və özünə valeh edir. Onlar evlərindən,
vətənlərindən, qəbilələrindən, hətta övladlarından,yoldaşlarından,
ata-analarından ayrılıb Peyğəmbərin (s) məramlarına bağlanırdılar, ilahi
dəyərləri hər şeydən üstün tutdular.
«Mühacirlərdən əvvəl yurd salmış və iman
gətirən kəslər öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə
görə ürəklərində həsəd, qəzəb duymaz, özləri ehtiyac içində olsalar belə onları
özlərindən üstün tuturlar». («Həşr» 9). İstər həzrətin (s) özü, istər
ardıcıllarının mislinə insanlar arasında təsadüf edilməz. Yalnız belə bir şəxs
rəhbərliyə və nümunə olmağa layiqdir. Axı bütün səy və təlaşı özünə xidmətdən
ibarət olan bir insan necə rəhbər ola bilər?!
«O biri qisminiz isə ancaq öz
canlarının hayına qalır». («Ali-imran» 154). Bu adamlar zahirən insan,
daxildə isə heyvandırlar.
«Onların məqsədi yemək və yatmaqdır».
(«Nəhcül-bəlağə»). Həzrət (s) bir mələk də deyil. Çünki mələk başqa, fərqli
həqiqətdir. Onun fitrət və istəklərinin olduğu məlum deyil. Mələk yalnız əmrə
tabedir:
«Mələklər heç zaman Allaha itaətsizlik etməz, daim Allahın itaətində
olarlar». («Təhrim» 6).
Rəhbərlik qəyaqəti insanı mələksima edir.
«Əgər biz onu mələk etsəydik, yenə
də onu bir insan qiyafəsində göndərər və onları bir daha düşdükləri şübhəyə
salardıq». (“Ənam» 9). Yer üzündə insanlar yaşayırsa, onların nümunəsi də
insan olmalıdır. Yox, sakinləri mələk olsaydı, onların peyğəmbəri də mələk
olardı.
«Söylə ki, əgər yer üzündə arxayın gəzənlər mələklər olsaydı, sözsüz
ki, onlara bir mələk peyğəmbər göndərərdik». («İsra» 95). «Kəhf» surəsində
buyrulur:
«Mən də sizin kimi ancaq bir insanam».
Quranda bəhanələr nə üçün yer ayrılır: Deyirlər, Peyğəmbər mələk deyil.
«İnsanlara doğru yolu göstərən bir rəhbər gəldiyi zaman ona iman gətirməyə
mane olan şey yalnız onların – Allah bir insanmı peyğəmbər göndərdi? –
demələridir». («İsra» 94).
«Bu gecə Peyğəmbərdir ki, bizim kimi yeyir,
bazarda gəzir» («Fürqan» 7);
«Əgər Peyğəmbər insanlar arasından
seçilməlidirsə, tanınmış böyklərdən seçilməlidir» («Züxaf» 31);
«Nə üçün
Quran Məkkə və Mədinə böyüklərinə nazil olmayıb, peyğəmbər adi ola bilməz, onun
bağları, var-dövləti olmalıdır» («İsra» 93); «Nə üçün sənin xurma və üzüm
bağların yoxdur, evinin üstü qızıl, cəvahirat deiyl!» («Fürqan» 8).
Quran bu bəhanələri rədd edərək buyurur ki, insanlar üçün nümunə şəxs və
peyğəmbər yalnız insan ola bilər, keçmiş peyğəmbərlər də insanlardan olmuşdur.
«Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də şübhəsiz ki, yemək yeyər,
bazarları gəzib-dolaşardılar» («Fürqan» 20).
Başqa bir ayədə buyrulur:
«De ki, həmd olsun Allaha! Salam olsun Allahın
seçdiyi bəndələrinə» («Nəhl» 59). Peyğəmbər insan olduğu üçün insanlara
nümunə ola bilər, ilahi olduğu üçün insanları o istiqamətdə pərvazlandırar.
«Ümumi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Bu peyğəmbər onlara
Allahın ayələrini oxuyar, onları təmizləyər» («Cumə» 2). Quran belə ilahi
çöhrəli bir insanı təsvir edir. Lakin bu təsvir boş yerə deyil, nümunə götürmək
üçündür.
«Allahın Rəsulu (s) öz ilahi çöhrəsi ilə sizin üçün nümunədir».
Bu yazı həzrət peyğəmbərin ilahi siması və onun həyat tərzini imkan daxilində
təsvir etmək məqsədindədir. Məqsəd tarixçilik yox, həzrətin etiqadını, əxlaq
fəzilətlərini təhlil edib, aydınlaşdırmaqdır. Həzrət (s) nümunə seçməklə islami
ümmət öz şəxsiyyətinə istiqamətlənməlidir. Eyni halda məlumat verən və ya bəzi
şübhələr cavab verən tarixi mövzulara təhqiq qələmi ilə varaq, yazımız Allah
razılığana səbəb olsun, oxucuları razı salaq. İnamları aydınlaşdırmaq, Allah
elçilərinin yolunun təhlili qələm sahiblərinin çiyninə düşmüş böyük
məsuliyyətdir. Bu araşdırma üç hissədən ibarət olacaq. Peyğəmbərlikdən
(bəsətdən) əvvəlki dövr, bəsət dövrü və Peyğəmbərin (s) tərbiyəvi və ictimai
davranışları.
BİRİNCİ HİSSƏ
BESƏTDƏN ƏVVƏLKİ HADİSƏLƏRƏ BAXIŞ
MƏKKƏ VƏ YA NUR DİYARI
Həzrət Peyğəmbərin (s) doğulduğu Məkkənin tarixi İbrahim peyğəmbərin (ə)
zamanına gedib çıxır. Ərəb adası Qırmızı dənizin şərq sahilində Hicaz, cənubda
Təhamə (ərəbi), mərkəzdə Nəcd, şərqdə geniş bir ərazidə əruz (ərəbi), cənubi
Yəmən, şimali Yəmən olmaqla bir neçə hissəyə bölünür. Bu ərazi üç tərəfdən
dənizlə əhatə olunsa da, quru və yandırıcı havaya malikdir. Təbiəti zəngin
deyil, lakin təkallahlığın (tövhid), vəhyin, Peyğəmbər (s) kimi qürubsuz bir
günəş doğulduğu mərkəz kimi hamının diqqət mərkəzindədir və hər gün milyonlarla
insan Kəbəyə üz tutub öz məbudu ilə danışır. Hər il yüz minlərlə insan bu
vilayətə axışıb, bu eşq məbədini dövrə vurur, təvaf edir, öz vücudunu
mənəviyyata qərq edir. Elə buna görə də insanlar bu ölkənin haqqında daha çox
bilməyə çalışırlar. İbrahim-xəlil (ə) öz ailsi ilə bu əraziyə hicrətdən sonra
Allahdan əmr aldı. İlahi göstərişə əsasən öz fədakar ailəsini Allah evinin
(beytüllah) yaxınlığında qoyub, Fələstin Şamına hicrət etdi:
«Ey Rəbbimiz,
mən əhli-əyalımdan bəzisini Sənin beytülharam ının yaxınlığında, əkin bitməz bir
vadidə sakin etdim». («İbrahim» 37). İbrahim getdi və hacərlə İsmail quru
yandırıcı çöldə tək qaldılar. Çox çəkmədi ki, susuzluq Hacəri Səfa və Mərva
arasında su üçün dolaşmağa vadar etdi. Lakin su tapılmadı. Hacər quru dodaq, boş
kuzə ilə oğlunun yanına qayıtdı. Lakin övladının yanında suyun fəvvarə vurduğunu
görüb, heyran qaldı. «Zəmzəm» adlanan həmin bərəkətli bulağın sayəsində o
ərazidə insanlar toplandı və «Məkkə» şəhəri salındı. Bu bulaq hələ də möcüzəli
bir şəkildə axır, ildə minlərlə insan ondan istifadə edir. Bu su ilə özlərini
səfalandırırlar. Bu şəhər əvvəldən tövhid şəhəri olmuş, çox peyğəmbərlər, eləcə
də həzrət Məhəmməd (s) öz risalətini bu şəhərdə başlamışdır.
TÖVHİD EVİNİN BƏRPASI
İbrahim-xəlil illər ötdükdən sonra Fələstindən Hicaza qayıdır, lakin Allah evini
dağılmış görür. Görür ki, onun ailəsi ilə yan-yana insanlar məskən salıb, yeni
bir şəhər əmələ gəlib. İsmail yetkinləşib. İbrahim Allah evi Kəbənin bərpasına
başladı. İsmaillə birgə Kəbə divarlarını qaldırıb, Allah razılığı üçün əbədi eşq
məbədini bərpa etdi.
«Xatırla o zamanı ki, İbrahim İsmaillə birgə Kəbə
divarlarını qaldırdı və dua etdi ki, bizdən qəbul et». («Bəqərə» 128).
İbrahim və İsmailin ilahi niyyəti ilə, əbədi qalacaq Kəbə evi tikildi və bu
insanların eşq məbədi oldu. Ayədə qeyd edilir ki, Kəbənin əsasını İbrahim
qoymadı, İbrahim Kəbəni bərpa etdi. Ona görə də deyilmir ki,
«Kəbəni tikdi»,
«Kəbənin divarlarını qaldırdı» deyilir. Kəbənin ilkin tiklişi lap qədimlərə,
rəvayətə görə Adəm (ə) dövrünə aiddir. («Füru-e kafi» 4-cü cild).
İBRAHİMİN (Ə) İSTƏKLƏRİ
Kəbə yenidən qurulandan sonra İbrahim öz istəklərini Allaha bildirdi:
«Pərvərdigara, bu torpaqları əmin-aman qərar ver, bizi və övladlarımızı
bütlərin ibadətindən uzaq et» («İbrahim» 35).
«İnsanların qəlbini mənim
övladlarıma qarşı mehriban buyur» («İbrahim» 37).
«Ey Rəbbim, məni də,
nəslimdən olanları da namaz qılan et, duamı qəbul buyur» («İbrahim» 40).
«Xudaya, bizə ailə və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan
buyur və bizi pəhrizkarlara rəhbər et» («Fürqan» 74). Öz nəsli üçün
cəmiyyətə rəhbərlik və namazda sabitlik İbrahimin istəklərindəndir. Eləcə də, o,
Allahdan istəyir ki, onun nəslindən ilahi ayələri tilavət edən, xalqı
tərbiyələndirən bir peyğəmbər seçsin. («Bəqərə» 129).
Allah-taala İbrahimin istəklərinə diqqət yetirib, Kəbəni öz amanında qərar
verir. («Bəqərə» 125). Eləcə də İbrahim nəsilində ilahi rəhbərlər seçilir.
«Biz İbarhimin övladına da kitab və hikmət vermiş, böyük mülk bəxş
etmişdik» («Nisa» 54). Əksər peyğəmbərlər, xüsusi ilə də Bəni-israil
peyğəmbərləri mülk sahibi olmaqla İbrahimin nəslindəndirlər. («ənbiya» 73).
«Allah möminlərə lütf və mərhəmət göstərdi. Çünki onların öz içərisindən
özlərinə Allahın ayələrini oxuyan, onları təmizləyən, onlara kitabı və hikməti
öyrədən bir peyğəmbər göndərdi» («Ali-imran» 164).
Həzrət Məhəmməd (s) buyurur:
«Mən İbrahimin duasının qəbuluyam».
Allah-taala İbrahimin nəslindən büdpərəstlikdən çəkilmiş insanlar yaratdı və
büdpərəstliyi heç zaman tanımamış bu şəxslər son peyğəmbərin babaları seçdilər.
İBRAHİM DİNİNİN DAVAMI
İbrahim-xəlil (ə) ülul-əzm, kitab və şəriət sahibi olan peyğəmbərlərdəndir. Bir
çox dini əməllərin, həcc mərasiminin bünövrəsinini qoymuşdur. O,
«Rəbbimiz,
bizə həcc əməllərini və ibadət qaydalarını göstər», deyə dua edir, bu
biliklərə vəhy yolu ilə yiyələnir, ilbə il dünyada genişlənən ilahi dinin
əsasını qoyur. İbrahim (ə) və onun ardıcılları həcci yerinə yetirib, ərəfat və
minaya gedirdilər, qurban kəsirdilər, təvaf və səy icra edirdilər. Həcc
işlərinin idarəsi, ziyarətçilərin qayğısına qalmaq İbrahim (ə) övladları
arasında nəsildən nəsilə ötürülüb. Bu fəaliyyətlər islamın zühuruna qədər Məkkə
əhalisi arasında məlum idi. Yəqubi bu barədə yazır: «Qüreyş və Möd ibni ədvanın
(ərəbi) bütün övladları İbrahim (ə) ayinlərində olub, həcci yerinə yetirirdilər.
Qonaqları əziz tutur, uyğun aylara hörmət qoyurdular. Zülm və fəsaddan çəkinir,
günahkarları cəzalandırırdılar». («Tarixe Yəqubi» 1-ci cild).
Möd Peyğəmbərin (s) on doqquzuncu babası idi. İbrahim (ə) ayinləri onların
dövründə davam etmiş və Peyğəmbərin atası Əbdüllaha, Peyğəmbərin (s) özünə
çatmışdır. Beləcə, Məkkə daim tövhid (təkallahlıq) mərkəzi, onun əhalisinin çoxu
təkallahçı, Məkkənin rəsmi dini İbrahim-xəlildən son peyğəmbərədək İbrahim dini
olmuşdur. Məkkə ətrafında, xüsusi ilə Mədinədə məsihilik və yəhudilik nüfuz
etmişdir.
MƏKKƏDƏ BÜTPƏRƏSTLİK VƏ ƏMRU İBNİ LUHƏYY
İbrahimin vasitəsi ilə Məkkə bütlərdən təmizləndikdən sonra bu şəhərdə İbrahim
dini möhkəmləndi. Lakin bir müddət sonra ilahi dinin kənarında bütpərəstlik
peyda oldu. bütpərəstliyin qayıdışı üçün müxtəlif səbəblər olsa da, bu qayıdışı
tarixi məlumatlara əsasən əmru ibni Luhəyyin dövrünə aid etmək olar. Bu şəxs
həzrət Peyğəmbərin (s) on altıncı babası İlyasla əlaqəlidir. O, Şamda olarkən
bütlərə sitayişlə qarşılaşır. Bütlərin gözəlliyi onu valeh edir. Xahiş edir ki,
ona bir büt bağışlasınlar. Beləcə, «hobel» adlı büt əmruya hədiyyə edilir. Əmru
hobəli hicaza gətirir və Kəbənin kənarında qoyur ki, təvafı (Kəbənin dövrü) onun
yanından başlayıb, orada da qurtarsın. (Demək, hobəl nişangahı əvəz edir).
Getdikcə hər qəbilə bir büt gətirir və bütlərin sayı artır. Zaman ötdükcə
bütlərə başqa nəzərlə baxılır. Onlara Allaha yaxınlaşmaq üçün vasitə hesab
edirlər.
«Allahı qoyub, özlərinə dost tutanlar – bizə onlara yalnız bizi
Allaha yaxınlaşdırmaları üçün ibadət edirik – deyirlər». («Zumər» 3).
Beləcə, Məkkədə ikinci dəfə bütpərəstlik yarandı. Lakin Huməs (ərəbi) kimi bəzi
qəbilələr ayinlərə əməl edir, namaz qılırdılar. Hər qəbilənin öz üsulu
olduğundan bəziləri şikə (Allaha şərik qoşmaq) də batırdı. Ehrama əməl edir, yağ
sürtmür, ətirlənmir, dırnaq tutmur, qadınla yaxınlıq etmir, ət yemir, pambıq
libas geyinmirdilər. («Tarixe Yəqubi» 1-ci cild). Bəzi rəvayətlərə görə əmurdan
qabaq da həqiqi dindən sapmalar vardı. Mümkündür ki, əmurun zamanında bu
sapmalar şiddətləndiyindən və rəsmiləşdiyindən ona aid edilib.
ƏMURUN HƏRƏKƏTİNİN SƏBƏBİ
Bu suala iki cür cavab vermək olar. Birincisi budur ki, əmru hobel bütünün
gözəlliyinə görə onu hicaza gətirdi və hobələ sitayiş etmək məqsədi yoxdu.
Beləcə, nadanlıq üzündən bütpərəstliyə rəvac verdi. İkincisi isə budur ki, əmru
bütpərəstlərə aldanıb, həqiqətən də hobəli sitayiş üçün gətirdi. Tarixi
məlumatlara əsasən ikinci cavab həqiqətə daha yaxındır. Çünki əmru İbrahim
dinini təhrif edən, dəyişən bir şəxs kimi tanınmışdı. O, digər bidətələr də yol
vermiş və nifrət qazanmışdır. O, İbrahim dinini dəyişən ilkin şəxsdir. Onun
bidətlərinə (dində zidd yeniliklərə) Qurani-kərimdə də işarə olunmuşdur.
«Sübhan Allah dəvənin qulağını, nəzərə görə azad olmasını, qoyunun yeddinci
balasının nəzr edilməsini, iki dəfə doğmuş dəvəyə minilməsini hökm etmişdir»
(«Maidə» 103). Tarixi mənbələrin yazdığına görə bu bütlər, yeniliklər
əmruya aiddir. Məhz bu əməllərinə görə əmru lənətlənmiş, onun əzaba düçar olması
xəbər verilmişdir. Həzrət Peyğəmbər (s) buyurur:
«əmrunun bağırsaqlarını oda
çəkildiyini gördüm».
Hər halda əmrunun əməli bütpərəstliyə səbəb oldu – istər əvvəlki halda, istərsə
də ikinci halda! Qüreyş əhalisi həzrət Peyğəmbərin (s) dövrünədək bütpərəstliyə
uğradılar. Peyğəmbər (s) öz risalətini tohidlə başlayanda, bütpərəstliyə qarşı
çıxanda onlar çox təəccübləndilər:
«Təəccüblüdür, o tanrıların hamısını bir
tanrı edir? Bu çox təəccüblü bir şeydir» («Sad» 5). Bu bidətlər Hicrinin
səggizinci ili, Məkkəd tohid şüari ilə fəth olunub, bütlərdən təmizlənənədək
davam etdi.
MƏDƏNİYYƏT VƏ ƏRƏB
İslamdan əvvəl ərəb mədəniyyətinin çətinliyi şirkə uğramaq idi. Çünki şirk bütün
etiqadi, əxlaqi və ictimai çirkinliklərin mənbəsidir. Ona görə də şirk ən böyük
günahıdır. Şirkli mədəniyyət müxtəlif fəsadlarla müşyət olunur. Şirk digər
günahları törətdiyindən Allah tərəfindən bağışlanmır:
«Şübhə yoxdur ki, Allah
özünə şərik qoşanları bağışlamaz» («Nisa» 48). Ərəblər şirkə
bulandıqlarından onların hökuməti zülm və sitəmə, qəbiləçiliyə, qətl və qarətə
arxalanırdı. İctimai nöqteyi-nəzərdən müxtəlif ictimai pozuntular, əxlaqi
çirkinliklər ayaq tutub yeriyirdi. Qadınların, yetimlərin, zəiflərin hüquqları
tapdanırdı. İlahi və insani dəyərlərin əvəzində cahillik hökm sürürdü.
Qurani-kərim Peyğəmbərin (s) zövcələrinə müraciətlə bu mədəniyyəti cəhalət
adlandırır:
«İlkin cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın»
(“Əhzab» 33). Ərəb mədəniyyətini daha yaxından tanımaq üçün yaxşı olar ki, imam
əlinin (ə) «Nəhcül-bəlağəsinə» müraciət edək. İmam (ə) həmin dövrü belə
xatırlayır:
«Həzrət Peyğəmbər (s) seçilən zaman əvvəlki peyğəmbərlərdən bir
müddət keçmişdi. Bu elə bir zamandı ki, ümmətlər yatmış, fitnələr cəmiyyəti
alt-üst edirdi. Müharibələr şölələnirdi». Yenə buyurur:
«Peyğəmbər (s) o
zaman seçildi ki, siz ərəblər ən pis dindəydiniz və ən pis məmləkətdə
yaşayırdınız. Dayanacağınız quru və yandırıcı daşlıqlar, yırtıcların, zəhərli və
kor ilanların əhatəsində idi. İçdiyiniz bulaşıq sular, yediyiniz oduncaq idi.
Yaxınların qanını tökməyə, onlardan uzaqlığa icazə verilmişdi. Bütpərəstlik
şüarınız idi, daim günah içindəydiniz». Hər sürünəni, qarışqa, ilan, quş,
gəmircini yeyir, hətta qəhətlik dövründə dəvə dərisini kənə və qana bulayıb
qurudar, yemək hazırlayardınız.
Deyilənlər müxtəlif dövrlərdə cahil ərəb adət-ənənələrindən nümunələr idi. Bu
barədə tarixi mənbələrdən ətraflı öyrənmək olar.
HƏZRƏT PEYĞƏMBƏRİN (S) ƏSİL-NƏSLİ
İsmail Babildən ailəsi ilə Hicaza köçmüş mühacir olsa da, tarixi mənbələrə görə
o ilahi təlimlə ərəbcə danışmış ilk şəxsdir və ərəb nəsli onunla bağlıdır.
Həzrət Məhəmmədin (s) əsli İsmail vasitəsi ilə İbrahimə gedib çıxır. Peyğəmbərin
əsli üç qismə ayrıla bilər: Adəmdən İbrahimədək, İbrahimdən ədnanadək (ərəbi),
ədnandan Əbdüllahadək. Bəziləri onun əslini Adəmdən sadalasalar da, əvvəlki iki
mərhələnin xırdalıqları o qədər də aydın deyil. Olsun ki, kimsə bu nəsilləri
dəqiq sadalaya bilməsin və çoxlu ixtilaflar yaransın. Bəlkə də, elə bu səbəbdən
də Mürsəl nəql edir ki, Peyğəmbər (s)
«mənim əslimi sadalayıb ədanana çatanda
daha irəli getməyi», deyə buyurub. («Bihar» 15-ci cild). Bu buyuruq təhqiq
yolunun asan olmadığını nəzərə çatdılar. Bu, uyğun təhqiqatın haram olması demək
deyil. Ədnana qədər həzrət Peyğəmbərin (s) nəslini belə sadalamaq olar. Məhəmməd
ibni Əbdüllah ibni Əbdül Mütəllib ibni Haşim ibni əbd Mənaf ibni Qəsa (ərəbi)
ibni Kəlab ibni Mərrə ibni Kəb ibni Lby ibni Ğalib ibni Fəhr ibni Malik ibni
Nəzr ibni Kənanə ibni Xəzimə ibni Mədrəkə ibni Möd ibni ədnan. Ədnandan sonra bu
təhqiq yolu çətinləşir və biz deyilənlərla kifayətlənirik.
PEYĞƏMBƏR (S) NƏSLİNİN ETİQADI
Peyğəmbər (s) nəslinin etiqadı diqqət ediləsi mövzulardandır. Qələm əhli bu
mövzuya toxunmuş, müxtəlif, bəzən isə qərəzli fikirlər söyləmişlər. Bəziləri
şiələr kimi inanır ki, Peyğəmbərin (s) ata-babası müvəhhid-təkallahçı olmuş və
büdpərəstliyə, şirkə aldanmamışlar. Lakin əksər sünnə əhli Peyğəmbərin (s) bütün
babalarının müvəhhid olduğunu qəbul etmirlər. («ərəbi İtqan» 1-ci cild).
Şiələr inanır ki, Peyğəmbər (s) əsli daim pak, günahlardan uzaq, Allahçı ailələr
olmuşdur. Küfrlü və şirkli bir nəsildən belə bir əzəmətli şəxs törəyə bilməzdi.
Şiələrin digər inamları kimi bu inamının da əsası maarif kövsəri, hər cür
nöqsandan uzaq Quran və əhli-beytdir.
Səduq (r) buyurur:
«Şiələrin etiqadına görə Adəmdən Əbdüllaha qədər
Peyğəmbərin (s) babaları hamısı müsəlman olmuşlar».
əminül-islam buyurur:
«Peyğəmbər babalarının Adəmə qədər müvəhhid olmasını
şiələr doğru bilir».
Məclisi (r) buyurur:
«Şiə bu inamla şərikdir ki, Peyğəmbərin (s) Adəmədək
babaları müvəhhid olub» («Bihar» 15-ci cild). Dini əsərlər və tarixi
mənbələr bu baxışı təsdiq edir. Bu dəlildən sonra digər baxışların şərhinə
ehtiyac qalmır. Bu dəlillərə bütün şübhələr və ittihamlar puç olur. İttihamların
çoxu ədnandan sonraya aiddir. Ondan əvvəlki dövrdə İbrahim dindən sapmalar qeyd
edilir. Çünki imam Sadiqdən (ə) etibarlı bir rəvayətdə nəql olunur ki, İsmail
övladları ədnanın dövrünədək ilahi dində olmuşlar. Ədnanın dövründən sonra
peyğəmbərlər arasındakı fasilə böyük olduğundan sapıntılar meydana çıxdı. Ədnana
qədər Allah evinin müdiriyyəti İsmail övladlarına məxsus idi. Onlar həcc
mərasimi keçirirdilər. («Bihar» 15-ci cild). Hər halda Peyğəmbərin (s)
əcdadlarının müvəhhidliyinə (ədnandan Əbdüllaha qədər) dəlil göstərə bilsək,
şiənin əsil etiqadı yaxşıca aydınlaşar. Buna Quran, rəvayət, tarixdən bir neçə
sübut gətirmək olar:
1-əvvəlcə bunu qeyd etmək olar ki, İbrahim-xəlil (ə) Kəbəni bərpa etdikdən sonra
Allaha öz istəklərini bildirdi. İstədi ki, övladları büdpərəstlikdən uzaq olsun,
ailəsindən namazı yaşadanlar olsun, onlardan xalqa rəhbərlər seçilsin.
Allah-taala İbrahimin (ə) dualarını qəbul etdi. Onun nəslindən peyğəmbərlər,
ilahi rəhbərlər, dünya risalətli elçi seçildi və digər duaları da qəbul oldu.
Əgər bu dualar heç olmaya bəzi İbrahim övladları haqqında qəbul oldusa, bu şiə
həzrət Məhəmmədin (s) babalarından daha ləyaqətli kim ola bilərdi?!
Bu duaların qəbulu həzrət Peyğəmbərin (s) babalarını xatadan kənar olduğunu
təkid etmirmi? Məkkə əhalisi üçün bütpərəstlik kənardan gətirilmiş bir məram idi
və heç bir mötəbər sənəddə onun Peyğəmbər (s) əcdadına aidiyyatı sübut
edilməyib. Məkkə əhalisinin təbii həyatı İbrahim dinində idi. Bu şəraitdə
istənilən bir şəxsi bu dindən kənar etmək üçün dəlil lazımdır. Qeyd etdiyimiz
kimi, büdpərəstlik rəsmi şəkildə Peyğəmbərin (s) ona altıncı babası İlyasın
nəvəsi əmrunun zamanında qeyd edilir. İlyasın üç oğlu vardı: Mədrəkə, Tabixə,
Qəmə. Əmru Qəmənin oğludur. Peyğəmbər (s) Mədrəkənin nəslindəndir. Bu nəsil
adsız deyildir ki, onun dini kiminçünsə qeyri-mümkün olsun. Məhşur adamların
bütün xüsusiyyətləri hamıya aşkar olur. Belə bir məhşur şəxs bütpərəst olsaydı,
hökmən mötəbər tarixi sənədlərdə qeyd edilərdi. Hansı ki, yersiz ittihamlar
vardır. Qeyd edilənlər «Şüara» surəsinin 2-ci ayəsinin məzmunu ilə uyğundur –
Allahın Rəsulu (s) bir səcdə edənin sülbündən digər bir səcdə edənin sülbünə
ötürüldü.
2-Çoxlu rəvayətlər həzrət Peyğəmbərin (s) əcdadının paklığını təsdiq edir.
(Rəvayətlər çox olduğundan onların mənbəsini araşdırmağa ehtiyac qalmır). Məaz
ibni Cəbəl Peyğəmbərdən (s) nəql edir:
«Sübhan Allah dünyanı yaratmadan yeddi
min əvvəl məni, əlini, Fatiməni, Həsən və Hüseyni yaratmışdır. O zaman bizi
Adəmin və digər ata-analarımızın sülbündən qərar vermiş və bizə heç bir şirk və
küfr tozu dəyməmişdir». («Bihar» 15-ci cild).
3-əbuzər Ğəffari Peyğəmbərdən (s) belə nəql edir:
«İbrahim oda atılanda biz
onun sülbündəydik və daim paklıq sülbü ilə ötürülüb Əbdül Mütəllibə yetişmişik.
Sonra iki yerə ayrılıb, Əbdüllah və Əbu Talib sülbündə qərarlanmışıq». Qəti
şəkildə müşrik sülbünü pak adlandırmaq olmaz.
4-Digər bir rəvayət də həmin üçüncü rəvayətdir ki,
«Adəm xəlq olanda
Allah-taala bizi (Peyğəmbər (s)) onun sülbündə qərar verdi. Beləcə, pak bir
sülbdən digərinə, pak bir bətndən o birinə ötürüldük və Əbdül Mütəllibə
yetişdik».
5-İmam Sadiqdən (ə) digər bir rəvayətə görə həzrət Peyğəmbər və əli (ə) Əbdül
Mütəllibə yetişənədək daim pak sülblərdə olmuşdur.
6-Həzrət Peyğəmbərdən (s) nəql olunmuşdur ki, Allah-taala bizi dünyaya gələnədək
daim pak sülb və bətnlərdən ötürülmüşdür və heç bir cahiliyyət çirkinliyi bizi
bulaşdırmamışdır. Hansı cahiliyyət çirkinliyi şirkdən daha pisdir?!
7-Həmin məzmunda digər bir rəvayətə görə imam Sadiq (ə) nəql edir ki,
Allah-taala Peyğəmbərə salam göndərdi və buyurdu: Sənin gəldiyin sülbə, səni
doğan bətnə, səni tərbiyə edən qucağa atəşi haram etmişəm. Aydındır ki, müşrik,
insana atəş haram deyil.
8-Allah-taala həzrət Peyğəmbərə (s) bildirdi ki, sənin gəldiyin sülbə, səni
doğan bətnə, səni doyuran sinəyə, səni tərbiyə edən ağuşa atəşi haram etmişəm.
9-Bəzi rəvayətlər Allah Rəsulunun (s) bəzi acdadına şahidlik edir. Peyğəmbər (s)
buyurmuşdur:
«Rəbiə və Məzr haqqında pis söz deməyin, çünki onların hər ikisi
müsəlman və İbrahim dinində idilər».
10-İlyas barədə buyurulur: «İlyas mömin idi, onun haqqında pis söz deməyin».
İlyas İbrahim dininə qarşı bidətlərə müxalifətçilik etmişdir. O Bəni-ismailin
İbrahimə qarşı bidətlərinə etiraz edən ilk şəxsdir.
ƏBDÜL MÜTƏLLİB
11-Əbdül Mütəllibin müvəhhid olması haqqında çoxlu şahidlər vardır. Bu şahidlər
onun istənilən şirkdən pak olduğunu təsdiqləyir. Onun haqqında daha çox
danışılması onun şirkə düşmədə daha çox töhmətləndirilməsi ilə əlaqədardır. Əli
(ə) buyurur:
«Atam və babam Əbdül Mütəllib, Haşim, Əbdül Mənaf heç vaxt bütə
sitayiş etməmişlər. Onlar üzü Kəbəyə namaz qılmış, İbrahim dinində olmuşlar».
(«Bihar» 15-ci cild). Əbdül Mütəllib ərəbin müvəhhidlərindən sayılır. Bu,
İbrahim öz övladları haqqında dualarının qəbul olmasıdır.
12-Peyğəmbər (s) əliyə (ə) buyurur ki, Əbdül Mütəllib «əzlamla» (cahiliyyət
dövrünün qumarı) mal bölmür, bütlərə ibadət etmir, bütlərin adına kəsilmiş
heyvanların ətindən yemirdi və o, İbrahim dinində idi. («Bihar» 15-ci cild).
13-Əbdül Mütəllibin axirət inacı barədə deyilir ki, o dedi:
«Bu dünyadan
sonra yaxşıların mükafatlanıb, pislərin cəzalanacağı bir dünya var».
14-İmam Rzadan (ə) nəql olunub ki, Əbdül Mütəllib Kəbə qapısının halğasından
yapışıb, Allahdan dilədi ki, ona on oğul əta etsin.
15-Bu barədə belə nəql olunub ki, o, Allah evinin pərdəsini tutub, Allahı hərəm,
rükn, məqama and verdi – bu andlar İbrahim dininə aiddir.
ƏBDÜL MÜTƏLLİB MÜVƏHHİDLİYİN MÜDAFİƏSİNDƏ
16-əbrəhə fil süvari qoşunuyla Kəbəni dağıtmağa üçün Məkkəyə gələndə Əbdül
Mütəllib Qüreyş qəbiləsinin başçısı və həcc işlərinə məsul idi. Küfr qoşunu
müqavimət göstərən kişiləri öldürməklə, qadın və uşaqları əsir götürməklə
hədələyirdi. Bu hədələrdən qorxan əhali Məkkəni boşaldıb, ətraf dağlara
çəkildilər. Əbdül Mütəllib bir yandan Kəbənin boşaldığını, digər tərəfdən düşmən
qoşununun qüvvəsini görüb, hamı kimi özü barədə düşünmək əvəzinə Kəbədə qalıb,
öz ətrafındakıları əbrəhə ilə qarşılaşmağa dəvət etdi. Ona Məkkəni tərk etmək
təklif olanda dedi:
«Mən Allah evini buraxıb, başqa bir yerə sığınmaqdan
xəcalət çəkirəm» («Tarixe Yəqubi» 1-ci cild).
«Mən and olsun Allaha ki,
ilahi hərəmdən çıxmayacağam». Bu mövqe onun etiqadını, şücaətinin
böyüklüyünü göstərir. Həmin həssas anlarda Allah yolunun bu mücahidi Kəbə
pərdələrindən yapışıb dua edir:
«Ey tənhaların dostu, Səninlə olana heç bir
qorxu yoxdur» Əbdül Mütəllib bu sözləri deyərkən öz yaxınları ilə tənha
qalmışdı. («Bihar» 15-ci cild). Əbdül Mütəllibin «Allahla olan kəs üçün heç bir
qorxu yoxdur» sözləri onun övliyalığın, yalnız Allaha arxalandığını göstərir.
Necə ki, Quran buyurur:
«Bilin ki, Allah dostları üçün heç bir qorxu yoxdur
və onlar qəm-qüssə bilməzlər» («Yunus» 62). Çünki onlar bütün fəzilətlərin
mənşəsi olan Allaha bağlıdırlar.
«Səni tapan nə itirib!» (İmam Hüseynin
ərəfə duası). Bu cümlənin ardınca əlavə edir ki,
«ev sahibinin evin
müdafiəsində üstünlüyü vardır».
Bu o demək deyildir ki, Allah evinin müdafiəsində bizim məsuliyyətimiz yoxdur və
bu məsuliyyət ev sahibinə aiddir. Bu söz Bəni-israilindir ki, Musaya deyərdilər:
«Sən və Rəbbin gedib onlarla vuruşun, biz isə burada oturacağıq» («Maidə»
24). Əslində isə belədir ki, biz var gücümüzlə tövhid mərkəzi, iman simvolu olan
Kəbəni müdafiə edəcəyik. Əlbəttə, ev sahibinin yardımı dada çatar. Bu cümlə ilə
döyüş meydanında ev sahibindən yardım istəyir. Əbdül Mütəllibin əbrəhə ilə
görüşdə dediyi «mən dəvə sahibiyəm, bu evin də sahibi var və onu müdafiə edəcək»
sözləri də eyni məqsəd daşıyır. Bu sözlər o mənada deyil ki, mənim üçün Kəbənin
fərqi yoxdur. Əgər bu tövhid müdafiəçisi laqeyid olsaydı, nə üçün hərəmdə qalıb,
Allahdan yardım istəməliydi?! Bu söz döyüş və müdafiə meydanında həmin yardım
istəyidir. Bəzi təqlid qələmləri fəallıq göstərib, dediklərinə iftixar edir, öz
yazılarını qüsurlu halda nəş etdiriblər ki, Əbdül Mütəllib Kəbəyə laqeyid olub!
Hətta bu qəziyyələri yanlış təhlil etməklə Əbdül Mütəllib kimi simaları
ləkələyirlər. Guya, əbrəhə Əbdül Mütəllibi qınayır da ki, mən sizin din
mərkəzinizi viran qoymağa gəlmişəm, siz isə bir neçə dəvənin hayındasıznız!
Bəli, əvvəldə qeyd etdiyimiz kimi, təqlid qələmi də təhrif qələmi kimi
təhlükəlidir. Belə nurani şəxsiyyətlərə çirkab yaxılır. Məhz belə məqamda təhqiq
qələminin rolu aydın olur. Bu qələm düzgün təhlil aparmaqla həqiqətləri üzə
çıxarır.
əbrəhə qarşısında Əbdül Mütəllibin sözləri və duaları onun mövqeyinin aşkar
göstərir. O, əbrəhənin böyük qoşunu qarşısından qaçmır, öz az səhabələri ilə
möhkəm dayanır. «Neçə dəfə olub ki, az bir dəstə Allahın yardımı ilə çox bir
dəstəyə qalib gəlib» («Bəqərə» 249). Hansı ki, əbrəhənin qoşunu Kəbəyə
çatmamış Mina dağının arxasında Muhəssir vadisində qeybi və teyr əbabil
qüvvələri ilə qarşılaşıb, biabırçılıqla məğlub oldu. Amma əbrəhə fürsət tapıb
Kəbəyə hücum etsəydi də, Əbdül Mütəllib və ətrafındakılar canla-başla din və
Kəbəni müdafiə edəcəkdilər. Qələm nə qədər qərəzli və ya nadan olmalıdır ki,
belə bir mücahid şəxsi müşrik və ya laqeyd göstərisin! Tarix həqiqət və yalandan
yoğrulmuş bir məcnundur. Hər yazılana etimad etmək olmaz. Yazılmışların bir çoxu
etibarsız olduğundan təhqiqatlar aparılmalıdır ki, həqiqət üzə çıxsın.
17-Həzrət Peyğəmbərin (s) əcdadının müvəhhidlik etiqadı o qədər məlum bir şey
idi ki, şairlər bu münasibətlə şerlər yazardılar. Nümunə üçün əbüs-səlt ibni əbi
Rəbi Səqəfinin qəsidəsindən bir beyt misal çəkmək olar.
Qiyamət günündə dinlər içindən
Bir İbrahim dini keçər seçimdən.
Məlum olur ki, İslamdan öncə Qüreyşin rəsmi dini İbrahim dini olmuş və yalnız bu
din Allah tərəfindən məqbəl sayılmışdır.
18-Bu mövzuda şahid gətirilən son nöqtə həzrət Peyğəmbərdən (s) Əbdül Mütəllibi
peyğəmbərlər cərgəsində göstərir:
«Sübhan Allah cəddim Əbdül Mütəllibi
peyğəmbərlərlə (və (ərəbi) ) məhşur edər». Bütün bunlar bir sübutdur ki,
Peyğəmbərin (s) ata-babaları, eləcə də onların etiqadca müvəhhid, əxlaqca
səxaətli, qonaqpərvər, haqq müdafiəçisi olmuşlar. Onlar nəsilbənəsil Qüreyşin
ictimai şənini öhdəyə almışlar. Heç bir şirk, dində laqeydliyi onlara aid etmək
rəva deyil. Əlbəttə, sübutlar bir bununla sona yetmir. Bütün bunları araşdırmaq
vaxt və hövsələ tələb edir. Ümid edirik ki, qeyd edilən sübutlar uyğun şübhələri
aradan qaldırmaq üçün kifayətdir və həzrətin (s) pak və təqvalı babalarını
ayrı-ayrılıqda araşdırmağa ehtiyac yoxdur. Bu hissənin sonunda Peyğəmbərin (s)
peyğəmbərlikdən əvvəl İbrahim dinində olmasının zikrindən sonra onun
ata-anasının həyatına nəzər salacağıq.
BESƏTDƏN ƏVVƏL PEYĞƏMBƏRİN (S) DİNİ
Besətdən əvvəl hicazda asimani bir dinin, halal-haramın olması barədə deyilənlər
düzgün deyil. Çünki Quran, rəvaytə və tarix şahidlik edir ki, bütpərəstliklə,
bəzilərinin məsihilik və yəhudiliyə etiqadı ilə yanaşı xüsusi ilə Məkkədə rəsmi
din İbrahim (ə) dini idi. Quran islamı İbrahim dininin davamı bilir.
«O sizi
seçdi və dində sizin üçün çətinlik yeri qoymadı – Atanız İbrahim dini kimi»
(«Həcc» 78). Müxtəlif şəraitlərdə bu nöqtə qeyd edilir ki, islam Peyğəmbəri
İbrahim dininin davamçısıdır:
«Sonra sənə batildən haqqa tapınıb müşriklərdən
olmayan İbrahimin dininə «tabe ol» - deyə vəhy etdik» («Nəhl» 123). Sonra
buyurulur: «Doğru yolu tapmaq üçün yəhudi və ya məsihi olun, deyirlər. Onlara de
ki, biz batildən haqqa tapınan, heç zaman müşrik olmamış İbrahim dinindəyik»
(«Bəqərə» 135).
İslamda bir çox əmələ aid hökmlər, xüsusi ilə həcc əməlləri İbrahim dininə
uyğundur. Bunu çoxlu rəvayətlər təsdiq edir. («Vəsail» 2-ci cild).
Tairix şahiddir ki, ərəblərin çoxu İbrahim dininə inanmış, həcci yerinə
yetirmiş, namaz qılmışlar. Yəqubi deyir: «Qüreyş, ədnanın bütün övladları
İbrahim dininin bəzi əməllərini icra edirdilər, həcci yerinə yetirirdilər. Onlar
qonağı tutur, ayların hörmətini saxlayırdılar. Fəsad və zülmdən çəkinir,
günahkarları cəzalandırır, Allah evinin rəisliyini öhdədə saxlayırdılar.
Quran və rəvayətlərdə buyurulanlara, tarixdə yazılanlara diqqət etməklə necə ola
bilər ki, Quran cəmiyyət üçün unudulmuş bir dini təsbit etsin və xalq onun
hökmlərindən xəbərsiz olsun?! Bu sübutlara əsasən hicaz xalqının rəsmi dini
İbrahim dini olmuşdur və bütpərəstliyə, çoxlu qaydalara da əməl edilmişdir.
Bunu da qeyd etməliyik ki, hicaz xalqı İbrahim dininə bağlı olmuş və məsihilik,
yəhudilik xüsusi ilə Məkkədə zəif olmuşdur. Həzrət Peyğəmbər (s) də öz əcdadı
kimi səmavi İbrahim dininə etiqad etmişdir.
Çünki Məkkədə nə məsihilik, nə də yəhudilik tanınmırdı və «həzrət öz dininə
etiqad edirdi» deyimi onun peyğəmbərliyindən əvvəl əsaslı ola bilməz.
ƏBDÜLLAH
Əbdül Mütəllibin doqquz oğlu vardı. Zəmzəm quyusu qazılanda nəzr etmişdi ki,
əgər on oğlu olarsa, birini Allah yolunda qurban edər. Onun duası qəbul oldu və
Allah-taala ona onuncu oğulu əta etdi. Bu oğlanlar bunlardan ibarətdir: Haris –
böyük oğul, Zübeyr, əbd Mənaf (əbu Talib), Həmzə – Seyyidüş-şühəda, Ğəydaq,
Ziraf, Müqəvvəm, Əbdül-üzza (əbu Ləhəb), Əbbas. Peyğəmbərin (s) atası Əbdüllah
Əbdül Mütəllibin sonuncu oğlu idi.
Əbdüllah dünyaya gələndən sonra Əbdül Mütəllib öz nəzərini yerinə yetirmək
qərarına gəldi. Övladları arasında püşk atdı. Püşk Əbdüllaha düşdü. Əbdüllahın
əlindən tutub qurbangaha apardı. Qohum-əqraba yığışıb bu işə mane olmaq
istədilər. Çünki bu iş sonrada adətə çevrilə bilərdi. Təklif etdilər ki, on dəvə
və Əbdüllah arasında püşk atılsın. Püşk yenə də Əbdüllaha düşdü. Dəvələri
yüzədək artırdıqdan sonra püşk dəvələrə düşdü. Beləcə, 100 dəvə Əbdüllahı əvəz
etdi. Necə ki, qeybi qoyun İsmaili əvəz etmişdi. O zamandan başalyaraq insanın
diyəsi yüz dəvə oldu. Bu adət Əbdül Mütəllibin adəti oldu və islamda da qorunub
saxlanıldı. Bu məsələ ilə əlaqədar Peyğəmbər (s) buyurub ki,
«mən iki
qurbanın övladıyam». Burada İsmail və atası Əbdüllahı nəzərdə tutur.
Əbdüllah bədən quruluşu, həmçinin ağıl gözəlliyi nəzərincə ərəblər arasında
tanınmış şəxs idi. O, Əbdül Mütəllib övladlarının seçilmişi idi və diqqəti
hamıdan çox cəlb edirdi. Əbdüllah çox yaşamayıb. Amənə ilə evləndikdən sonra Şam
səfərindən qayıdarkən xəstələnir və Mədinədə ata qohumu Bəni Nəccarın yanında
qalır. Elə orada da 25 yaşında ikən vəfat edir. Darül-nabiğə məhəllində dəfn
edilir. Onun qəbri illərlə ziyarət edilir. Ali Səud vaxtı hərəmin
genişləndirilməsi bəhanəsi ilə bu qəbir dağıdılır. Onun vəfat tarixi
mübahisəlidir. Yalnız bu aydındır ki, o, Peyğəmbər (s) anadan olmamış vəfat
edib. Lakin Yəqubi bu fikri rədd edib, imam Sadiqdən (ə) nəql edir ki, Əbdüllah
Peyğəmbər (s) dünyaya gələndən iki ay sonra vəfat edib. Bəli, Peyğəmbərin (s)
digər acdadı kimi Əbdüllah da müvəhhid və allahçı olmuş, bəşəriyyətin ən üstün,
kamil şəxsini yadigar qoyub getmişdir.
AMƏNƏ
Vəhəb ibni Mənaf qızı Amənə ana tərəfdən «Qusəy»də Peyğəmbər (s) nəslinə
bağlanır. Amənə şərafətli bir nəsil, etiqadlı bir ailədəndir. Hamı arasında öz
böyüklüyü ilə tanınır. Amənə pak, müvəhhid bir qadın olub və haqqında rəvayət
vardır. O, atəş haram edilən şəxslərdəndir.
«Allah səni nazil edən sülbə,
səni doğan bətnə, sənə süd verən döşə atəşi haram edib» hədisin sonu Amənəyə
şamildir. («Bihar» 15-ci cild).
Amənə Peyğəmbəri (s) doğduqdan bir müddət sonra ona süd verəcək dayə tutdu.
Peyğəmbər (s) dörd il dayənin yanında qalıb, sonra ana qucağına qayıtdı. Amənə
iki ildən sonra öz mələksima övladı ilə Mədinəyə qohumlarının yanına getdi.
Qayıdarkən xəstələnib, yolda otuz yaşında ikən vəfat etdi. Onu qədim Mədinə və
Məkkə yolnun kənarında əbva adlı bir yerdə dəfn etdilər. Həzrət Peyğəmbər (s)
məhşur vida həccində anaının qəbrini ziyarət edib, ağladı, başqalarını da
ağlatdı. Bu əzəmətli sülb və pak bətn Peyğəmbər (s) kimi bir övlad tərbiyəsi
ləyaqətini qazanıb, bəşəriyyətin iftixarı olan bir yadigar qoydular.
QÜRUBSUZ GÜNƏŞİN DOĞMASI
Pak ata və pakizə bir anadan bütün insanlardan üstün bir insan doğulur. Bu insan
cəmiyyəti çalxalayıb, onun etiqadına, ictimai-siyasi quruluşuna böyük təsir
göstərir. Peyğəmbərin (s) anadan olması bəşər tarixində misli olmayan bir
hadisədir. Onun doğulduğu il elə bir ixtilaf müşahidə edilmir. Onun doğum günü
və ayı mübahisəlidir. Əsasən iki tarix göstərilir: Birincisi Rəbiül-əvvəlin on
ikisidir. Bu tarixi əksər sünnə əhli və Kuleyni kimi bəzi şiə alimləri qəbul
edir. İkincisi isə Rəbiül-əvvəlin on yeddisidir. Bu tarix əksər şiələrin qəbul
etdiyi tarixdir. Amma həzrətin cümə günü doğulduğu tam aydındır. Onun doğum yeri
Məkkədə (ərəbi) Mərvə və əbu-qubeys dağları arasında Məhəmməd ibni Yusifin
evidir. Burada Harun ər-rəşidin anası Xizran məscid tikdirmişdir. Bu yer
müsəlmanların və Məkkənin mühüm yerlərindəndir. Mənəviyyat ardınca gələnlər bu
yeri ziyarət edirlər. Təəssüf ki, Ali Səud dövründə bu məscid də dağıdılmış
yerində kitabxana adı ilə yeni bir bina tikilmişdir.
DOĞUM HADİSƏLƏRİ
Həzrət Peyğəmbərin (s) anadan olması bəşər tarixində böyük bir hadisədir. Belə
hadisələr təbii yolla baş verməyib, əsrarəngiz olub və diqqətləri cəlb edir.
Cəmiyyətin talehində təsirli olan şəxslərin doğumu insanlar üçün bərəkət hesab
olunur. Peyğəmbərin (s) doğumu baş vermiş ən bərəkətli hadisədir. Bundan
bərəkətli bir hadisəyə təsadüf etmək qeyri-mümkündür. Bu hadisələrin bəzilərini
qeyd edirik.
Səduq (r) nəql edir ki, Şeytan yeddi səmada gəzərdi. İsa (ə) doğulanda üç,
həzrət Məhəmməd (s) doğulanda yeddi səmadan qovuldu və atəşə tutuldu.
Yenə buyurur: Peyğəmbərin (s) doğulduğu gecə bütün bütlər yıxıldı, İranda Kəsra
eyvanının lərzəyə gəlib, parçalandı, 14 sütunu sındı, Savə dəryaçası qurudu,
Kufə və Şam arasındakı Səma və vadisini sel basdı. Min ildən sonra fars atəşgahı
söndü.
Dünya zərdüştlərinin abidləri yuxuda gördülər ki, iki hörgüclü dəvələr ərəb
adlarını yedəyə çəkib, dəclədən keçir, əcəm torpağına daxil olurlar. Həmin
gecədə hicaz səmasından bir nur yüksəlib, şərqi işıqlandırdı. Səltənətlər
dağıldı, padşahlar lal oldu, kahinlik və sehr elmi dayandı. Qüreyş əzəmətlənib
Aləllah adlandırıldı.
Amənənin dilindən nəql olunur: Övladım doğulanda başını səmaya tərəf qaldırdı –
məndən bir nur parladı ki, hər yer işıqlandı». İnsanların ağası, sevinci doğuldu
onun adını Məhəmməd qoyun deyə nəva eşitdim. Şeytan qorxmuş halda
ətrafındakıları çağırıb, nə olduğunu soruşdu. Onlar səmadan bir şey anlamayıb,
Kəbə ətrafına gəldilər. Buranı mələklərə dolu gördülər. Onların yaxınlaşmağa
qoymadılar. Onların «nə olub» sualına «Məhəmməd doğulub» dedilər.
Yəqubi əlavə edir ki, Məhəmməd (s) doğulanda yəhudi, məsihi abidləri bir-birinə
dəydi, göydə bu vaxtdan görünməmiş ulduzlar parladı.
Amənənin dili ilə deyilir ki, məndən qalxan nurda Şam sarayını gördüm.
HADİSƏLƏRİN SƏBƏBİ
Bütün bu hadisələrin bir izahı budur ki, böyük bir hadisənin cərəyanına
əksəriyyətin diqqəti cəlb edlsin. Amma dəryaçanın qurulması, vadini elə basması
kimi hadisələrin hikməti bizə aydın olmaya da bilər. Amma bütlərin dağılması,
bəzi məbədlərin xaraba qalması, imperator saraylarının süqutu, sehr və
kahinliyin dayanması barədə demək olar ki, bütün bunların xəbərdarlığı vardır.
Bu insan bütün şirk və bütpərəstlikləri hədəfə alacaq, digər dinləri rədd
edəcəkdir. Zülmə əsaslanan ictimai quruluş, ilahi, insani quruluş yaradacaqdır.
Bu şəxs kahinlik və sehr kimi batil, puç təzahürlər üçün ciddi bir təhlükədir.
O, bəşər həyatının bütün yönümlərinə müdaxilə edəcək tövhid və ilahi etiqadın
bayraqdarı, yeni bir quruluşun yaradıcısıdır. Onun təsiri zaman və məkanla
məhdudlaşır və müxtəlif yönümlərdə risaləti öhdəsinə götürür. Bu ilahi
dəyərlərin ümidi və insan kamalının çiçəklənməsidir.
Həzrət Peyğəmbər (s) doğulanda Əbdül Mütəllibə xəbər verdilər ki, övladın olub.
Əbdül Mütəllib onu ağuşuna alıb, şükr etdi və Kəbəyə apardı. Sonra onu anasına
verib, dayə axtarmağa başladı.
AD QOYMA
«Onun adı göylərdə əhməd, yerdə Məhəmməddir» («Bihar» 15-ci cild). Allahın
Rəsulu (s) doğulandan sonra Cəbrəil və Mikail (mələklər) insan surətində gəlib,
onu yuyundurdular və ətirlədilər. Bu vaxt Amənə bir kənarda dayanıb, təəccüblə
baxırdı! Behişt huriləri körpəni parçaya bələyib, anasının qucağına verdilər.
Sonra mələklər yığın-yığın gəlib, bu sayaq salam verdilər:
«Salam olsun sənə,
ey Məhəmməd; salam olsun sənə, ey Məhəmməd; salam olsun sənə, ey əhməd, salam
olsun sənə, ey əhməd». Kuleyni nəql edir ki, Allahın Rəsulu doğulanda Hatifi
(kimdir qeyd et?) nida etdi ki, onu Məhəmməd adlandırın. («Bihar» 15-ci cild).
Aydındır ki, belə bir böyük şəxsiyyətin adı da göylərdən qoyulur. Onun yüksək
məqamına görə adı da Allah-taala tərəfindən əvvəlcədən təyin edilir. Onun adı
hətta əvvəlki ilahi kitablarda qeyd olunmuşdur. Həzrət İsa (ə) əsrlərcə əvvəl
onun adını müjdə vermişdir:
«Mən sizi məndən sonra gələcək bir peyğəmbərlə
müjdələyirəm, onun adı əhməddir». Quran da onu həm əhməd, həm də Məhəmməd
kimi yad edir:
«Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir»
(“Əhzab» 40).
ÖVLADLARA AD QOYMA
Mühüm nöqtələrdən biri də fərdlərə ad qoymanın əhəmiyyətidir. Bütün
cəmiyyətlərdə adlar yerli mədəniyyət və inamlardan yaranır. Yaxşı və mənalı
adlar bir millətinin mədəniyyətinin zənginliyidir. Necə ki, yüngül və mənasız
adlar yoxsulluğa dəlalət edir. İctimai münasibətlərdə və fərdlərdə ad qoymada
bir millətin azadlığı və ya biganə mədəniyyətlərdən asılılığı yaxşıca aydın
olur. Qurani-məcidin ad qoymada belə ehtiyatlı olduğunu, Peyğəmbərə (s) illərcə
doğumundan əvvəl ad qoyduğunu,
«onun adı Yəydadır, ondan əvvəl kimsəni belə
adlandırmadıq» ayəsini, övlada yaxşı ad qoyulmasının ata-ana üçün vəzifə
olduğunu nəzərə almaqla müsəlman millətlər diqqətli olmalı, övladlarına, ictimai
yerlərə və s. ad qoyarkən zəngin islam mədəniyyətindən faydalanmalıdırlar. Qərb
və şərqdən gəlmiş adların istifadəsi islam mədəniyyəti ilə qətiyyən
uyuşmadığından ondan çəkinmək lazımdır. Ad qoyarkən başqalarının istəyinə,
müdaxiləsinə əhəmiyyət verilməməlidir.
SÜDƏMƏRLİK VAXTI
Həzrət Peyğəmbərdən (s) ana südü haqda nəql olunub ki, körpə üçün ən yaxşı qida
ana südüdür. («Bihar» 100-ci cild). Allah-taala körpənin doğumu ilə eyni vaxtda
ana döşündə süd qərarlaşdırır. Əgər ana südünün əhəmiyyəti müxtəlif yönümlərdən
bəşər bu gün aydın olmuşsa, əsrlərcə əvvəl ilahi vəhy və sirrin üstündən pərdəni
götürmüşdür. Əlbəttə indi bu söhbətin yeri deyil. İndi söhbət ondan gedir ki,
Peyğəmbər (s) südəmərlik dövrünü necə keçirib, özü ana südündən bəhrələnmibmi?
Həzrətin (s) tamamilə ana südü görmədiyini sübut etmək çətindir. Xüsusi ilə
doğum südü uşağın talehində mühüm rol oynayır. Əgər həzrətin (s) anasının südü
yoxidisə də, doğum südü olmalıydı. Peyğəmbər (s) anadan olandan sonra bir müddət
anasının yanında qalıb, onun kifayət qədər südü olmayıb. («Bihar» 15). Əbdül
Mütəllib bu uşağı adi bir insan bilmədiyindən ona xüsusi münasibət bəsləyir və
nəzarət edirdi. Ona görə də süd verən qadın axtarırdı. Həzrətin (s) dayələrinin
sayı mübahisəlidir. Bəzən bu say səkkiz, bəzən də on gətirilir. (Sireye hələbi,
1-ci cild). Onlardan ikisi daha çox tanınır. Anasından sonra ilk süd verən əbu
Ləhəbin kənizi Səvibə (ərəbi) olmuşdur. («Tarixe Yəqubi» 1-ci cild). O,
Peyğəmbərə (s) dörd ay süd vermişdir və Peyğəmbər (s) lütfü heç zaman unutmamış,
onu əbu Ləhəbdən alıb azad etmək istəmişdir. Nəhayət bir vaxt əbu Ləhəb onu azad
etmişdir. Nəql olunur ki, onun azad edilməsi əzabının yüngülləşməsinə səbəb
olar. («Bihar» 15-ci cild).
Sonra Əbdül Mütəllib digər bir dayə axtarmış, öz qızları Atikə (ərəbi) və
Səfiyyə həzrətə süd vermək istəmişlər. Amma Həzrət (s) nə onların, nə də digər
Bəni-haşim qadınlarının südünü istəmişdir. Əbdül Mütəllib nə edəcəyi barədə
tərəddüdə qalmışdı. Ona pak, əxlaqlı Həliməni seçmək təklif olunur. Əbdül
Mütəllib Həlimənin atası Əbdüllah ibni Harisin yanına adam göndərir. Əbdüllah bu
təklifi qəbul edib, Həliməni müjdələyir. Həlimə böyük sevinclə uşağı təhvil
almaq üçün Məkkəyə yola düşür.
HƏLİMƏ SƏDİYYƏ
Həlimə nəsli ədnana yetişən Əbdüllahın qızıdır. Onun nəsli Peyğəmbərin (s) on
yeddinci babası Nizarda Peyğəmbərə (s) bağlanır. Həlimə ağıllı, kamil, gözəl,
natiq, pak, əsilli ailədən, südlü bir qadın olmuşdur. Qüreyş onu məhz ləyaqətinə
görə seçmişdir. Şəhidlər ağası Həmzə əsədüllah da bu qadının döşündən süd
əmmişdir. Həmzə Peyğəmbərin (s) əmisi olmaqla yanaşı, həm də onun süd
qardaşıdır. («Bihar» 15-ci cild).
Həlimə fiziki və ruhi cəhətdən də Peyğəmbər (s) kimi bir uşağa süd verməyə layiq
idi. Olsun ki, məhz Həlimənin ləyaqətinə görə həzrət digər qadınların südündən
imtina etmişdir. Həliməyə bu iftixar da nəsib olur ki, Peyğəmbərə (s) süd
verməyin bərəkətindən Cəhənnəm odu ona haram olur. Çünki Peyğəmbər (s) həm bu
qadının südündən bəhrələnmiş, həm də dörd ilə qədər onun qoynunda böyümüşdür.
«Allah-taala səni yedirən döşə, səni tərbiyə edən qucağa Cəhənnəm odunu haram
etmişdir» hədisi ona aiddir.
Peyğəmbər (s) Həlimənin məhəbbətini daim xatırlayır, ona ehtiram göstərirdi.
Hətta Mədinəyə hicrətdan sonra Həliməyə, Məkkəyə hədiyyələr göndərir. Həlimə
Xeybərin fəthindən sonra Hicrətin yeddinci ilində vəfat edir. Mədinənin Bəqi
qəbristanlığında dəfn olunduğu məlumdur. Qəbri indi də ziyarət edilir.
Peyğəmbərlə (s) birgə keçirdiyi günlərdən Həlimənin şirin xatirələri nəql
olunur. Bu xatirələrin bəzisini zikr edirik.
HƏLİMƏNİN XATİRƏLƏRİ
1-Həzrət Peyğəmbərin (s) həyatı başdan-başa – istər besətdən qabaq, istərsə də
besətdən sonra, hətta uşaqlıq dövründə əsrarəngiz hadisələrlə zəngindir. Həlimə
bu uşağa süd verdiyi dövrdən həmin hadisələrə şahiddir. İlk dəfə Əbdül Mütəllib
körpəni Həliməyə verəndə o yaxasını açıb sol döşünü körpəyə verdi. Onun sağ
döşündə süd yox idi. Lakin uşaq imtina edib, sağ döşə meyl etdi. Həlimə yenə də
sol döşünü vermək istədi, yenə də körpə sağa meyl göstərdi. Həlimə qorxdu ki,
körpə sağ döşdə süd olmdığını görüb sol döşü də əmməsin. Uşaq təkid sağ döşü
əmməyə başladı və illərcə süd görməmiş döşdə bolluca süd yarandı. Bu həzrətin
(s) meylinin bərəkətindən idi. («Bihar» 15-ci cild)
2-Elə uşaqlıq dövründə Həzrətin (s) böyüklüyü məlum idi. Həlimə öz itkisini bu
uşağa süd verməkdə tapdığından bu vəzifəni sevinclə qəbul etmişdi. Həlimənin
digər bir südəmər uşağı da vardı və hər iki uşağı bir döşdən əmizdirməli idi.
Həzrətin (s) sağ döşə süd gəldiyindən hər uşaq bir döşü əmirdi. Amma Həzrət (s)
yalnız sağ döşü əmir və süd qardaşınnı haqqına toxunmurdu. İnsanlığın səciyyəsi
olan ədalət və insaf əvvəlcədən bu körpədə aşkar idi.
3-Həlimə sadə həyat tərzi keçirirdi. Bəlkə də, iqtisadi baxımdan kasıb idi.
Bir-neçə artıq qoyundan savay bir şeyi yox idi. Həzrət Peyğəmbər (s) onun evinə
qədəm qoyandan bu evə bərəkət gəlmişdi. Qoyunlar əkiz doğur, bolluca süd
verirdilər. Ev əhli və camaat bu işin qarşısında etiraf etməli olurdular ki,
uşağın gəlişi ilə onların yaşayışı dəyişib. Nəql edilir ki, bu uşaq «Bismillah»
deməmiş bir şeyə toxunmazdı, bəzən ondan zikrlər eşidərdilər.
Həzrətin (s) südəmərlik dövrü keçdi. Amma o, hələ də Həlimənin yanında idi.
Həlimə onu dörd və ya beş yaşından sonra anasına qaytardı. Amma çox çəkmədi ki,
yenə anasından ayrılmalı oldu. hansı ki, bu yaşda ana məhəbbətinə böyük bir
ehtiyacı vardı. Bəlkə də bu ilahi bir hikmət idi ki, fəzilətli bir uşaq
çətinliklərlə imtahana çəkilsin, onun ruhu məsuliyyətlərin qəbuluna hazır olsun.
Əvvəlcə atası, az sonra anası ondan ayrıldı. Əbdül Mütəllib Aminənin vəfatından
sonra onu öz yanında saxlayır. İki il ötmür ki, Əbdül Mütəllibin vəfatı ilə
səkkiz yaşlı uşaq babasının mehr-məhəbbətindən məhrum olur. Sonra Həzrətin (s)
himayəsini Əbu Talib öhdəsinə götürür.
ƏBU TALIB VƏ PEYĞƏMBƏRİN (S) HİMAYƏSİ
Bəni-haşim arasında Peyğəmbəri (s) himayəyə götürəcək müvəhhid, pak adamlar
vardı. Əbdül Mütəllibin vəfatından sonra müvəhhid, pak, fədakar Əbu Talib və
Fatimə binti əsəd Həzrətə öz məhəbbət ağuşların açıb, vəsfə gəlməz bir eşqlə ona
himayə göstərdilər. Əbu Talib maddi cəhətdən imkanlı olmasa da, Həzrətin (s)
himayəsini iftixarla öhdəyə aldı. Həzrətin (s) də qədəmləri onlara xeyr və
bərəkət gətirdi. Əbu Talib bu uşağa şiddətlə bağlı olduğundan hamıdan çox qayğı
göstərir və onu övladlarından üstün tutur.
Həzrətin (s) gəncliyi bu imanlı ailədə keçir. Bu ailənin fədakarlığı və
məhəbbəti o qədər dərin təsir qoyur ki, Peyğəmbər (s) bu məhəbbəti heç zaman
unutmur. Fatiməni xeyli körpə əhatə edirdi. Onun imkanı zəif idi. Onlara yemək
verəndə hər biri öz payını almaq üçün vurnuxardılar. Amma Peyğəmbər (s) bir
kənarda dayanıb, Fatimənin nə vaxt ona baxacağını ədəblə gözləyirdi. Fatimə
vəfat edəndə Peyğəmbər (s) onun qəbri üstə ağlayaraq buyurdu:
«Bu gün anam vəfat edib. O, öz övladları ac ikən məni doyurmağa çalışırdı,
övladları pərişan ikən mənim saçımı, surətimi darayıb qaydaya salardı. O, mənim
anam idi». («Tarixe Yəqubi» 1-ci cild).
Peyğəmbər (s) bütün qayğılara əməli ilə cavab verərdi. O, Fatimənin övladı əli
ibni əbu Talibin himayəsini öhdəsinə almışdı. Əli (ə) Peyğəmbər (s) Əbu Talib və
Fatimənin ağuşunda böyüdüyü kimi, Peyğəmbərin (s) yanında tərbiyə almışdı.
HƏZRƏTİN (S) PORTRETİ
Həzrətin (s) inkişafı və tərbiyəsi aram-aram formalaşırdı. Onun cismi və ruhi
keyfiyyətləri elə əvvəlcədən hamının diqqətini cəlb edirdi. Onun xasiyyətinə
valeh olanlar bədən gözəlliyinə də heyran qalmışdılar. Bəzi xüsusiyyətləri
burada xatırlayırıq.
Həzrətin sifəti və bədəni bütün cəhətlərdən gözəl yaradılmışdı. İnsan üçün
gözəllik olan bütün əlamətlər ona əta olunmuşdur. O, xasiyyətcə hamıdan gözəl
olduğu kimi görkəmcə də hamıdan gözəl idi. Özü belə dua edirdi:
«Pərvərdigara
bədənimizi gözəl yaratdığın kimi, əxlaqımızı da gözəl qərar ver». Həzrətin
(s) boyu ucalığa meyilli orta idi. Nə gödək idi, nə də çox uca. Nisbətən iri
qafalı başı, enli yanaqları vardı, çənəsinin altı azca dartılmışdı.
Geniş gözəl alınlı, bitişik və nazik qaşlı, iri və tam qara gözlü, gözünün ağı
qırmızıya meyilli və gözü uzun kiprikli, burnun mütənasib və nazik deşikli,
mütənasib ağ dişli kiçik ağızlı, rəngi ağa çalan buğdayı, sinəsinə düşən qıvrım
və lətif saqqallı, qulaqlarını örtəcək qədər qıvrım və baş həddini ötməyən
saqqalı, dartılmış gümüş boyunlu, geniş sinəli, siənsi ilə arba geri çəkilmiş
qarınlı bir insan idi.
Ayaqları və əlləri doluluğa mail və kiçik, ayağının altı dərin, üzü qövsvari
(fizioloji cəhətdən sürətli yeriş və qaçış üçün ən münasib forma), qədəmləri
bərabər, pəncələri az ətli idi. («Bihar» 16-ci cild).
Peyğəmbərin (s) bədəni bütün cəhətlərdən gözəl idi. Əgər Yusif ən gözəl insan
olduğu üçün gözəllərə Yusifcamal deyiblərsə, Peyğəmbər (s) ondan da şirin
olmşudur. Bu fikir rəvayətdə də təsdiq olunur:
«Əgər Yusif gözəl və ya ən
gözəl olmuşsa, mən ondan şirinəm». Onun haqqında belə demək olar ki,
yaxşılarda cəm halda yaxşı nə varsa, tək səndə var. Xasiyyət və görkəmi çox
gözəl olduğundan hamını valeh etmişdi.
Həzrətin yeniyetməlik və gənclik dövründə böyük hadisələr baş verirdi və onun
çoxlu fəzilətləri aşkar oldu. onlardan bəzilərini xatırlayırıq.
RAHİB BÜHEYRA
Qüreyş və Hicaz camaatı ticarət üçün Şama çox gedib-gələrdilər. Peyğəmbər (s)
əbu Talibin himayəsində olanda Əbu Talib Şama getməli oldu. Əbu Talib Peyğəmbəri
çox sevdiyi üçün onu da özü ilə apardı. Qüreyşin karvanı Bəsri adlanan
məntəqədən keçirdi. Yaxınlıqda məsihi bir rahibin sovmiyəsi (koması) vardı.
Həmişə ibadətə məşğul olub, yoldan keçənlərə diqqət etməyən rahib bu dəfə
Qüreyşi süfrəyə dəvət edir. Onun bu hərəkəti təəccübə səbəb olsa da, təklif
qəbul olunur və hamı süfrə kənarına əyləşir. Rahib soruşur ki, sizin adamların
hamısı buradadır? Cavab verirlər ki, bir cavandan başqa hamı. Rahib o cavanın da
gətirilməsini israr edir. Peyğəmbər (s) gələndə rahib gözünü ona dikib, diqqətlə
baxır. Öz səmavi kitabı İncildə son peyğəmbər haqqında deyilən əlamətləri
xatırlayır və bu cavanda görür. Onunla söhbətə girişib, həyatı və yuxuları
barədə soruşur. Onu Qüreyş içində hörmətli bütlərə and verir ki, həqiqəti
söyləsin. Həzrət (s) onun bu andından sıxılır. Büheyrə ona daha artıq diqqət
yetirir və çiynində peyğəmbərlik əlamətini görür. Sonra əbu Talibə tapşırır ki,
Peyğəmbəri yəhudilərdən qorusun!
MƏZLUMLARIN MÜDAFİƏSİ
Cəmiyyətin zəif insanlarını hüququ daim zorular tərəfindən tapdalanır.
Məzlumların hüquqlarının müdafiəsi insanların öhdəsinə düşən insani bir fəzilət,
ilahi bir dəyərdir. Peyğəmbər (s) hələ öz risalətindən əvvəl haqqı müdafiə edər,
fəzilət haqqında söhbətlərdə olardı. Bəni-əsəd qəbiləsindən bir şəxs ticarət
üçün Məkkəyə gəlir. Onun malını Bəni-səhm qəbiləsindən bir şəxs alır, amma
pulunu ödəmir. Bu adam nə qədər çalışırsa, öz haqqını ala bilmir. Əbu Qubeys
dağının zirvəsinə çıxıb, yardım isətyir. Onun hərəkəti camaata çox təsir edir.
Qüreyş böyükləri Əbdüllahın evinə toplanır. Məclisi həzrət Peyğəmbər (s)
nizamlayır. Bu yığıncaqda onlar əhd edirlər ki, məzlumların haqqını
qoruyacaqlar. Bu müqavilə (ərəbi) adı ilə tanınır. Zahirən bu əvvəlki
müqavilələrə yeni bəndlərin əlavə edilməsi ilə bağlıdır. Peyğəmbərin (s) bu
ləyaqətli işi tarixdə məhşurdur. Həzrət (s) özü də bu müqavilə ilə fəxr etmiş və
buyurmuşdur:
«İndi də məni belə bir müqaviləni imzalamağa çağırsalar qəbul
edərəm». («Tarixe Yəqubi» 1-ci cild).
QARA DAŞIN MƏNŞƏYİ
Peyğəmbərin (s) ömründə 25 Bahar ötmüş sel Kəbəni dağıtdı. Qüreyş Kəbəni bərpa
etmək üçün torpaq daşımağa başlayır. Qazılan yer dərinləşəndə böyük bir ilan
görünür və qazıntını dayandırırlar. (Bəlkə də bunun Kəbə ətrafında çoxlu
peyğəmbər qəbrinin olması ilə əlaqələndirmək olar. Buradan çox torpaq
götürlüməsi qəbrlərin açılmasına səbəb olardı). Bir sözlə divarlar qaldırılır,
növbə Həcərül-əsvədin (qara daşın) divara bərkidilməsinə gəlir. Qəbilələr
arasında mübahisə başlanır ki, Həcərül-əsvədi hansı qəbilə götürəcək. Bu vaxt
«Məhəmməd əmin» adlanan Peyğəmbər (s) yaxınlaşır. Hamı onun bu işi mühakimə
etməsinə razılıq verir. Həzrət (s) çox göl bir tədbir tökür. Öz ridasını
(arxalığını) yerə sərib, Həcərül-əsvədi ridasına qoyur. Bütün qəbilələrə
müraciət edir ki, hərə bir tərəfdən yapışıb daşı qaldırsınlar. Hərə ridanın bir
yanından tutub Həcərül-əsvədi qaldırırlar. Həzrət özü daşı götürüb divara
yerləşdirir. Beləcə, hamı bu işin savabından faydalanır və mübahisə kəsilir.
HARAM AYLARIN HÖRMƏTİ
Ərəblər arasında İbrahim dininin qaydaları, o cümlədən müqəddəs haram ayların
hörmətini saxlamaq vardı. Həyatı müharibələrdə ötüşən ərəblər döyüşün qadağan
olduğu haram aylara yaxşı münasibətdə idilər. Bu dörd ayda döyüşlər
dayandığından onlar rahat nəfəs alırdılar. Qurani-kərimin bu ilahi sünnəti –
qaydanı təsbit etdi:
«Allah yanında ayların sayı Allah yeri və göyü yaradan
gündən başlayaraq on ikidir. Bu həqiqət Allah kitabında qeyd edilmişdir. Onların
dördü haram aylardır». (Bu aylarda hücum etməklə müharibə haramdır).
«Səndən haram aylarda müharibə haqqında soruşsalar, onlara de ki, bu aylarda
müharibə böyük bir günahdır». («Bəqərə» 217).
Bu aylar ibarətdir: Zülqədə, Zül-hiccə, Məhərrəm və Rəcəb. Ərəblər bu ayları
möhtərəm saysalar da dəfələrlə ehtiramı sındırmış, müxtəlif qəbilələr arasında
döyüşlər olmuşdur. Bu döyüşlər haram ayların ehtiramını qırdığından günah və
fəsad adlandırılmışdır. Belə döyüşləri dörd yerdə zikr etmişlər. Hətta dörd il
çəkən bir döyüşdə Peyğəmbərin (s) iştirak etdiyini deyənlər var.
Kəhanə qəbiləsindən Bərraz ibni Qeys Kənani Həvazin qəbiləsindən Urvə ibni
Rəhhal ilə Neman ibni Munzirə yer icazəsi vermək üstündə dalaşmışdılar. Bərraz
Urvəni qətlə yetirmişdi. Ölənin qohumları Kənanəyə qarşı birləşmişdilər. Kənanə
Qüreyşə pənah gətirmişdi. Qüreyşdə onlara himayədarlıq etmiş və müharibə
başlamışdı.
Bəzilərinin yazdığına görə həzrət (s) on yeddi yaşında ikən bu döyüşə şahid
olmuşdur. Bəziləri isə onun dili ilə nəql edir ki,
«Mən əmilərimə atılan
oxları dəf edirdim». Görən bu iki cümlədən belə bir nəticəyə gəlmək olar
ki, Peyğəmbər (s) bu döyüşdə iştirak edib? Belə görünür ki, bu deyilişlərdən
uyğun nəticəni əldə etmək olmaz. Hansı ki, bəziləri laqeyidlik göstərərək bu
məsələn yan keçir və həzrətin (s) iştirakını təsdiqləyirlər. Amma əvvəlki cümlə
həzrətin (s) yalnız şahid olduğunu qeyd edir. Əslində isə şahid olmaq hələ
iştirak etmək deyil. İkinci cümlədə isə oxların dəf olunmasından danışılır. Heç
bu da o demək deyil ki, Peyğəmbər (s) döyüşdə iştirak edib. Bir halda ki, haram
aylara ehtiram qoyulması qəbul edilmiş bir qayda idi və bu hörməti sındırmaq
günah hesab olunurdu, necə ola bilərdi ki, Peyğəmbər (s) belə aylarda mühribədə
iştirak edəydi?! Həqiqətə yuğun gələn məlumat Yəqubinin əbu Talibin dilindən
nəql etdiyidir: «O, nəinki müharibələrdə iştirak etmirdi, hətta Bəni-haşimə də
müharibədə iştirakı qadağan edirdi. Hətta əbu Talibin mövqeyi başqalarını da bu
işdən çəkindirmişdi. Bu döyüşdə Bəni-haşim iştirak etmədiyindən çoxları bu
döyüşə qatılmırdı.
«Əbu Talib Bəni-haşimi bu döyüşlərdən çəkindirdi və
bildirdi ki, bu döyüş haram aylara hörmətsizlikdir». Əbdüllah ibni Üməyyə
və Cədan və Hərb ibni Üməyyə də Bəni haşimə görə döyüşə getmədilər».
Əlbəttə, bunun unutmaq olmaz ki, müdafiə bütün hallarda, bütün zamanda və
məkanlarda, hətta haram aylarda da, hətta Kəbədə də qanuni və vacibdir. Düşmənin
hücumundan müdafiə hər bir dində hər bir kəsin haqqıdır. Quran da bu barədə
buyurur:
«Haram olan ay haram olan ay müqabilindədir. Hörmətlərdə də qisas
var. Sizə qarşı təcavüz edənlərdən müdafiə olunun». («Bəqərə» 194).
Təcavüzkara cavab verin. Əgər həzrət həmin döyüşdə iştirak etmişsə, müdafiə
olunan tərəfdən olmuşdur.
«Mən növcavan olanda əmimlər Füccar döyüşünə şahid
idim», cümləsi Həzrətin (s) müdafiədə iştirak etdiyini bildirir. Əks
təqdirdə deməliyik ki, həzrət (s) belə qalmaqallardan tamam uzaq olmuşdur.
İbrahim (ə) dininə etiqad edən kəs heç zaman öz dininin sünnətini görməzliyə
vurmaz.
XƏDİCƏNİN ELÇİLİYİ
Növcavanlıq dövrü ötüşmüş, cvanlıq dövrü də aram-aram vidalaşmaqda idi. Həzrət
Peyğəmbər (s) iyirmi beş yaşında idi. Mömin və varlı qadın Xədicə (ərəbi)-dan on
beş il qabaq anadan olmuşdu və həmin vaxtadək iki dəfə – ətiq ibni Aiddə və əbu
Halədə ərdə olmuşdu. Hazırda isə ərsiz bir qadın idi. O, Şam və başqa yerlərə
ticarət üçün admlar göndərirdi. Bir dəfə də bu iş həzrət Məhəmmədə (s)
tapşırılır. O, bu ticarət səfəindən böyük qazancla qayıdır. Elə əvvəllər də öz
sədaqəti ilə tanınan Məhəmmədin (s) bu səfərdən sonra xüsusi ilə Xədicə üçün
düzlüyü və ayıqlığı aşkar oldu. Ərəb böyükləri ilə izdivaca razılıq verməyən
Xədicə özü evlənmək təklifi ilə Məhəmmədə (s) müraciət etdi. Peyğəmbərin (s)
digər bir buyruğuna görə əmmar Yasərlə Səfa və Mərva arasından keçərkən Xədicə
və bacısı Halə ilə rastlaşırlar. Halə əmmara yanaşıb,
«Məhəmməd Xədicə ilə
evlənmək istəmirmi» -deyə soruşur. Əmmar bu barədə Peyğəmbərdən (s)
soruşanda o, buyurdu:
«Bu sualın cavabı sabaha qalsın». Deyilən gün
həzrət (s) öz əmisi Əbu Talib ilə Xədicəyə elçiliyə gedir. Bu mərasimdə Əbu
Talib belə deyir: «Həmd olsun Allaha ki, bizi İbrahim nəslindən qərar verib və
hərəmi bizim üçün əmn edib (tapşırıb) və bizi cəmiyyətə rəhbər təyin edib. Mənim
qardaşım oğlu Məhəmmədin dünya malından sərvəti az olsa da, kamal və əxlaq
baxımından kimsə onunla müqayisə edilə bilməz. O, Xədicə ilə evlənmək istəyir.
Əlbəttə ki, Xədicənin də bu işə meyli olsa. Onun mehriyyəsinin bir qədərini öz
malımdan verirəm». Elçilik və əqd mərasimi bu şəkildə keçdi.
XƏDİCƏ
Cahiliyyət dövründə Tahirə adlanan Xədicə Məkkənin tanınmış və dindar
qadınlarından idi. Əbu Cəhl, əbu Süfyan, Üqbə ibni əbu Məit, Səlt ibni əbu Yəhab
kimi admalar ona elçiliyə gəlmiş, amma Xədicə onlarda evlənmə üçün zəruri
keyfiyyətləri görmədiyi üçün razılıq verməmişdi. («Bihar» 16-cı cild). (Amma
Məhəmməd-əmindən elçiliyi razılıqla qəbul etdi). Xədicə şərafətli bir ailədən
idi və Peyğəmbərin dördüncü babası Qəsada onunla bağlanırdı. Xədicə ilahi
qadınlardan idi və onun haqqında rəvayətdə nəql olunmuşdur:
«Allah dörd
qadını seçmişdir: Məryəm, Asya, Xədicə və Fatimə» («Bihar» 15-ci cild).
Peyğəmbərin özündən və həzrət əlidən sonra Xədicə müsəlmanlığı qəbul etmiş ilk
şəxsdir. Əlidən (ə) belə nəql olunub:
«İlk islam olmuş evdə cəmi üç nəfər
vardı: Peyğəmbər (s), Xədicə, üçüncü isə mən». Həzrət Peyğəmbərdən (s) bu
xanım haqqında belə nəql olunub:
«Xədicə kimisi harada tapılar. O, mənim
risalətimi elə bir vaxt təsdiq etdi ki, xalq bu böyük fəzilətlə düşmənçilik
edirdi». Bu fəzilətdə birinci olmaq bəşəriyyət üçün fəxrdir. Peyğəmbərlə
(s) Xədicə təqribən iyirmi beş il bir yerdə olmuşlar. Həzrətin (s) əksər
övladları bu böyük qadından olmuşdur. Xədicə besətin onuncu ili Məkkədə 65
yaşında vəfat etmişdir və Məkkədə «Cənntül-məlai» qəbristanlığında dəfn
olunmuşdur. Onun qəbri bu gün də ziyarət edilir.
DİGƏR İZDİVACLAR
Nə qədər ki, Xədicə sağ idi həzrət Peyğəmbər (s) başqa qadınla evlənməmişdi.
Xədicənin vəfatından sonra Peyğəmbər (s) on dəfədən çox evlənmişdir. İmam
Sadiqdən (ə) nəql olunmuşdur ki, həzrət (s) on beş qadınla evlənmiş, onlardan
ikisi ilə yaxınlığı olmamışdır. («Vəsail» 14-cü cild).
1-Sudə Zəmə qızı Peyğəmbərin Xədicədən sonra evləndiyi ilk qadın idi. O,
hicrətdən sonra Ömərin xilafətinin axırlarında və ya 54-cü ildə vəfat etmişdir.
2-Əbu Bəkrin qızı Ayişə Sudədən sonra Məkkədə altı yaşında Peyğəmbərə (s) əqd
olunmuşdur. Yalnız hicrətdən sonra Peyğəmbərin (s) evinə köçmüşdür. Peyğəmbərin
evləndiyi qadınlar arasında yalnız Ayişə bakirə olmuşdur. O, Hicrətin 57-ci, ya
da 58-ci ilində vəfat etmişdir.
3-Həfsə Ömər qızı, əri Xüneys Ühüd döyüşündə yaralanıb öləndən sonra Hicrətin
üçüncü ili Peyğəmbərə ərə gedir. Ya 28, ya 41, ya da 45-ci ildə vəfat etmişdir.
4-«Ümmül-məsakin», Xəzimə ibni Haris qızı Zeynəb – Ühüd döyüşündə şəhid olmuş
Əbdüllahın ibni Cəhşin arvadı. Peyğəmbər (s) Həfsədən sonra onunla evləndi.
İki-üç ay sonra vəfat etdi.
5-«Ümmü-həbibə» kimi tanınmış Rəmlə əbu Süfyan qızı. Həbəş səfərində əri
məsihiliyi qəbul etdiyindən Nəccaşinin vasitəsi ilə Peyğəmbərə əqd olunub və
Hicri 44-cü ildə vəfat edib.
6-Əri Əbu Sələmə Ühüd döyüşündə yaralanıb şəhid olmuş «Ümmü-sələmə» əbu Üməyyə
qızı. O, Peyğəmbərin bütün qadınlarından sonra 59-62-ci illər arasında vəfat
edib.
7- Peyğəmbərin (s) təklifi ilə Zeydə əqd olunmuş Cəhş qızı Zeynəb. Zeyd onu
boşadıqdan sonra ilahi vəhyə görə Peyğəmbərə ərə getmişdir. O, Hicri 20-ci ildə
vəfat etdi. O, daim digər qadınlar yanında öyünərək deyirdi ki, sizi atalarınız
həzrətə ərə verib, mən isə ilahi vəhylə gəlmişəm.
8-Cəvriyə Haris qızı, Hicri 5-ci ildə Bəni-müstələq döyüşündə əsir düşdü və
əsgərlərdən birinə qənimət verildi. O, öz sahibi ilə isrət kəsdi ki, qiymətini
ödəyəcəyi təqdirdə azad edilsin. Sonra Peyğəmbər (s) bu qiymətin ödənməsi üçün
müraciət etdi. Həzrət (s) həmin məbləği ödəyib, onunla evləndi. Bu evlənmə çoxlu
əsirlərin azad olunmasına səbəb olud.
9-«Ümmü-şərik» kimi tanınmış Uzilə Cabir ibni Həkim qızı. O, özünü mehriyyəsiz
olaraq Peyğəmbərə (s) bağışladı.
10-Səfiyyə Həyy ibni Xəttab qızı, Harun peyğəmbərin (s) ????? nəvələrindən idi
və Xeybər döyüşündə əsir düşmüşdü. Həzrət (s) azad etdikdən sonra onunla
evləndi. O, Hicrətin 50-ci ilində vəfat etdi.
11-Məymunə Haris ibni Həzn qızı yeddinci ildə Ümrətül-qəza səfərində Peyğəmbərlə
(s) izdivac etdi və 51-ci (63-66) ildə vəfat etdi.
12-Qibti padşahı Məqvəqis tərəfindən Peyğəmbərə (s) hədiyyə edilmiş Mariyə. Bəzi
qadınlar yalnız həzrətə əqd olmuş və ya onun kənizi olmuşlar. Amma bu evlənmələr
həyata keçmişdir və onların adı tarixdə qeyd edilib. Xədicədən başqa həzrətin
əksər qadınları Mədinədə Bəqi qəbristanlığında dəfn edilmişlər. Onların qəbri
hal-hazırda da tanınır və ziyarət edilir.
ZƏHƏRLİ QƏLƏMLƏR
Dörddən artıq qadınla daimi evlənmək yalnız peyğəmbərə xas olan ilahi
hökmlərdəndir. Başqaları daimi nikahla eyni vaxtda dörddən artıq qadınla evlənə
bilməzlər. Düzgün təhlillərlə bu sayaq məsələlərin izahı müəyyən şübhələrə cavab
verə bilər. Peyğəmbərin (s) izdivaclarının səbəbləri haqqında düşmənin zəhərli
qələmləri xeyli iş görür. İnsanlar çaşdırılır, həqətdən yayındırılır. Bəziləri
həddi aşaraq Peyğəmbərin (s) izdivaclarını nəfsani istəklərlə əlaqələndirmişlər.
Qəti şəkildə bunu inkar etmək olar. Öz cavanlıq dövrünü, ömrünün iyirmi beş
ilini qırx yaşlı iki dəfə ərdə olmuş qadınla keçirən bir şəxs ömrünün son on üç
ilində müxtəlif izdivaclar edirsə, bunu hansı əsasla nəfsani istəklərlə bağlamaq
olar?! Beləcə, yalnız düşmən, alçaq, nadan qələmlər bu sayaq izahatlara cəhd
edirlər. Bu nöqtəyə diqqət edərək digər səbəbləri araşdırmaq lazım gəlir.
İZDİVACLARIN SƏBƏBİ
Yazılarda Peyğəmbərin (s) izdivaclarının bəzi xüsusiyyətlərinə işarə edildi.
Həzrət (s) normal bir insan kimi cinsi ehtiyacının ödənməsində izdivac yolundan
istifadə etmişdir. Həm həzrət özü, həm də səhabələr, xüsusi ilə də cavanlar
asanlıqla evlənərdilər. Hansı ki, bu gün evlənmək ən çətin ailə və cəmiyyət
müşkillərindəndir. Keçmiş söhbətlərimizdən aydın olduğu kimi həzrətin
izdivaclarının dini əhəmiyyəti də olmuşdur. Məsələn, qəlblərin alınmasında,
ictimai mövqeyə malik ailələrlə, əbu Bəkrlə, Ömərlə, əbu Süfyanla qohumluğun
ictimai əhəmiyyəti vardı.
Bəzi izdivacların fiqhi əhəmiyyəti vardır. Məsələn, özünü mehriyyəsi olaraq
həzrətə hədiyyə etmiş «Ümmü-şərik»lə izdivac. Quran da bunu peyğəmbər
xüsusiyyəti kimi bilir:
«Yalnız sənə məxsus olaraq, özünü peyğəmbərə
bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik». (“Əhzab» 50).
Zeyddən təlaq almış Cəhş qızı Zeynəblə izdivacın da fiqhi səbəbləri vardır.
Xədicənin qardaşı oğlu Həkim ibni Hizam Şamdan gətirdiyi qullardan bir olan
Zeydi Xədicəyə bağışladı. Sonra həzrətin istəyi ilə Xədicə onu həzrətə
bağışladı. Peyğəmbər (s) hədiyyə olaraq aldığı Zeydi azad etdi. Sonralar Zeydi
«peyğəmbər oğlu» deyə çağırardılar. Adamlar elə qəbul etmişdilər ki, oğul
çağırılan da oğul kimidir və onun boşadığını almaq olmaz. Quran bu səhv fikri
rədd edir:
«Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. O,
Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur». (“Əhzab» 40). Zeydin
boşadığı qadınla evlənmək barədə buyurulur: «Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə
səni onunla evləndirdik ki, möminlər oğulluqlarının («oğul» çağırdıqları)
boşadığı qadınlarla evlənə bilsinlər» (“Əhzab» 37). Əgər bu hökm təkcə Quranda
deyilsəydi, bəhanələrlə başqa cür yozula bilərdi. Lakin Peyğəmbər (s) özü bu
hökmə əməl edəndən sonra bütün şübhələr alt-üst oldu.
Digər Peyğəmbər zövcələri haqqında bunu demək olar ki, kimsəsiz, imkansız
qadınlar idilər. Həzrət (s) onlarla evlənərək digər bir ictimai faydalı əməli
qayda qoydu. Bir əsir qadınla Peyğəmbərin (s) evlənməsi bir çox digər əsirlərin
azad olmasına gətirdi. Bəli, uyğun izdivaclar sadalanan şəraitlərdə həyata
keçmişdir. Bu şərtlər içində yalnız nəfsani istəyə yer yoxdur!
QURANDA PEYĞƏMBƏR ZÖVCƏLƏRİ
Peyğəmbərin (s) zövcələri vəhy evinə bağlıdırlar. «Nur» surəsində buyurulur:
«Həmin ev ki, Allahın izni ilə uca mərtəbəlidir və onda Allah adı zikr
edilir». Elə buna görə də Peyğəmbər zövcələri yüksək mövqeyə malik
olmuşlar. Eləcə də bu yüksək mövqe onların öhdəsinə xüsusi vəzifələr qoymuşdur.
Quran peyğəmbər zövcələrini müsəlmanlara ana bilir:
«Onun zövcələri sizin
analarınızdır». Bu qadınlar fiqhi bir hökmdə anadırlar və onlarla evlənmək
başqaları üçün daim haramdır. Başqa bir ayədə bu hökm bir daha təsdiqlənir: «
Peyğəmbərdən sonra onun zövcələri ilə evlənmək heç zaman sizə halal deyil»
(“Əhzab» 3).
Quran peyğəmbər qadınlarının uca mövqeyinə görə onları bütün çirkinliklərdən
paklayır. Bu qadınlar pak və təqvalı insanlar kimi tanıtdırılır. Hətta bu
qadınlardan birinə böhtan atıldıqda Quran özü onların müdafiəsinə qalxır. Çünki
bu böhtanlar bir şəxsə qarşı yox, bütün vəhy evinə qarşı yönəlmişdir. Ona görə
də bu məsələ çox əhəmiyyətlidir. Vəhy evi və rəhbərlik hər zaman pak olmalıdır.
Bu həqiqətlər xalqa da aydın olmalıdır. Xalq bilməlidir ki, xalqa rəhbərliyi
öhdəsinə götürmüş Peyğəmbər ətrafı bütün nöqsanlardan pakdır. Xalq onlara
inanmalı, onları özünə nümunə götürməlidir. Quranın bu müdafiəsi qadınlardan çox
vəhy evinə aiddir.
QURANDA PEYĞƏMBƏR (S) ZÖVCƏLƏRİNİN MÜDAFİƏSİ
Peyğəmbər (s) səfərə çıxanda, hətta müharibəyə gedəndə bəzi zövcələrini özü ilə
aparardı. Bəzən də kimin gedəcəyi püşklə təyin olunardı. Döyüşlərdən birində
Ayişə Peyğəmbərin (s) yanında idi. Yolda dayanarkən Ayişə paklanmaq üçün
karvandan arxada qalır. Kəcavə Ayişəsiz dəvəyə qaldırılır və karvan yola düşür.
Ayişə qayıdarkən boyunbağısının qırılıb düşdüyünü görür. Boyunbağını axtarmaq
üçün geri qayıdır. Yolda məlum olur ki, Ayişə kəcavədə yoxdur. Bir müddət sonra
Səfvan ibni Mətəl oradan keçərkən Ayişəni görür və onunla kəlmə belə kəsmədən
dəvəsini yatırdıb Ayişəni dəvəyə mindirir və karvana çatdırır. Ayişə və Səfvan
haqqında böhtançıl adamlar söz-söhbətə başlayırlar. Xüsusi ilə Mədinədə şayələr
yayılır. İttiham olunanlar, xüsusi ilə Ayişə möhkəm narahatçılıq keçirir.
Peyğəmbərsə bu barədə susur və böhtanlar onu incidir. Ayiəşənin günü göz yaşları
içində keçir, yuxusu ərşə çəkilir. O, tənhalığa çəkilib, Allahdan yardım
diləyir. Sübhan Allah Ayişə haqqında deyilənlərin böhtan olduğunu belə
təsdiqləyir:
«Həqiqətən Ayişə haqqında yalan xəbər gətirənlər öz içərinizdə
olan bir zümərdir. Onu pis bir şey zənn etməyin. O, bəlkə də sizin üçün
xeyirlidir». («Nur» 11). Quran bununla vəhy evinə bağlı olanların,
rəhbərlərin əhəmiyyətini nəzərə çatdırır. Çox adamlara böhtan atılır, amma Quran
müdaxilə etmir. Amma Peyğəmbər zövcələrinə böhtan deyiləndə Quran onları
paklayır. Bu onların hüquqi şəxsiyyətlərinə verilən əhəmiyyətdir.
HÜQUQİ ŞƏXSİYYƏT
Allah-taala bu məsələyə əhəmiyyət verdiyi üçün Peyğəmbərin (s) qadınlarına yol
göstərir və onların hüquqi şəxsiyyətini aşkar bəyan edir. Onlara xatırladır ki,
siz başqaları kimi deyilsiniz. Siz rəhbərlik evinə bağlısınız. Xalq
başqalarından gözləmədiyini sizdən gözləyir. Əlbəttə ki, bu göstərişlər təkcə
Peyğəmbər qadınlarına aid deyildir. Quran ayələri müəyyən məkan və müəyyən
şəxslər üçün məhdudlaşa bilməz. Quran bəşəri və əbədi bir hidayət kitabıdır. Bu
göstərişlər rəhbərlik məqamına, islami nizama bağlı bütün şəxslərə aiddir. Bütün
məsullar və onlara bağlı olanlar, dini addan faydalananlar hər zaman bu
göstərişləri rəhbər tutmalıdırlar. Qısası, bu göstərişlər bütün hüquqi şəxslərə
aiddir. Həqiqi şəxsiyyətdən əlavə hüquqi şəxsiyyətə malik olanlar öz
rəftarlarına, evlərinə, miniklərinə, paltarlarına, süfrələrinə başqalarından
daha çox fikir verməlidirlər. Çox vaxt onlar mübah şeylərdən də çəkinməlidirlər.
«Sizdən hər kim Allaha və Rəsuluna itaət edib yaxşı ilər görsə, onun
mükafatını ikiqat verərik». (“Əhzab» 31).
«Ey Peyğəmbər zövcələri, Allahdan qorxacağınız təqdirdə siz qadınların heç biri
kimi deyilsiniz» («Əhzab» 32). «Siz ey peyğəmbər zövcələri, sizin hansı biriniz
açıq-aşkar bir çirkin iş görsə onun əzabı ikiqat olacaq» (“Əhzab» 30). Bu
«uyğun cəza olaraq» ayəsinə («Nəbə» 16) zidd deyil. İki cəza qazancı fərqli
baxımlardandır.
Quran rəhbərlik evinin şəninə, adına o qədər əhəmiyyət verir ki, belə müraciət
edir: Ya şən və adı qorumaqla Peyğəmbərlə olun, ya da Peyğəmbərdən və
rəhbərlikdən uzaqlaşın. Rifah istəyi ilə peyğəmbər ardıcıllığı yanaşı ola
bilməz. Bu iki şey bir yerdə mümkün deyil. Diqqət edin:
«Ya Peyğəmbər,
zövcələrinə de ki, əgər dünya rifahı və bər-bəzək istəyirsinizsə, qoy Peyğəmbər
sizin haqqınızı ödəyib boşasın». Rəhbərlik evində rifah mümkün deyil:
Yox, axirət həyatını istəyirsinizsə, Allah içərinizdən yaxşı işlər görənlər
üçün böyük bir mükafat hazırlaşmışdır» (“Əhzab» 29). Quranın müraciətləri
diqqəti bu nöqtəyə yönəldir ki, siz Peyğəmbər zövcəsi olduğunuz üçün
başqalarından daha diqqətli olmalı, cahil əməllərdən çəkinməli, xalq arasında
cahil adətlərlə görünməməlisiniz: «Öz evlərinizdə olun, məclislərdə cahiliyyət
dövrünün qadınları kimi görünməyin» (“Əhzab» 33).
Peyğəmbərin (s) qadınları bu göstərişləri ürəkdən qəbul etdilər; öz əməl və
rəftarlarına diqqətli oldular. Söz yox ki, Peyğəmbərin vəfatından sonra Ayişə bu
göstərişlərindən çıxıb, müxalifət bayrağı qaldırdı. Cəməl döyüşü fitnəsində
əlinin (ə) cavan hökumətinə qarşı çıxdı. Əlbəttə ki, yuxarıdakı ayədən belə
nəticə çıxarmaq olmaz ki, qadın ictimai məsuliyyətlərdən kənarda olmalıdır. Bu
məsələnin izahı «Fatimə həyat idealı» kitabında şərh edilib.
Hər halda Quran yolu ilə düşünənlər, əməlini Qurana uyğunlaşdırmaq istəyənlər
Peyğəmbəri (s) özlərinə nümunə götürürlər. Bu hüquqi şəxsiyyətə malik olanlara
daha çox aiddir və onlra bu məsələyə ciddi yanaşmalıdırlar. Belə şəxslər
deyilənlərə sübut istəsələr, həmin ayə şəri dəlil ola bilər.
PEYĞƏMƏBRİN (S) ÖVLADLARI
Həzrətin (s) üç oğlu və dörd qız övladı olmuşdur. Oğlanlar – Qasim (Peyğəmbər bu
münasibətlə «əbül-qasim» adlanmışdır, Qasim iki yaşında ikən Məkkədə vəfat
etmişdir), Əbdüllah (besətdən sonra anadan olub, ona görə də «Təyyib», «Tahir»
ləqəbləri var. Məkkədə vəfat edib və onun ölümündən sonra As ibni Vail
Peyğəmbəri sonsuz adlandırıb), İbrahim (Mədinədə Qibtiyyə Mariyədən olub,
Hicrətin onuncu ilində on yeddi aylığında vəfat edib, Bəqidə dəfn olunub.
Tarixdə yazıldığına görə həzrət (s) onun ölümünə ağlayıb, «qəlbim yanır» deyib).
İbrahimin məzarı ziyarətgahdır. Həzrətin Xədicədən olan övladlarını Qasim,
Təyyib, Tahir kimi qeyd ediblər. Amma belə görünür ki, Təyyib və Tahir adları
hər ikisi Əbdüllaha aiddir.
Peyğəmbərin (s) qızları:
-Zeynəb Peyğəmbərin böyük qızıdır. İzdivacdan beş il sonra doğulub. Öz xalası
oğlu əbül-as ibni Rəbi ilə ailə qurub, Hicri səkkizinci ildə vəfat edib. Bəzi
yazılara görə Fatimədən sonra əli (ə) ilə ailə qurub.
-Rüqəyyə islamdan əvvəl doğulub. Əvvəlcə əbu Ləhəb oğlu Utbə ilə ailə qurub.
«Təbbət» surəsi nazil olandan sonra əbu Ləhəbin göstərişi ilə toydan qabaq
ayrılıb. Sonra Osman ibni əfan ilə izdivac edib. Hicri ikinci ilidə dünyasını
dəyişib.
-Ümmi Gülsüm də Məkkədə doğulub. Bacısı kimi əbu Ləhəbin digər oğlu ətibə ilə
izdivac edib. «Təbbət» surəsindən sonra ayrılıb. Rüqəyyənin vəfatından sonra
Osmana ərə gedib. Hicri üçüncü ildə vəfat edib.
-Fatimeyi-Zəhra (s) besətdən beş il sonra doğulub. Hicrətdən iki ay sonra
Mədinədə əli (ə) ilə ailə qurub. Həzrətdən (s) sonra onun yeganə yadigarıdır.
ÖTƏNLƏRƏ BİR BAXIŞ
Bura qədər islamdan əvvəlki ərəb mədəniyyət qaynaqları və Məkkə şəhərinin
tarixinə əsasən Qüreyşin etiqadı və bütpərəstliyin Məkkəyə qayıdışı araşdırıldı.
Eləcə də, peyğəmbər nəslinin etiqadına, onu ata və anasını həyatına,
peyğəmbərlikdən əvvəlki həyat sətirlərinə nəzər salındı. Ötən bəhsdə də
Peyğəmbərin (s) dinindən və həyatından danışılmışdı. Nəhayət, onun
izdivaclarına, evlənmə səbəblərinə, övladlarının sayına işarə edildi. Əsas
məqsədimiz isə qarşıdakı hissələrdə işıqlanacaq.
İKİNCİ HİSSƏ
BƏŞƏRİ BESƏT (MİSSİYS)
BƏŞƏRİ BESƏTƏ HAZIRLIQ
Ruhi və mədəni dirçəlişin yaranması, cəmiyyətin etiqadının dəyişməsi xeyli çətin
bir işdir və asanlıqla həyata keçmir. İnsan öz əqidəsinə haqlı və ya haqsız
bağlı olur.
«Hər bir dəstə öz dininə sevinər» («Rum» 32). İnsan öz
məsləkinə bağlı olmaqla kifayətlənməyib, başqalarını da bu yola gətirməyə
çalışır.
«Yəhudilər və məsihilər səndən o zaman razı qalarlar ki, onların
dinini qəbul edəsən» («Bəqərə» 120).
Peyğəmbərin qarşısında böyük ictimai vəzifələr vardır. Onlar insanların
düşüncəsində batil xarablarını viran qoyub, gözəl tövhid binasını
ucaltmalıdırlar. Bütün peyğəmbərlərin son məqsədi eynidir – bəşəriyyəti Allaha
qovuşdurmaq.
«Hər bir millətdən peyğəmbər seçdik. Onların deyəcəyi bu idi ki,
Allaha pərəstiş edin, tağutdan və onun batil təzahurlərindən çəkinin».
(«Nəhl» 36).
əlbəttə ki, bu məsuliyyətlərin icrasında hamı eyni deyildir. Hərə öz sahəsində
məsuldur.
«Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik». («Bəqərə»
253). Ən böyük məsuliyyəti isə bu risalət silsiləsini başa çatdıran son
peyğəmbərin öhdəsinə düşür.
«Bu gün sizin üçün dini kamil etdi və nemətləri
tamamladım. Bir din kim islamı sizin üçün bəyəndim». («Maidə» 3). O, yeni
bir mədəni və siyasi inqilab üçün çalışır. Düşüncələri vəhy maarifinə bağlamaq,
insan fitrətini oyatmaq istəyir.
Belə bir dərin dəyişiklik qısa müddətdə bir dəfəyə başa gələsi deyil. Əvvəlcədən
hazırlıq görülməlidir. Böyük səy və hazırlıqla qədəm götürülməlidir ki, bu
məqsəd həyata keçsin. Peyğəmbərlərin xüsusiyyətlərindən biri budur ki, onların
hər biri özündən əvvəlki peyğəmbərlərə sübut, özündən sonrakı peyğəmbərlərə
müjdəçi olmuşdur. Çünki onların məqsədi eynidir və aralarında heç bir ixtilaf
yoxdur. Həzrətin (s) risaləti bəşəri olduğundan onun zühuru üçün hazırlıq
əvvəlki peyğəmbərlərin öhdəsinədir. Buna görə də əsirlərcə əvvəllər böyük
peyğəmbərlər bu zühuru xəbər vermişlər. İbrahim-xəlil (ə) üç min ildən çox əvvəl
peyğəmbərin zühuru ilə müjdələyir: «Onların arsında elə birini onlara peyğəmbər
göndəri ki, ayələrini onlara oxusun, onlara kitab və hikmət öyrətsin, onları
təmizləsin. Bu istəklə cəmiyyəti böyük bir zühura müntəzir edir. Digər
peyğəmbərlər də bu yolu hamarlamağa çalışırlar ki, sonuncu səma səfiri Məsih (ə)
gəlsin. O, son nöqtəni qoymalı, son peyğəmbərin xüsusiyyətlərini ətraflı şəkildə
bəyan etməlidir. O, öz səmavi kitabında əsaslı şəkildə xüsusiyyətləri
bildirməlidir ki, cəmiyyət bu zühura hazırlıq görsün.
«Bir vaxt Məryəm oğlu
İsa belə demişdi: Ey İsrail oğlulları! Həqiqətən mən özümdən əvvəl nazil olmuş
Tövratı təsdiq edən və məndən sonra gələcək əhməd adlı bir peyğəmbərlə müjdə
verən Allahın elçisiyəm». («Səff» 6). İncildə əhməd adı ivritçə «fərqəlit»
(ərəbi) kimi verilmişdir.
Həzrətin (s) xüsusiyyətləri o qədər xırdalıqlarınadək xəbər verilmişdir ki,
bəhanəyə yer qalmasın. Onlar öz kitablarında həzrəti (s) öz oğullarını
tanıdıqları kimi tanıyırdılar. İnsan öz övladını tanımaqda səhv etmədiyi kimi
kitab əhli də həzrəti (s) bu sayaq tanıyırdı.
«Kitab verdiyimiz şəxslər onu
[Məhəmmədi] öz oğullarını tanıdıqları kimi tanıyırlar». («Bəqərə» 146). Bu
hazırlıqlar və ardıcıl təbliğlər cəmiyyətə, xüsusi ilə Fələstin və Hicaz
ətrafında yaşayan yəhudi və məsihilərə xəbərdarlıq etmişdi. Hamı bu zühurun
intizarında idi. Bu həqiqət hamıya günəş kimi aydın idi.
Digər bir tərəfdən onun doğum xüsusiyyətləri, əmanətdarlığı əhali arasında elə
məhşur idi ki, həqiqətlərdən agah olan bütün ariflər onu görən kimi
peyğəmbərliyini təsdiq edirdilər. Onun hira və başqa yerlərdə gün uzunu ardıcıl
ibadətləri, işıqlı keçmişi, ruhi hazırlığı da uyğun zühur üçün bir
xəbərdarlıqdı: «O, hər il hira mağarasına gedəndə yalnız mən onu görürdüm»-
deyir əli (ə). Bütün bunlar uyğun böyük hadisə, Peyğəmbərin besəti üçün hazırlıq
idi.
BƏŞƏRİ RİSALƏT
Həyat yolunda heç bir zəif nöqtəsi olmayan insanlar peyğəmbərlik məsuliyyətini
qəbul etməyə layiqdirlər. Peyğəmbərlik icra ilə yanaşı bildirişdir. Mümkündür
ki, kimsə uca mənəvi məqama çatsın, övliyalar zümzüməsinə qovuşsun, amma
peyğəmbərlik ləyaqəti əldə edə bilməsin. Bu ləyaqət ömür boyu məsum olmuş, doğru
yoldan sapmamış insanlara nəsib olur. Bütün bu əlamətlər Allaha məlumdur və
peyğəmbərləri də Allah seçir:
«Allah peyğəmbərliyi kimə göndərəcəyini Özü
daha yaxşı bilir». (“Ənam» 128). Bu ləyaqət öz şəxsi ləyaqətini heç zaman
alçatmamış insanlara tapşırılır.
İlahi peyğəmbərlik insan yer üzünə qədəm qoyan gündən başlamışdır və bəşər
həyatının son anınadək davam edəcəkdir. Peyğəmbərlik silsiləsi həzrət Məhəmməddə
(s) sona yetsə də, bu peyğəmbər silsiləsinin sona yetməsidir. Amma həzrət
Məhəmmədin risaləti bəşəri bir risalət olduğundan dünya durduqca duracaq. İnsan
həmişəlik vəhyə möhtacdır və bu vəhy hər zaman onunla olacaq.
İlahi risalət və səmavi göstərişlər ictimai həyatla yanaşı inkişaf edib, bəşərin
istəklərinə tam cavab verəcək son peyğəmbərlə başa çatır. Ondan sonra isə digər
bir risalət düzgün ehtimal deyildir. Silsilə peyğəmbərlərin imanı, ilahi dinin
kamilliyi həzrətin (s) risaləti ilə kamala çatır.
«Allah yanında din daim
islamdır». («Ali-imran» 19). Risalətin sonuncu olmasının fələfəsi budur ki,
risalət istəklərin təmini üçündür və həzrətin (s) risaləti bu istəklərə tam
cavab verirsə, demək yeni bir risalətə ehtiyac qalmır.
Peyğəmbərin (s) risalətinin başlanğıcı bəşər tarixində çox böyük hadisədir.
Allah tərəfindən bəşəriyyət üçün bundan böyük hadisə, bundan böyük nemət
göndərilməmişdir. Bu risalət cəmiyyətə yeni bir etiqadi və siyasi quruluş
gətirir. Ləyaqət baxımından bu risalət peyğəmbərin qırx yaşından rəsmi olaraq
başlayır. Bunu da qeyd edək ki, rəvayətlərə əsasən hələ qırx yaşınadək ona
mələklər nazil olmuş, röya aləmində mələklərlə görüşmüşdür. Rəsmi olaraq isə
Quran həzrətin (s) qırx yaşında nazil olmuşdur.
Sünni və şiə əhli tərəfindən qəbul olunmuşdur ki, Quran «ələq» surəsinin ilk beş
ayəsi nazil olmağa başlamışdır. Eləcə də əksəriyyət qəbul edir ki, besətin
başlanğıcı 27-si Rəcəbə düşür. Amma sünnə əhlinə görə bu tarix fərqlidir. Belə
məsələlərin araşdırılması Quran elmlərinin mövzusudur və öz vaxtında izah
ediləcək. Burada isə məqsədimiz besətin səbəblərini araşdırmaq, eləcə də,
həzrətin (s) keçdiyi yolu, ibadi, ictimai və siyasi həyatını təsvir etməkdir. Bu
nöqtə də işıqlandırılmalıdır ki, belə bir böyük məsuliyyəti qəbul edən şəxsin
hansı xüsusiyyətləri olmuşdur. Bütün həyatı nümunə olmuş belə bir fəzilətli
şəxsin öyrənilməsi faydalı olacaq. Çünki düzgün təhlillər və onun həyatının
təsviri ona ardıcıl olmaq imkanını yaradacaq.
GİZLİ RİSALƏT
Həzrətin (s) risaləti gizli şəkildə başlayır. Əvvəlki peyğəmbərlər hazırlıq
görsələr də, həzrətin əvvəlki parlaq həyatı hamıya məlum olsa da, şərait münasib
olmadığından, bütün ixtiyarlar bütpərəstlərə məxsus olduğundan bu risalət məhdud
və gizli şəkildə başlayır.
«Ən yaxın qohumlarını qorxut». («Şüəra» 214).
Vəhy göstərişləri kiçik bir cəm arasında məxfiyanə açıqlanır və barmaqla
sayılası qədər az insan Peyğəmbərin buyuruqlarına iman gətirirlər. Həzrətin
risaləti şirkə etiraz etməklə,
«Allahdan başqa məbud yoxdur, deməklə nicat
tapın» şüarı ilə başlanır. Bu ideya insanların pak fitrətindən qalxdığından
aram-aram genişlənir və ürəklərdə yer tapır. Bu şüarlar genişləndikcə müxalifət
də güclənir. Bu müddətdə həzrətə yaxınların və Qüreyş böyüklərinin çoxu
Peyğəmbərə iman gətirirlər. Bu gizli dəvət, risalət üç il davam edir.
AŞKAR DƏVƏT
Şərait yaranan zaman, həzrətin (s) risalətinə bir dəstə insan iman gətirdiyi
vaxt məsuliyyət daha da artır.
«Öz dəvətini aşkar et» əmrinə əsasən
peyğəmbərlik aşkar edilir və Səfa dağı kimi bir minbərə qalxıb, öz ilahi səsi
ilə insanların xürafat, şirk, alçaqlıq caynağından qurtuluşu üçün nida edir.
İndi bir tərəfdən Peyğəmbər (s) və onun yaxınlarının təlaşı, digər tərəfdən
müxaliflərin düşmənçilikliyi alovlanır. Düşmən həzrətin risalətinə qarşı o qədər
həssasdır ki, bütün vasitələrə əl atır. Peyğəmbərə məcnun, sehrkar, şair,
bəşərdən təlim almış deməklə böhtanlar atılır. Peyğəmbər və onun tərəfdarları
böhtanlarla, istehzalarla, cismi əzablarla qarşılaşır, bəziləri şəhadətə
yetirilir. Amma Allah-taala Peyğəmbərə (s) ümid verir:
«Sənə əmr olunan
Quranı açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər». («Hicr» 94).
Peyğəmbərin (s) artan təlaşı və onun gözəl səslə Quran qiraəti hamını özünə cəzb
edir. Peyğəmbərlə bir görüş, onun oxuduğu Quranı bir dəfə dinləmək kifayət edir.
Bir görüşlə onun gözəlliklərinə cəzb olunurlar. Onun cazibəsi qəlbləri
ovsunlayır və yumşaldır. Quranın şirinliyi ən bərk qəlbi də titrədir. Ona görə
də düşmən çalışır ki, Quranın avazı qulaqlara çatmasın. Göstəriş verilir ki,
«Məscidül-haram a» daxil olanda qulaqlarınızı tutun ki, Quran səsini
eşitməyəsiniz. Quranın səsini eşitmək ona cəzb olmağa bərabərdir.
Kafirlər dedilər: Bu Quranı dinləməyin, o oxunduqda səs-küy, şuluqlar salın ki,
bəlkə qalib gələsiniz. («Fussilət» 26).
Necə ki, Nuhun qövmü paltarlarını başlarına qaldırdılar ki, onun dəvətini
eşitməsinlər.
«Sənin onları bağışlamağın üçün nə zaman onları dəvət etdimsə,
onlar barmaqlarını qulaqlarına tıxadılar». («Nuh» 7).
Lakin Quranın cazibəsi elə bir həddə idi ki, başqalarının eşitməsinə mane
olanlar da onu eşitməkdən, ona qulaq asmaqda vaz keçə bilmirdilər. Çünki onun
gözəlliyi, şirinliyi, cazibəsi hədsiz idi. Ona görə də Quran özünü ən gözəl söz
adlandırır. («Zumər» 23).
Peyğəmbərin (s) qatı düşməni Vəlid ibni Müğeyrə bütün qüvvəsi ilə çalışır ki,
kimsə həzrətə yaxınlaşmasın. Lakin özü Kəbənin yanından keçərkən həzrətin (s)
təlavətini eşidir və təlatümə gəlir. Pərişan halda öz tərəfdarlarının məclisinə
daxil olur. Dostları Vəlidin bu halına istehza edib, səbəbini soruşurlar. Nə
qədər düşmən olsa da Vəlid Quranın gözəlliyini gizlədə bilmir və etirafa məcbur
olur:
«Məhəmmədin sözləri o qədər cazibəli, şirin, gözəldir ki, ondan gözəli
olmaz». Yenə də deyir: «Qurana qulaq asmayın, səs-küylə ona mane olun,
kimsənin eşitməsinə imkan yol verməyin».
PEYĞƏMBƏRİN HİCRƏTİ
Düşmənin istəkləri ziddinə olaraq vəhy dəvəti Məkkə və onun ətrafını bürüyür.
Hətta bu dəvət Mədinə kimi uzaq bir şəhər çatır. Müsəlmanların sayı daim artır.
Düşmən də ot təlaşını artırır və müqavimətini genişləndirir. Hətta ən əzabverici
üsullara əl ataraq Peyğəmbərin (s) bəzi yaxınlarını şəhadətə yetirir. Etiqad
baxımından xeyli şirk xurafatın yerini fitri tövhid inamı tutsa da, risalətin
bəşəri dəvəti təkcə etiqadda məhdudlaşmır. Bu dəvət həyatın bütün sahələrini
əhatə edir. Peyğəmbərin bütün təlaşlarına baxmayaraq Məkkədə münasib şərait
yaranmır. Risalət hədəflərinin icrası üçün başqa yol seçilməli olur.
Digər bir tərəfdən düşmən o qədər azğınlaşır ki, Peyğəmbəri şəhadətə yetirmək
üçün qəti qərara gəlirlər. Müxtəlif qəbilələrdən toplaşmış silahlı adamlar
Peyğəmbəri yatağındaca öldürməyə and içirlər. (ərəbi hadisəsi). Qurani-kərim bu
qurğunu aşkarlayır:
«Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya
öldürmək, yaxud da çıxarıb qovmaq üçün qurğu qururdular». («ənfal» 30).
Lakin düşmənin hiyləsi baş tutmur və Allah-taala Peyğəmbər və onun yaxınlarına
xəbərdarlıq edir. Bununla belə böyük risalət üçün Məkkədə lazımı şərait
yaranmır.
Digər bir tərəfdən Mədinə əhalisinin çoxu müsəlman olmuşdu və bu şəhərdə
vəziyyət Məkkədəkindən çox fərqlənirdi. Mədinə müsəlmanları Peyğəmbəri (s) öz
şəhərlərinə dəvət edirlər. Həzrət (s) Məkkədəki namünasib vəziyyəti, Mədinə
camaatının hazırlığını nəzərə alaraq Məkkədən Mədinəyə hicrət edir.
PEYĞƏMBƏR ŞƏHƏRİ VƏ MƏQSƏDLƏRİN TƏMİNİ
Mədinə camaatının fədakarlığı bu şəhər üçün böyük iftixara səbəb oldu və şəhər
qonaqlara öz isti qoynunu açdı. Mədəni bir cəmiyyətin bünövrəsi quruldu. Elə bir
mədəniyyət yarandı ki, həmişə parlasın. Buna görə də həzrətin hicrəti münasibəti
ilə Yəsrib adı fəzilət ifadəsi «Mədinətün-nəbi» adı ilə əvəz olundu.
Mədinə siyasi, ictimai, hətta etiqadi baxımdan Məkkədən fərqlənirdi. Siyasi
nöqteyi-nəzərdən qüdrət Məkkədə olduğu kimi küfr və şirk başçılarının əlində
deyildi. Qurana münasibətdə ictimai cəhətdən mülayim, xoş mədəniyyətə malik idi.
Etiqad baxımından da burada şirk və küfr Məkkədəki kimi deyildi. Əhalinin çoxu
kitab əhli, xüsusi ilə yəhudi idi. Eləcə də tanınmış adamların böyük bir hissəsi
müsəlman olmuşdu. Bu səbəbdən də Məkkədə olduğu kimi müsəlmanlara qarşı hansısa
bir dəstə çıxmırdı və onların öz qüvvələrini möhkəmləndirmək imkanı yaranırdı.
Peyğəmbərin (s) Mədinəyə daxil olması və layiqincə qarşılanması islam və
Peyğəmbərin mövqeyini Mədinə ətrafında geniş şəkildə formalaşdırdı. Ətrafdan,
hətta Həbəşə kimi uzaq yerlərdən insanlar müsəlmanlığa üz tutdular. Mədinənin
siyasi durumundan faydalanmaq üçün Peyğəmbər (s) münasib fürsət əldə etdi.
Mütəşəkkil, vəfalı, böyük məqsəd yolunda fədakar müsəlmanlar əl-ələ verdilər.
Onlar həzrətlə (s) beyət bağladılar ki, ilahi dəyərləri müdafiə edəcəklər.
Peyğəmbər (s) vahid ümmət və yeni siyasi ilahi quruluş təşkil etməklə Mədinədə
yeni bir nizam yaratdı. Mədinədə söhbət yalnız şirk və bütpərəstliklə
mübarizədən yox, islamın ictimai-siyasi məsələlərinin qurulmasından gedirdi.
Mədinədə qarşıda bu məsələ dururdu ki, müsəlmanlar etiqadi, iqtisadi, hüquqi,
ictimai-siyasi, hərbi sahələrdə islamdan faydalana bilsinlər. Bu mövzular
Quranın Mədinə surələrindən məlumdur. Məkkə surələrində şirk, küfr,
əxlaqsızlıqdan danışılırsa, insanlar tövhid və gözəl əxlaqa dəvət edilirsə,
artıq Mədinə surələrində ilahi vəhyə əsaslanan siyasi bir quruluşdan söhbət
gedir.
Peyğəmbər (s) üçün Mədinədə qalmaq fürsəti on ildir. Bu on il müddətində
Peyğəmbər (s) mütəşəkkil bir ümmət hazırlayır ki, həqiqətin yolunu hamarlamaq,
ilahi dəyərləri həyata keçirmək üçün onlar maneələri aradan qaldırırlar. Siyasi,
ictimai, hərbi qüvvə ilə Məkkədə Qüreyşin küfr başçılarına etiraz edilir. On
ildən də az müddətdə Məkkə fəth olunur. Əbu Süfyanlar qorxudulub, təslim
edilirlər. Bu on il ərzində həzrətin (s) şəxsən iştirak etdiyi iyirmi yeddi
döyüş qeydə alınıb. Xalqın möhkəmliyi əsasında ilahi yardım olmasaydı, bu qanlı
döyüşlərdən biri cavan islam ümmətinin bünövrəsini sarsıdardı. Lakin Peyğəmbərin
(s) ilahi rəhbərliyi haqq ordusunda hökm sürən vəhdət və müqavimət onları
batillə döyüş meydanında möhkəmləndirdi və gözqamaşdırıcı qələbələr gətirirdi.
Nəhayət, həmin qüdrətdən faydalanaraq o dövrün hökmranları – Rum və İran kim
möhtəşəmlərlə qarşılaşdılar. Peyğəmbər (s) onları haqqa təslim olaraq qurtulmağa
çağırırdı. Pərakəndə bir xalq arasında mütəşəkkilik və qardaşlıq yaratmaq
həzrətin (s) rəhbərliyinin nailiyyətlərindən idi və tarixdə bunun misli
görünməmişdi. Peyğəmbər öz risalətində bütün cəhətlərdən nail oldu və risalətin
böyük hədəfləri təmin edildi. Bu hədəflərin əhəmiyyətini nəzərə alaraq gələn
bəhsdə bu barədə danışacağıq.
RİSALƏTİN HƏDƏFLƏRİ
Öz istəklərini düzgün qavramaqda insanın zəifliyi və çaşqınlıq təhlükəsi vəhyi
zəruriləşdirir. Vəhy olmadan insan bu istəklərini və fitri istedadlarını təmin
etməyə qadir deyil. Ona görə də istər fərdi, istərsə də ictimai baxımdan insan
vəhyə möhtacdır. Məqsəd və yolu tanımaqda, bu yolu keçməkdə ilahi göstərişlər
zəruridir.
əgər insan özbaşına buraxılarsa, nəf istəkləri onu həqiqətdən uzaqlaşdırır. Buna
əsasən vəhyin səbəblərini üç qrupda təhil etmək olar. Onlardan ikisi ümumi
risalətə aiddir. Üçüncüsü isə xüsusi peyğəmbərliyə, bəşər həyatının
ictimailəşməsi dövrünə xasdır. Ümumi əhatəli iki səbəb bunlardır.
1-Paklanma (təzkiyyə)
insanını paklanması üçün üç yönümdə – etiqadi, əxlaqi və rəftar yönümündə vəhy
yol göstərir. Etiqadi baxımdan insan şirk və küfr və nifaqa düçardır. Əxlaqi
yönümdən insan alçaq xarakterli, rəzil ola bilər. Rəftara gəldikdə isə kobudluq
insanın yaxasından əl çəkmir. Peyğəmbərlər (s) insanları bu üç cəhətdən
paklandırmaq üçün gəlmişlər. Məqsəd insanları şirkdən tövhidə, alçaq sifətlərdən
bəyənilmiş sifətlərə, kobudluqdan alicənəblığa dəvət etməkdir. İnsanın daxilində
iki meyllər qoyulmuşdur. Onun iki rəhbər idarə edir – biri nuraniyyətə doğru,
digəri zülmətə!
Peyğəmbərlər insanları paklıq və təqvaya dəvət edirlər. Onlar tövhid və fəzilət
bayraqdarıdırlar. Onlar ilahi təlim yolu ilə insanlara ən pis çirkinlik olan
şirk və küfrdən nicat yolunu göstərir, onları günah və ətalətdən azad edirlər.
«Bu Peyğəmbər onlara Allahın ayələrini oxuyar, onları təmizləyər, onlara
kitabı və hikməti öyrədər». («Cumuə» 2). Bu ayə peyğəmbərlərin ali
məqsədini gözəl işıqlandırır. Belə təbirlər Quranda çoxdur. Daha bir ayə:
«Sənə səmavi bir kitab nazil etdik ki, xalqı qaranlıqdan nura çıxarasan»
(«İbrahim» 1). Dinin gəlişində məqsəd budur ki, insanlara nuarniyyət bağışlansın
və onların fitri istedadları çiçəklənsin.
2-Son xəbərdarlıq (itmame höccət)
Peyğəmbərlərin digər bir məqsədi insanlara son xəbərdarlıqdır. Çünki insanın
sonu iki ünvandır: Səadət və bədbəxtlik. Ya
«rəhmət, gözəl ruzi və cənnət
gözləyir» («Vaqeə» 89), ya da
«ona qaynar su ziyafəti veriləcək»
(«Vaqeə» 93). Sözün qısası, insan nəhayətdə ya mükafat, ya da cəza almalıdırsa,
son xəbərdarlıq etmədən cəzalandırmaq ağıl və hikmətə uyğun deyildir. Əvvəlcə,
doğru yol göstərilməlidir. Əgər bir şəxs bu göstərişdən sonra əyri yola qədəm
atarsa və ilahi qəzəblə üzləşərsə, Allaha qarşı sözü ola bilməz.
«Biz
peyğəmbər göndərib, vəhyi çatdırmadan günahkarları cəzalandırmarıq» «İsra»
15). Batil həqiqətdən seçilməlidir. Məlum olmalıdır ki, bir şəxs əyri yolu
seçirsə, səbəb öz inadıdır.
«Həqiqət yolu əyri yoldan tam seçilmişdir»
(«Bəqərə» 256).
Bu göstərişlərin məqsədi odur ki, cəza günü Allaha qarşı bəhanə olmasın. İlahi
peyğəmbərlərin gəlişi ilə insanlara deyiləcək söz sona yetir. Peyğəmbərlər
hidayət məşəlçisidirlər. Onların dəvətinə məhəl qoymayan şəxs cəzalanacaq və o
şəxs özünə zülm etmişdir. Allah kimsəyə zülm etməz. Günahkarlar özləri-özlərini
cəzalandırırlar.
«Allah onlara zülm etmir, özləri-özlərinə zülm edirlər»
(«Nəhl» 33). Beləcə son xəbərdarlıq peyğəmbərliyin səbəblərindəndir.
3-SİYASİ RƏHBƏRLİK
İnsanın özünün ödəməyə qadir olmadığı ehtiyaclarını din ödəyə bilirsə, o dinin
mənası var. Bəşər həyatı ictimailəşdikdən sonra bu həyatın davamı və
nizamlanması üçün siyasətə ehtiyac yarandı. İctimai həyat siyasi əsaslarsız
yaşaya bilməz. Nizamsızlıq bu işə əngəldir. Ona görə də siyasətin rolunu bütün
cəmiyyətşünaslar qəbul etmişlər. Əlbəttə siyasətin hüquq, demokratiya və s.
sahələri üzrə geniş müzakirələr zəruridir. Amma bu məsələ mövzumuzdan kənardır.
Mövzuyla əlaqəli sual budur ki, cəmiyyətin siyasi quruluşu hansı yolla
formalaşmalıdır? Bu işdə ilahi vəhyə ehtiyac varmı? Yoxsa insan təcrübə, ağıl,
çalışmaq yolu ilə bu məqsədə nail ola bilər? əgər insan bu işi bacarsaydı,
hökumət və siyasət peyğəmbərlərin məqsədlərindən olmazdı. Beləcə, çarəsiz olaraq
vəhyə üz tutulur. Vəhy digər hüquqlar, əhkam kimi siyasi hüquqlar da təqdim
etməlidir. Mövzunun bir qədər aydınlaşması üçün bəzi uyğun baxışlara toxunuruq.
1-SEKULYARİZM
Digər düşüncə sahiblərinin son dövrə məxsus baxışlarından biri sekulyarizmdir.
Adı dillərdə, qələmlərdə tez-tez xatırlanan bu baxış bəzi qərb ziyalıları
tərəfindən təsdiq edilir. Qərb fəlsəfəsində də bu barədə söhbətlər var. Amma bu
baxışın istəklərini yalnız qərbə aid etmək olmaz. Sekulyarizm təcrübə və dünyəvi
biliklərin göstərişlərinə əsaslanaraq cəmiyyətə siyasi rəhbərliyi ictimai
təcrübənin öhdəsinə buraxır.
Bu inama görə siyasət tamamilə insan işidir. Onun sənət və texnologiya kimi
bəşər elmində məhdudlaşdırır, dini məsuliyyət və risalətlə əlaqələndirmirlər.
Ona görə də dini siyasətdən ayrı bilirlər və dinsiz təbirlərdən istifadə edirlər.
Sekulyarizm əsasən hökumət dindən faydalanmır və siyasi quruluş dini ölçülərə
əsaslanmır.
AXİRƏTÇİLİK
Digər bir dəstə dinə yad münasibətdə olmasa da, dində yadmünasibətlidir. Demək
olar ki, onların düşüncəsi qərb mədəniyyətinin mütləq azadlıq ideyasından
təsirlənmişdir. Onlar dini seçim adı altında dini bir başqa cür izah edirlər.
Siyasi əsaslar haqqında deyirlər: «Bu işə müdaxilə etmək dinə yaraşmaz. Dinin
hədəfi daha da böyükdür. Dinin məqsədi insanın səadəti, əqidəsinin islahı,
axirətdir. Dinin sadə işlərə qarışmağa ehtiyacı yoxdur. Din axirət məsələsidir.
Dinin mühüm məsuliyyəti vardır və bu məsuliyyət axirət həyatının təmini əbədi
həyatdır. İlahi peyğəmbərlərin də həyatı buna misaldır. Peyğəmbərlər icraat və
siyasi işlərə qarışmamışlar. Peyğəmbərdən (s) sonra imamlar (ə) da siyasi işlərə
müdaxilə etməmişlər. Dini mənbələrdə də siyasi məsələlərə toxunulmur. Quran
peyğəmbərlərin məqsədi kimi insanların inam və əxlaqının islahını göstərir.
Siyasətin dindən olması heç bir rəvayətlə təsdiqlənməmişdir. Din insanlara
əkinçiliyi öyrətmədiyi kimi, siyasəti və idarəçiliyi də öyrətmir!
Siyasətə münasibətdə bu iki baxış arasında elə bir fərq yoxdur. Hökumət haqqında
danışılanda bunun dini məsuliyyət bilmirlər. Əslində hər ikisinin şüarı dini
siyasətdən ayrı bilir. Bununla belə onlar arasında mövzumuza aidiyyatı olmayan
fərqlər də vardır.
3-XALQÇILIQ
Bəzilərinin dini rəng vermək istədikləri, bəlkə də dini hövzələrdə havadarları
olan üçünüc baxış dini siyasət, təcrübəyə əsaslanma və xalqın iştirakının
sintezidir. Bu baxışa görə cəmiyyətə siyasi rəhbərlik peyğəmbər və ya məsum imam
zamanında onların işidir. Lakin imamın olmadığı bizim dövrümüz kimi bir dövrdə
siyasi rəhbər dini göstərişlər əsasında xalq tərəfindən seçilməlidir. Hökumət və
hakimin seçilməsində başlıca rol xalqa məxsusdur. Dini göstərişlər siyasi
rəhbərin şərtlərini aydınlaşdırmaqdır. Bu vaxt rəhbərliyin əsası xalqın seçkisi
ilə formalaşır və bu seçki rəhbərin təyini üçündür. Bu vaxt xalqa rəhbərlik xalq
tərəfindən olur. Bu rəhbərlik əslində xalq tərəfindən tapşırılır və demək olar
ki, millət vəkilliyi kimidir. Bu hökumət xalqa uyğunlaşdırılmış ilahi hökumətdir.
Əlbəttə ki, bu baxışın prizmasından hər şey din çərçivəsində görünür və siyasi
hakimiyyət ilahi bir hakimiyyət olur. Bu baxışı qəbul etməklə islamiyyət və
siyasi quruluş arasında uyğunluq yaranır. Bu üç baxış arasında üçüncü baxış
əvvəlki iki baxışdan əsaslı şəkildə fərqlənir. Əvvəlki iki baxışa görə siyasi
hakimiyyətin dinə ehtiyacı yoxdur və siyasi əsaslar xalqın istəyinə uyğun
formalaşır. Lakin üçüncü baxışa görə siyasi hakimiyyət dinin təsdiqi ilə
reallaşa bilər və onun fəaliyyəti dini ölçülərlə nizamlanır. Bu üç baxışın oxşar,
müşrətək cəhəti budur ki, hər bir siyasi quruluşun formalaşmasını xalqın
ixtiyarına verir və xalqın seçkisini əsas götürür.
Birinci və ikinci baxışdan bu günkü baxımdan hansısa hüquqi əsaslar mövcud olar
bilər. Lakin bu baxışlarda dini ölçülərdən danışmağa belə dəyməz. Lakin üçüncü
baxışı kimsə qaydaya salmaq, onu sübut etmək istəsə, yol tapa bilər. Bu dini
siyasi quruluşla demokratiyanın birliyi və siyasi səhnədə xalqın iştirakı ilə
mümkündür. (son cümlənin mənası?).
4-VİLAYİ HÖKUMƏT
Dördüncü baxışa görə hökumətin təşkili və dini-siyasi əsaslar «vilayi»dir. Bu
baxış cəmiyyətin siyasi əsaslarını insanın ictimai həyatının zərurətlərindən
bilir. Bəşər bu ehtiyacı təmin etməyə qadir deyil. Onun üsulunu, rəhbərlərini də
Allah-taala təyin etməlidir. Bu baxışa görə siyasi hakimiyyət Allahın təsdiqi
ilə qanuniləşir və bu işdə xalqın seçiminin heç bir rolu yoxdur. Lakin bu işin
gerçəkləşməsi və qəbulu xalqın öhdəsinədir.
Bu baxışın nəzərincə dini hökumət quruluşunu qəbul edən əksəriyyətin (məhşur şiə
fəqihlərinin) rəyinə uyğun xalq üzərində Allah hakimiyyəti qurulmalıdır. Bu
quruluş xalqın hüquqlarını və azadlıqlarını demokratiyadan dəfələrlə üstün təmin
edir. Bu quruluşun təşkilində yox, qəbulunda xalqın xüsusi rolu qeyd edilir. Bəs
bu hakimiyyətin respublika, demokratiya, seçkilərlə nə kimi əlaqəsi vardır? Bu
barədə geniş söhbət bizim mövzumuzdan kənardır. Sadəcə, dördüncü baxışı – siyasi
hakimiyyətin vəhy yolu ilə təyininin sübutu üçün dəlillər gətirəcəyik. Bu
dəlillərdən əvvəl bir neçə mühüm nöqtəyə diqqət yetirməklə yolu
hamarlaşdıracağıq.
1-SİYASİ ƏNƏNƏLƏRİN İSƏTYİR
əvvəlcə aydınlaşdırılmalıdır ki, siyasi ənənələrin vəzifəsi nədir? Cəmiyyət
hökumət quruluşundan nə gözləyir? Bu ehtiyacı bəşəri bir hökumət quruluşu təmin
edə bilərmi, yoxsa dini bir quruluşa ehtiyac var? Bəziləri xalqın siyasi
quruluşdan istəklərini belə bəyan edirlər: Siyasi quruluşun vəzifəsi cəmiyyətin
mədəni, ictimai və iqtisadi istəklərini təmin etməkdir. Yəni rəhbərlik cəmiyyəti
hərtərəfli təkamülə doğru aparmalıdır. Bəndlər tikilməli, əkinəcəklərə su
verilməli, heyvandarlığa yardım göstərilməli, mədənlər çıxarılmalı, sağlamlıq
üçün tədbirlər görülməli, elm və sənətin, texnologiyanın tərəqqisinə nail olmalı,
aclıq və yoxsulluq aradan qaldırılmalı, mədəni və iqtisadi dirçəliş əldə
edilməlidir. Nəhayət xalqın rifahı və cəmiyyətin tərəqqisinə nail olunmalıdır.
Başqa sözlə, siyasi ənənələr xalqı rifaha çatdırmalıdır. Belə bir siyasi
hakimiyyət altında xalq istədiyi zaman ilahi dinə qovuşa bilər, həm dünya, həm
də axirət səadətinə çatar. Ona görə də ictimai və siyasi tədbirdə ilkin olaraq
siyasi hakimiyyət cavabdehdir.
əgər bir quruluş bütün bu sadalananlarla kifayətlənsə idi, digər əvvəlki iki
ideologiyanın nümayəndələri etiraz edərdilər ki, bütün bu deyilənlərin vəhyə nə
dəxli var və vəhy nəyə gərəkdir? (İctimai təcrübəyə əsaslanan yollar
bəşəriyyətin vəhyə olan ehtiyacını aradan qaldırır).
VİLAYİ HÖKUMƏTİN MƏQSƏDİ
Amma belə də deyən olar ki, yuxarıda sadalanan vəzifələr siyasi quruluş üçün
kifayət deyil. Cəmiyyətin rəhbərliyi ilahi sifətlərin, ilahi göstərişlərin
ifadəsi olmalıdır. Rəhbər ilahi sifətlərin təcəllisi, Allah xəlifəsi olmalı,
Allahı əks etdirən güzgü kimi bərq vurmalıdır. İlahi rəhbər cəmiyyətin etiqad və
əxlaq saflığını qorumaqdan əlavə siyasi və ictimai rəhbərlik vəzifəsini də
daşıyır. Çünki cəmiyyətin paklığı məqsədinə çatmaq üçün cəmiyyətdə din
çiçəklənməlidir və dinin cəmiyyətdə gerçəkləşməsi ləyaqətli insanlar hesabına
mümkündür.
Başqa sözlə, siyasi hakimiyyətin işi təkcə şəhər salma deyil. Siyasətin məqsədi
həqiqi insanlar yetirməkdir. Bu isə dünyəvi biliklərlə yox, başlanğıc və məadı
işıqlandıran vəhy yolu ilə mümkündür. Hökumət cəmiyyəti ilahi və insani
dəyərlərə sövq etməlidir. Bu məqsədin əldə edilməsi üçün hökumətin iş üsulunda,
rəhbərin və icraçının təyinatında din iştirak etməlidir. Siyasi quruluş
insanların fitri istedadlarını çiçəkləndirməlidir. Vəhy göstərişi olmadan bu
məqsədə nail olmaq qeyri-mümkündür. Belə bir hökumətin məqsədinə yetişməkdə
insan fikri və təcrübələr acizdir.
2-DİNİ VİLAYƏT
İkinci mühüm nöqtə budur ki, Allahın dinində ixtiyarlı bir insan var, yoxsa
yoxdur? Cavab vermək asandır. Din Allahın ixtiyarındadır və vəhy insan fikri
sərhəddinin o biri üzündən gəlir. Dini biliklər insan fikrindən ucada dayanır.
Allah kimsəyə dində ixtiyar (vilayət) verməmişdir. Dində kimsə dəyişiklik, əvəz
etmə apara bilməz. İlahi peyğəmbərlər də dində ixtiyar sahibi (vəli) deyildirlər.
Sadəcə, ilahi dəvəti çatdıran seçilmişlərdir. Bəs nə üçün bəzi dini əsərlərdə bu
ixtiyarın həvalə olunmasından («təfviz») danışılır? Elə bu həvalə də əslində
Peyğəmbərin şəxsi rəyi yox, ilahi vəhyə işarədir.
əgər bir şəxsin dində vilayəti (ixtiyarı) yoxdursa, dinin həvalə olunması haqqı
da yoxdur. Hətta peyğəmbərin də elə bir haqqı yoxdur. Yalnız Allah onu həvalə
edə bilər və bu təyinat Ona lazımdır. Çünki din ixtiyarsız olduqda quru dərman
nüsxəsi kimi bir şeydir və bu nüsxədən həkim olmadan bir nəticə əldə etmək olmaz.
Beləcə, Peyğəmbərin risaləti dövründə xalqa rəhbərlik üçün böyüklərin («vəli»)
təyin edilməsi faktdır. Xüsusi ilə vida həcci dövründə Peyğəmbərin (s) Allah
əmrinə əsasən imam təyinatı rəsmi surətdə qeydə alınıb. Qədir kimi əzəmətli bir
mərasimdə həzrət (s) bütün bəhanələri kəsərək bu əmri yerinə yetirdi. Bu
rəhbərin təyinatı ilə Allah-taala dini kamala çatdığını bəyan etdi və rəsmi
şəkildə ümmət rəhbərliyin bünövrəsi qoyuldu.
«Bu gün sizin dininizi kamala
çatdırdım, siz olan nemətimi tamamladım və bir din kimi sizin üçün islamı
bəyənib seçdim». («Maidə» 3). Vəlinin təyini ilə dinin möhkəmlənməsi odur
ki, müxtəlif yönümlərdə din aydınlaşdırılsın və icra edilsin. Xalqın vilayəti
onun öhdəsinə keçir və bu ötürmə vilayətin peyğəmbərdən canişinə ötürülməsidir.
«Peyğəmbər möminlərə onların özlərindən yaxındır» (“Əhzab» 6). Şiələrin
etiqadına görə Peyğəmbərdən (s) sonra da cəmiyyətə rəhbərlik Allah tərəfindən
təyin olunur. On iki məsum imam da bu təyinat üzrədir.
VİLAYƏTİN İSTƏYİ
İnsanlar xilqət nöqteyi-nəzərincə bir növ vəhdətdədirlər və onların yaranış
başlanğıcı eyni bir həqiqətdir. Ona görə də kimsə kiməsdən üstün deyildir.
Üstünlük olmadığı təqdirdə bir şəxs o birinin üzərində hakimiyyətə malik ola
bilməz. Bu əsaslar dini və hüquqi cəhətdə qəbul olunmuşdur. Vilayət və
hakimiyyət o zaman məqbuldur ki, insan özü bir şəxsin hakimiyyətini qəbul etsin.
dini baxımdan da insana yalnız Allah-taala – ona verilən nemətlərin sahibi hökm
edə bilər. Mənəviyyat və ləyaqətə əsaslanan istənilən bir vilayət Allahın
təsdiqi ilə hüquqidir. Peyğəmbərin, islamın fiqhin vilayətinə gəldikdə isə bu
hakimiyyətlər ilahi dəyərləri istəyir və Allah tərəfindən təsdiqlənir.
Başqa sözlə, insanların hakimiyyəti Allah tərəfindən iman dəyərlərinə əsaslanır.
Əgər möminin mömin üzərində hakimiyyəti varsa, bu əsası Allah tərəfindən
qoyulmuş iman hakimiyyətidir:
«Möminlər yaxşı işlər görməyi əmr edər, pis
işləri yasaqlarlar». («Tövbə» 71). Mömin Allah tərəfindən mömin üzərinə
vilayəti, əmr etmək və çəkindirmək haqqı vardır. Əgər atının oğul üzərində
vilayəti vardırsa, bu atalıq şənindəndir və Allah tərəfindən olan vilayətdir.
Eləcə də Peyğəmbərin xalq üzərində hakimiyyəti ismət və tədbir əsasında ilahi
təyinatdır. Ona görə də vilayət və rəhbərlik işində söhbət xalqa hakimlik və
dini ixtiyardan getdiyindən rəhbərin təyini xalqın yox, Allahın işidir. Eləcə də,
peyğəmbərin, imamın və ya fəqihin vilayəti din yox, xalq üzərindədir.
Amma ictimai işlərdə xalq özü hansısa bir qərara gələ bilər. Məsələn, əkinçilik
və sənətdə, tibb və əczaçılıqda, şəhərsalma və ictimai işlərdə. Bütün bunlar
xalq işidir («ümurun-nas»). Bu ümumi işlər iki yolla rastlaşa bilər. Bu işlərin
icrası üçün xalq nümayəndə seçə bilər. Ya da bir layiqli şəxs bu işə təyin oluna.
Məsələn, Allah-taala bir fərdin ləyaqətindən agah olduğu üçün onu müəyyən işə
təyin edə. Hər iki yol doğru görünür.
İlahi siyasi quruluşda dinin ixtiyarı peyğəmbərə həvalə olunduğundan cəmiyyətdə
münasibətlərin nizamlanması da onun öhdəsindədir. O, müdirlər və müdiriyyət
üsulunu təyin etməklə tarazlıq əldə etməlidir. Xalq öz fərdi, ümumi, ictimai
işlərində bir müdirə ehtiyaclıdır. Allah-taala bu işləri ən layiq şəxs olan
peyğəmbərə tapşırır. Əgər Quran buyurursa ki,
«xalqın işləri müşavirə ilə
yerinə yetir», bu həmin sadalanan qeyri-siyasi işlərdir. İctimai, iqtisadi,
mədəni işləri xalq dərk etmək qüdrətindədir və bu xalqa aid olan işlərdir – bu
işlər məşvərət, məsləhətlə yerinə yetirilir və xalq bu işi bacarır. Lakin bu
işlərdə mərkəzləşməyə ehtiyac olduqda bu vəzifə peyğəmbərin öhdəsinə verilir.
«Xalqla məşvərət et. Lakin qərara gəldikdə Allaha təvəkkül et» («Ali-imran»
159). Müşavirə lazımdırsa da, son qərar iş böyüyünündür.
Buna görə də xalqın gündəlik işlərində müdiriyyətin təyini üçün vəhyə ehtiyac
yoxdur. Din xalqa fizika, kimya öyrətmək üçün gəlməyib. Əgər bir şəxs deyirsə ki,
bütün dünyəvi elmlər dindən qidalanır, o şəxs ifrata varır. Bu dini məsuliyyət
deyil. Vilayətin istəyi ilahi və insani dəyərlərdir.
NƏTİCƏ
İlahi hökumətin məqsədinə diqqət yetirməklə bu məqsədin həqiqətə çevrilməsi
siyasi həyata vəhyin müdaxiləsi olmadan mümkün deyil. İkinci nöqtəyə diqqət
yetirilərsə, dini rəhbərin təyini yalnız Allahın haqqıdır. Üçüncü nöqtəyə əsasən
xalqın həyatında da dini rəhbər xalq üçün təyin edilir. Bu müqəddimədən belə bir
nəticə alınır ki, hökumət üsulunun və rəhbərin təyini Allahın ixtiyarındadır.
Din bu işlərə müdaxilə etməlidir. İstər peyğəmbər, istər imam, istərsə də fəqih
vilayətində Allah tərəfindən rəhbərin təyini dini-siyasi quruluşu qanuni edir.
Rəhbər və quruluşun qanuniliyində xalqın münasibətinin rolu yoxdur. Xalqın rolu
vilayətin qəbulu və hökumətin formalaşmasındadır. Xalq rəhbərin qüvvəsidir. Əgər
xalq meydanı tərk edərsə, rəhbər gücünü itirir və xanənişin olur. Həzrət əli (ə)
belə rəhbəri «əli kəsik» adlandırır. Əli (ə) kimi rəhbərlərin evdə oturması ilə
müaviyələr fürstə tapır və zülm aparatı işə düşür. Xalq hər hansı bir
hakimiyyətin qəbulunda səlahiyyətlidir. Hakimiyyətin qanuniliyində isə onun rəyi
əsas deyil. Xalq hökumətin qanuniliyinin təyinində yox, qurulması və idarəsində
iştirak edir. Peyğəmbər və imam dövründəki hökumət quruluşu ilə fəqih dövründəki
quruluşla heç bir fərq yoxdur. Şiələrin baxışına görə peyğəmbərdən sonra
rəhbərlik və imamət ilahi göstərişlərdir. İmamətdən sonra həmin üsuli vilayəti –
fəqih formasında davam edir. Bu baxışın sübutu üçün dəlillər çoxdur, onların
bəzilərini qeyd edirik.
1-AĞILIN GÖSTƏRİŞİ
Bu mövzuda ilk dəlil ağılın göstərişidir. Cəmiyyətin varlığı və davamı siyasi
quruluşdan asılıdır. Hakimiyyət olmasa ictimai həyatda yoxdur. Cəmiyyət üçün «istər
ləyaqətli, istərsə də günahkar, bir siyasi hakim labüddür»- deyə buyurur həzrət
əli (ə). Cəmiyyətin islahı isə ilahi siyasət əsasında mümkündür. Əvvəlki hissədə
bu məsələ sübuta yetirildi. Cəmiyyət dinsiz islah ola bilməz və bu dini ilahi
canişin icra edir. Mümkündür ki, dünyəvi bir quruluşda rəhbərlərin bir hissəsi
mömin olsunlar. Lakin fərdi əqidə o zaman islah olur ki, din müxtəlif sahələrdə
əks olunsun. Dini-siyasi quruluş bu məqsədin gerçəkləşməsinə şərait yaradır.
Əqidəni qoruyan fitrətə uyğun dəlillərdir. Əqidəni qılınc qoruya bilməz. Əqidə
sübutlarla qəlbə yatır.
«Dində məcburiyyət yoxdur. («Bəqərə» 256). Lakin
cəmiyyətdə ictimai ədalətin bərpası, insan haqlarının təmini, cinayətkarlıqla
mübarizə sübut gətirilməklə əldə edilməz. İlahi siyasi quruluş bütün bu ictimai
zərurətlərin təmini üçün barışmaz mövqe tutur. Xüsusi ilə başqalarının
hüquqlarını pozanlar, cəmiyyətin islahına mane olanlar ciddi cəzalandırılırlar.
Bu məqsədə çatmaq üçün (əqidəni qoruya bilməyən) qılınc işə düşmüdür.
Bu nöqtələrə nəzərən əql baxımından Peyğəmbərin (s) hansı məsuliyyəti vardır?
Onun vəzifəsi təkcə yol göstərməkdirmi? Yoxsa siyasi quruluşa da müdaxilə
etməlidir? Hakim quruluş kim olursa-olsun, Peyğəmbər (s) xalqın əqidəsi uğrunda
zülm aparatı ilə vuruşur. Fironların zülmü altında cəmiyyət islah ola bilərmi?
Yaxşı, zalim hakimiyyəti iflasa uğradıqdan sonra onun yerində Peyğəmbər (s)
hansı quruluşu qurmalı idi? Özü siyasətə qarışmalı, yoxsa başqa bir zalımı dəvət
etməli idi? Bu vəzifəyə ən layiqlisi Peyğəmbər (s) özü idi. Peyğəmbərlik
risalətlə yanaşı rəhbərlik (imamlıq) vəzifəsi də olmuşdur. Hər bir peyğəmbər öz
gətirdiyi dini ailə içində də olsa, icra etməlidir. Peyğəmbər həm dəvət
gətirəndir, həm də onun icraçısı. Demək, əql ilahi siyasi quruluşun zərurətini
təsdiq edir.
2-PEYĞƏMBƏR YOLU
Quranda başqalarına yol göstərmək üçün böyük, ülul-əzm, qeyri ülul-əzm
peyğəmbərlərin mübarizə yolu təhlil edilir. Bu yol tağutla mübarizə və tövhidə
dəvət yoludur. Heç bir peyğəmbər bu risalətdən uzaq deyildir. «Hər bir ümmtə
peyğəmbər göndərdik ki, onun risaləti tövhidə dəvət və tağutdan çəkindirmək
olsun» («Nəhl» 36). Tağutu əzmədən tövhid mümkün deyil. Peyğəmbərlər tövhidin
gerçəkləşməsi üçün bu mübarizəni aparmış və xeyli bu əziyyətlərə dözmüş, İbrahim
(ə) əlində balta tağutun şərini azaltmağa çalışmışdır. Musa cəhad edib, Fironu
dəryada qərq etmiş. Quran bu insanları nümunə, hətta müsəlman kimi təqdim edir.
«Ey möminlər, İsanın həvariləri kimi Allaha yar olun» («Səf» 14). Bu
bütün peyğəmbərlərin getdiyi yoldur və çoxları bu yolda şəhid olmuşlar.
«Peyğəmbərləri
haqsız yerə öldürdülər» («Bəqərə» 61). Görən peyğəmbərlər xalqa yalnız
məsələ, din öyrətdikləri üçünmü şəhid edilirdilər? Hansı cahil belə bir qətlə əl
atar?! Peyğəmbərlərin yolu tağut və onların cəhənnəm siyasəti ilə mübarizdir.
Məqsəd Allahın bəndələrini tağut hakimiyyətindən azad etməkdir.
«Öz
peyğəmbərləri ilə birgə cəhad edən ilahi havadarlar nə çoxdur» («Ali-imran»
146). Tağut hakimiyyətindən qurtulan kimi ilahi qurtuluş yaradılır. Qəbul etmək
olmaz ki, tağutla mübarizədən sonra xalq özbaşına buraxıla. Musanın (ə) risaləti
haqqında danışılarkən buyurulur ki, Musa Allahın bəndələrinin ona tapşırılmasını
istəyir:
«Allahın bəndələrini mənə verin» («Düxan» 18). Cəmiyyətdən öz
cəhənnəm hakimiyyətini qır. («Naziat» 24). Qoy mən xalqı öz Rəbbinə tərəf aparım.
«Zorlulara baş ucalığı, hamının üzərində qələbə» şüarını buraxın ki, mən onları
«ucalıq nəfsi paklıqdandır» şüarına sövq edim. Musa Firondan xalqa azadlıq
istəyir. Firon hakimiyyəti cəmiyyətə həmin bu siyasi və ictimai müdiriyyətdir.
O, deyir: «Qanun mənim qanunumdur, mən sizin rəbbinizəm». Özün xalqa Allah elan
edən Firon özü bütpərəst idi. Firona dedilər:
«Musanı və tayfasının
fitnə-fəsad törətmək, həm səni, həm də tanrılarını atıb getmək üçünmü
buraxacaqsan?» («Əraf» 127). Musanın Fironla mübarizəsinin əsas tərəfi
ictimai-siyasi tərəfdir. Musa xalqın başı üzərində bu zülmü qaldırıb, ilahi bir
quruluş qurmaq istəyir. Onun Fironu süquta yetirib, «bu yerə kim gələcək» deyə
sakitcə gözləməsi məqbul bir hərəkət olmazdı. Peyğəmbərlərin həyatını geniş
təhlil edən bu ayələrdən məlum olur ki, onların ictimai-siyasi fəaliyyəti
peyğəmbərlik məqamı ilə yanaşı olmuşdur.
3-DİNİ ƏSƏRLƏR
Quran peyğəmbərlərin hədəfi barədə buyurur:
«Xalq bir ümmət idi. O zaman
Allah-taala müjdə verən və əzabla qorxudan peyğəmbərlər seçdi, onlarla səmavi
kitablar göndərdi ki, xalqın ixtilaflarını həll etsinlər» («Bəqərə» 213).
Peyğəmbərlər və onların kitablarının hədəfi xalqın problemlərini həll etməkdir.
Bu ixtilaflar isə rəngarəngdir. Həqiqi dinlə yanaşı dayanan əqidələr uydurulur.
(Hüquqi və s. ixtilaflar). Quran ayəsi peyğəmbərləri ixtilafların həllində hakim
bilirmi? Mütləq şəkildə deyilirmi ki, peyğəmbərlər bəşərin bütün ixtilaflarını
həll edirlər?
əgər ayənin buyuruğu mütləqdirsə, əqidə ixtilafı dəlillərlə aydınlaşdırılır.
Amma xalq arasındakı sair ziddiyyətləri dəlil gətirməklə həll etmək olmaz. Bu
ixtilafların həlli ilahi siyasi quruluş yaradılmadan qeyri-mümkündür. Çünki
təcavüzkarın qarşısı nəsihətlə alına bilməz. Ayənin təbiri olduqca lətifdir.
Çünki söhbət hökmdən gedir. Hökm həmin hakimlik, xalqın müşkillərinin həllidir.
Ayə aydınca dəlalət edir ki, peyğəmbərlər xalq arasında hakimlik edər. Həzrət
(s) haqqında buyurulur:
«Həqiqətən biz sənə Quranı haqq olaraq nazil etdik ki,
Allahın sənə göndərdiyi ilə insanlar arsında hökm edəsən» («Nisa» 105).
Ayədəki «litəhkumə» (hökm edəsən) sözü ərəbcə hökumət mənasınadır.
Bu məqsəd digər bir ayədə daha da işıqlandırılır: «And olsun ki, Biz
peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik. Biz onlarla birgə kitab və
ədalət tərəzisi nazil etdik ki, insanlar ədalətlə rəftar etsinlər» («Hədid» 25).
Xalqın ictimai ədalət uğrunda qiyamı peyğəmbərlərin və səmavi kitabların
hədəfləridən biri kimi bəyan olunmuşdur. Uyğun hədəf bu ayədə çox aydın təmin
olunur. Açıq şəkildə ədalət peyğəmbər hədəfi sayılır. Bu da aydındır ki, ədalət,
istək, dua, rəhbərliklə əldə edilər. Ədalət mədəni inkişafla bağlı olsa da,
təcavüzkar insanların mədəniyyətlə bir bağlılığı yoxdur onlar insan haqlarına,
ilahi dinə təcavüz edirlər. Bəzən nəsihət belələrinə təsir etsə də, çox vaxt
təcavüzkarlar öz haqqına qane olmurlar. Onların qarşısı zorla alınmalıdır. Bu
ifadəli ayə məqsədin təhlilindən sonra buyurur:
«Biz dəmir yaratdıq». Axı
dəmirin yaradılmasının peyğəmbərlərin risaləti ilə nə əlaqəsi var? Görən dəmirin
yaradılması xəbərini hüquqların müdafiəsi üçün vasitə – qılınc və ya silah
hazırlanması ilə əlaqələndirmək olarmı? Günah və təcavüz dəmirlə qarşılanar. Bu
vəzifə ilahi siyasi quruluş təsis edilmədən mümkün olmayacaq:
«Zinakar kişiyə
və zinakar qadına yüz çubuq vurun» («Nur» 2).
«Kişi və qadın oğrunun
əlini kəsin» («Maidə» 38). Dəmirlə iffət və mülkiyyətə uzanmış təcavüzkar
əl kəsilir.
«Allah və Onun Rəsulu ilə vuruşa qalxanlar və yer üzündə fəsad
yaradanların cəzası ölümdür» («Maidə» 33). İctimai siyasi sabitlik dəmir
vasitəsi ilə təmin olunur. Dəmir və şəmşir siyasi hakimiyyətin möhkəmliyidir.
XALQ VƏ İCTİMAİ ƏDALƏT
Mübarək ayədə buyurulur ki, ədaləti peyğəmbər yox, xalq bərpa edəcək. Ola bilər
ki, ədalət xalqın qəbulu ilə mümkün olduğundan belə buyurulub. Yəni ilahi siyasi
hakimiyyət xalqın istəyi ilə formalaşa bilər. Söhbət bu hakimiyyətin
qanuniliyindən yox, zahirən gerçəkləşməsindən gedir. Xalq istəməsə belə bir
quruluş ola bilməz və ədalət də bərpa olmaz. Mədəni tərəqqi, peyğəmbər
məqsədləri və insani dəyərlərlə tanışlıq formalaşmasa, ədalət gerçəkləşə bilməz.
Əgər hansısa bir peyğəmbər və ya imamın dövründə ədalət bərpa olmayıbsa, bunun
səbəbi xalqın səhnədə iştirak etməməsidir. Bu o demək deyil ki, din rəhbərləri
ədalətə laqeyid olmuşlar, xeyr! Sadəcə, ilahi siyasi quruluş (zor və güc
rejimlərindən fərqli olaraq), eləcə də ədalətin bərpası xalqın ictimai-siyasi
səhnədə iştirakından bilavasitə asılıdır.
RƏVAYƏTLƏR VƏ SİYASİ İDARƏÇİLİK
əhli-beyt rəvayətləri də dinin siyasətdən ayrı olmadığını təsdiqləyir.
Peyğəmbərlərin, xüsusi ilə də həzrət Məhəmmədin (s) risaləti bəşəri quruluşları
ilahi siyasətlə əvəz etməkdir. İmamət baxımından onların rəhbərliyi Allah
bəndələrinə müdiriyyətdir. Bu müdiriyyət ölkənin, iqtisadiyyatın idarəçiliyi ilə
məhdudlaşır, əsasən insanların paklığı və tərbiyəsinə yönəlir. Elə digər sahələr
də ilahi quruluşda öz yüksəlişinə çatır. Yalnız ilahi quruluşda mədəniyyət və
iqtisadiyyat üçün ən üstün üsullar seçilir və həyata keçirilir. İmam Sadiq (ə)
buyurur: «Peyğəmbərin (s) risaləti xalqa müdiriyyət və ilahi siyasətdir» («Üsule-kafi»
1-ci cild). Allah-taala dinin ixtiyarını və onun icrasını həzrətə (s)
tapşırmışdır ki, bəndələrə müdiriyyət etsin və yol göstərsin.
«Ziyarəte
came»də imamlar belə təqdim olunur:
«Salam olsun sizə Peyğəmbər
əhli-beytinə, ilahi risalət canişinlərinə və xalqın siyasət aparıcılarına». Digər
yerdə buyurulur: «İmam Rza (ə), imamət dininə rəhbər, müsəlman cəmiyyətini
nizamlayan, dünyanın islahı və dinin izzətidir. İmamətlə dini əməllər – namaz,
oruc, zəkat, həcc ayaq tutur. İmamətlə hüdudlar və hökmlər icra edilir. İslami
ümmətin sərhədləri qorunur» («Üsule-kafi» 1-ci cild).
RİSALƏTLƏ YANAŞI İMAMƏT
İmamət (rəhbərlik) dinin qorunması və icrası, xalq siyasətidir. Həm
peyğəmbərlər, həm də imamlar bu vəzifəni daşımışlar. Bu vəzifələr daim
peyğəmbərliklə yanaşı olmuş ümmət imamının hədəfləridir. İmamət olmadan heç bir
risalət kamil deyil. Çünki risalət həyata keçəndə tamlaşır. Bu həqiqət Qədir
günü Allah-taala tərəfindən bəyan edildi. İmam, din başçısı, xalqa rəhbər təyin
etməklə din kamil elan edildi. Bu təkcə həzrətin risalətinə aid deyildir. Bütün
peyğəmbərlərin risaləti onların imamlığı ilə bütövləşir. Həzrət (s) cəmiyyətin
siyasi binasına bünövrədən başladı və bütün bəşəri ölçüləri bir kənara qoydu.
İlahi və siyasi bir quruluşu nümunə kimi təqdim etdi. Bu hadisə o qədər
açıq-aşkardır ki, kimsə onun inkarına cürət etmir. Bu yola nəzər salandan sonra
kimsə dilinə gətirə bilməz ki, din siyasətdən, siyasi rəhbərlikdən uzaqdır.
«Din insanların axirəti üçündür, din məscidlər üçündür» sözləri din və
Qurana biganə olanların sözləridir. Ayələr, rəvayətlər, peyğəmbər və imamların
yolu bu baxışları rədd edir. Din və siyasət arasında ayrılıq salmaq biganələrin
işidir. İslam ümmətini başıaşağı, sakit saxlamaq üçün bu şüar irəli sürülür.
Avamlar da bu şüara inanır. Deyirlər, bəs nə üçün peyğəmbər və imamlar bu sahədə
müvəffəqiyyət qazana bilməyiblər? Səbəbi budur: Hökumət o zaman formalaşır ki,
xalq onu dəstəkləsin. Xalqın havadarlığı olmayan halda ilahi siyasi quruluşu
qəbul edilməz. Bu halda zülm aparatı işə düşür. Peyğəmbər və imamlar kənara
çəkildikdə xalq zülm hakimiyyətinə düçar olur. Onların yerinə Bəni-üməyyə,
Bəni-Əbbas və pəhləvilər gəlir.
əlbəttə ki, bu zülm yenə xalqın çiyninə düşür. Xalq ilahi quruluşa qoyun
açmadıqda zülm rejiminə düçar olur, hakimlərin istəyinə xidmət edirlər. Onlar da
xalqa istədikləri hökmü verirlər. Belə rejimdə nə Allahın, nə də xalqın istəyi
yerini tapmır.
Dediklərimiz uzun də çəksə, uyğun nöqtə işıqlandı və məlum oldu ki, cəmiyyətin
siyasi əsaslarının qurulması peyğəmbərlərin böyük məqsədi olmuşdur.
Xalqa rəhbərlik insan ağlının həll edəcəyi bir məsələ deyildiri. Bu məsələdə
insan ilahi vəhyə ehtiyaclıdır. Çünki insan paklanmasının necəliyini vəhy təyin
etməlidir. Bu prosesə aydınlığı da vəhy gətirir. İslamın siyasi quruluşunun
yaradılması peyğəmbər və imam dövrü ilə imamın olmadığı dövrdə qətiyyən
fərqlənmir. Siyasi quruluş vəhylə formalaşır və siyasi hakim peyğəmbər, imam və
fəqih olur. Xalqın vəzifəsi belə bir quruluşun ilahi məqsədlərə itaət etməkdir.
Peyğəmbərlərin, xüsusi ilə Rəsulullahın (s) və imamların həyatı dediklərimizə ən
yaxşı sübutdur.
İLAHİ NİZAM VƏ XALQIN İŞTİRAKI
Sözsüz ki, ilahi nizam, quruluş ən xəlqi bir quruluşdur. Xalq bu quruluşun
formalaşmasında, təşkilində iştirak edir. İlahi quruluşun sayəsində xalqın əsas
hüquqları, azadlıqları, rifahı öz əksini tapır. Xalqın yaxından iştirakı bu
quruluşun əsas xüsusiyyətidir. İnsanlar mədəni, ictimai sahələrdə, ümumi
müdiriyyətdə iştirak edirlər. Müdiriyyət xalqın içindən təşkil olunur və onların
istəklərini ifadə edir. Bu quruluşda xalq əl-ələ verib ilahi məqsədlərin həyata
keçməsində müttəfiq olurlar. Həzrət Peyğəmbərin (s) hökumətində xalq beləcə
iştirak edirdi. Hətta həzrət (s) dəfələrlə xalqın birgə iştirak beyətini rəsmi
şəkildə icra etmişdi. Allah-taala bu barədə söhbət açır:
«Allah xalqın beyət
və iştirakına razı oldu o zaman ki, həmin ağacın altında səninlə beyət etdilər».
(«Fəth» 18).
əlbəttə ki, agah və geniş şəkildə iştirak etməlidir. Agah olmayan bir iştirak
özü təfriqə yaradıcıdır. Az olmur ki, insanların azğınlığı üçün doğru yoldan
istifadə edilir. Xalq rejimi, rəhbəri, öz talehini təyin edən bu iştirakı dərk
etməlidir. Səthi təhlillərlə bu yolda irəliləmək olmaz.
Dördüncü baxışın təhlilinə görə dini siyasətdən ayıran sekulyarizmin əsasaları
puçdur. İkinci baxış, yəni axirətçilikdə də məqbul deyil. Çünki din insanın
axirətinə diqqət yetirib, axirəti əbədi məskən bildirsə də, bu axirətə yalnız
dünya həyatını qurmaqla çatmaq olar. Axirət həyatını qurmaq üçün əvvəlcə dünya
həyatı qurulmalıdır. Müxtəlif sahələr, eləcə də siyasi müdiriyyət də dünya
həyatının zərurətlərindəndir.
Üçüncü baxışa – siyasi hökumət və rəhbərin xalq tərəfindən seçilməsinə gəldikdə
isə dini mənbələrdə belə bir yol təsidiq edilmir. Bu eynən «Səqifeyn Bəni-səid»
baxışına uyğundur və şiələr tərəfindən qəbul edilmir. Bu fikir «Ğədir» hadisəsi
ilə də uyğun gəlmir. Bir buna dəlil gətirmək olar ki, siyasi rəhbərlik imamət və
ümmətə əsaslanır. İstər imam dövründə, istərsə də imamdan sonrakı dövrdəki
siyasi rəhbərin təyinində xalqın seçimi rol oynamır. Xalq seçimi digər siyasi
qurumlara aiddir.
SİYASƏT VƏ MÜQƏDDƏSLİK
Şübhə yarana bilər ki, siyasi quruluş və hökumət risalət hədəflərindən ola
bilməz. Çünki peyğəmbərlərin ən böyük işi xalqın mənəviyyat və paklığına diqqət
göstərməkdir. Bu isə çirkin siyasətlə uyuşmuşr və peyğəmbərlərin paklığa
çağırışı bu sayaq siyasətlə bir çərçivəyə sığışmır.
Bu söz peyğəmbər yolunun davamçıları, ruhaniyyət haqqında da deyilir ki,
ruhanilərin siyasi işə müdaxiləsi onların müqəddəsliyi ilə bir araya sığmır.
Ruhanilərin siyasət meydanına gəlişi onların müqəddəsliyini sönükdürür,
etibarlarını azaldır. Çünki peyğəmbərlər və ruhanilər müqəddəslik carçısıdırlar.
Siyasi dolaşıqlar onlara zərbə vurur. Bu hədəfin təminində onların hifzi daha da
önməldir. Başqa sözlə, peyğəmbər və ruhanilərin sözünü kəsərli edən onların
paklığıdır. Onlar bu üstünlüyü itirirlərsə, cəmiyyətin sair təbəqələri kimi
etibardan düşərlər.
Yuxarıda deyilənlər bir çox xeyirxahlar və bəzi ziyalılar, eləcə də düşmənlər
tərəfindəndir. Hətta bəzi ziyalılar bildirirlər ki, əgər ziyalı öz sözünü
təsirli görmək, cəmiyyətin həyatında iştirak etmək istəyirsə, siyasətdən uzaq
olmalıdır. Guya siyasətdən bir kənarda mədəniyyətlə məşğul olmaq şəxsiyyəti
qoruyur. Siyasətdən qorunmaqla sözün nüfuzu qiymətlənir. Bu halda onlar da
cəmiyyətə hakim olurlar. Bəziləri yazır ki, ziyalılar tacsız hakimlərdir və
onların tacsız olması sözlərinin nüfuzuna səbəb olur.
MÜQƏDDƏS SİYASƏT
əvvəlki bölmdə qeyd edilən şübhələrə cavab olaraq demək olar ki, burada adi
siyasətlə dini siyasət qatışıq salınır. Siyasətin elə bir forması var ki,
məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edilir. Hansı ki, belə bir forma
dinlə, taqva ilə, müqəddəsliklə uyğun deyildir. Dini siyasət isə tamam başqa bir
fomadır. Bu siyasətdə cəmiyyətə düzgün rəhbərlik, onu ilahi hədəflərə
istiqamətləndirmək, mədəni dirçəliş, rifah və ictimai ədalətin təmini nəzərdə
tutulur. Belə bir siyasətdə din və müqəddəslik qorunur. Əgər din qılınc
götürməyi əmr etmişsə, bu müqəddəslikdən çıxmaq deyil. Bəlkə də, Allah yanında
ən müqəddəs iş elə bu yolda ölmək və öldürməkdir.
«Əlinin zərbəsi səqəleyn
ibadətindən üstündür» («Bihar» 39-cu səh). Eləcə də, infaq (sədəqə vermək)
etmək ibadətlə, müqəddsliklə zidd deyil. İnfaq özü ibadətdir. «Maidə» surəsində
buyurulur:
«İbadət halında zəkat verərlər».
Bəli, siyasət qeyd edilən xüsusiyyətlərlə yanaşı olmalıdır. Əslində dini
müqəddəslik özü o zaman dəyərli olur ki, ictimai və siyasi dəyərləri əhatə
etsin. səhv düşüncə tərzi şübhələr doğurur ki, ictimai məsuliyyətlər
müqəddəsliklə bir araya sığmaz, müqəddəs şəxs siyasətə qatışmaqla paklığını
əldən verər. Burada müqəddəsliklə tərkidünyalıq (inziva) qatışdırılır. Hansı ki,
bir kənara çəkilib, tərkidünyalığa qatılmaq Allah tərəfində bəyənilmir. Ona görə
də belə bir mövqe əsassızdır. Bu ruhiyyə başqasını döyüş meydanına ötürüb, bir
kənarda tamaşaya dayanmaqdır.
BƏNİ-İSRAİL MƏDƏNİYYƏTİ
İlahi vəhyə bu münasibət Bəni-israil ruhiyyəsi və mədəniyyətindən qaynaqlanır.
Onlar öz ilahi rəhbərləri Musa (ə) dedilər:
Sən öz Allahınla birgə fironlarla
döyüşə get, biz tamaşa edirik. Onlara qalib gəlsəniz, sizə əhsən deyəcəyik.
(«Maidə» 24). İlahi vəhy insanları məsum bilir. Peyğəmbərlər və onların varisi
olan ruhanilər də özlərinə vəhyə əsasən öhdəlik götürmüşlər. Vəhy qarşısında
guşənişinlik müqəddəslik deyil. Dini siyasətdə heç bir çirkinlik yoxdur. Həzrət
Peyğəmbərin (s), imam əlinin (ə) siyasi rəhbərilyində bir qüsur olsaydı, məsum
insanlar bu işə qoşulmazdılar. Belə bir siyasət çirkinlik yox, iftixardır.
Bundan da böyük bir iftixar ola bilərmi ki, insan mühüm siyasi məsuliyyətləri
qəbul etməklə xalq üçün yarısın, xalqın həyatının ilahiliyində, inkişafında bir
rol oynasın?! Uyğun baxış siyasəti çirkin bilməkdə yanıldığı kimi, müqəddəsliyi
də tərkidünyalıq kimi qəbul etməklə yanılır. Bu iki fikirin heç biri dini
maariflə uyğun deyil. Dini siyasət namaz, həcc, cəhad kimi müqəddəsdir. Qəzavət
oruc və etikaf kimi, mühakimə, məscid və məbud kimi müqəddəsdir. Taxtda oturub,
nəfsi boğaraq xalqa yanmaq bir hünərdir. Bir dərənin dibindən müqəddəslik şüarı
söyləmək isə mövhumatdır!
İKİ SİYASƏTİN FƏRQİ
Ona görə də peyğəmbərlərin siyasəti digər siyasətlərdən köklü surətdə fərqlənir.
Peyğəmbərlə hakimiyyətə gələrkən insani və ilahi dəyərləri görməzliyə vurmur,
qeyri-sağlam üsullardan faydalanmırlar. Hakimiyyəti qorumaq xatirinə mənəvi
dəyərlər tapdalanmır. Onların məqsədi dəyərləri qorumaqdır və siyasət də bu
məqsədə xidmət edir. Siyasət özü bir məqsəd deyil və onun naminə dəyərlərə göz
yumulmur. İki siyasətin mühüm fərqi budur.
DİNİ İSTİBDAD
Qərb ziyalılarının qələmindən çıxmış digər bir şübhə budur ki, siyasi qurum
mütəxəssislərə möhtacdır. Hansı ki, ilahi siyasi qurum fərdin qərarına
əsaslanır. Elə buna görə də fərdi qərar istibdad kimi tənqid edilir. Bu baxış bu
günkü dünyanın qəbul etdiyi demokratiya və xalqın iştirakı ilə uyğunsuzluq
təşkil edir. Hazırki mütərəqqi dünya xalqın öz müqəddəratını təyin etməsini
demokratiyanın böyük uğurlarından hesab edir. Bu üsul bəşər mədəniyyəti və
insanın azadlıq istəkləri ilə tam uyğundur. İlahi nizam isə bu ölçülərə sığışmır
və onun gələcəyi xoş təəssürat yaratmır. Çünki onun nəticəsi bir fərdin
istibadadı və həmin dini istibdaddır.
İSTİBDADIN BAŞLANĞICI
Bu fikrin qarşısında etiraz etmək olar ki, istibdad fərdin qərarından doğmur. O,
xalqın istəklərinə diqqətsizlikdən yaranır. İstibdad nəfs istəklərindən, bir
şəxs və ya o şəxsin ətrafının mənafelərindən doğur. Çıxarılmış qərar xalqın
isətklərini ifadə edirsə o düzgün qərardır – fərqi yoxdur ki, uyğun qərarı bir
fərd və ya cəmiyyət çıxarmışdır. Son qərarı ləyiqli bir şəxsin öhdəsinə qoyan
ilahi quruluş şəxsi istəklərin ifadəsi ola bilməz. Xəta və günahdan uzaq olan
peyğəmbər və imamlar qərar çıxararkən heç vaxt öz nəfsi istəklərinə
əsaslanmamışlar.
Bu da var ki, dini siyasətçilər fəzilətli və mənəviyyatlı olur, öz dövrlərinin
məsələləri ilə tam tanış olurlar. Həmin agahlıqla cəmiyyətin ziddinə qərar
çıxarılması mümkün deyil.
Bunu da qeyd etməkliyik ki, dini rəhbərlərin də müdiriyyəti müxtəlif sahələr
üzrə mütəxəssislərin rəyinə uyğun həyata keçirilir.
Peyğəmbər və imam varisi olan vəliyye-fəqih (rəhbər) üçün əsaslı xüsusiyyətlər
müəyyəndir. Onun ən əsas xüsusiyyəti ədalətdir. Ədalət nəfs istəklərinə qarşı
bir maneədir. Digrə bir xüsusiyyət müdriklik və müdiriyyətdir. Bu da fərdi
qərarı istibdad rəngindən qoruyur. Başqa bir xüsusiyyət mütəxəssislərlə
müşavirədir və bu müşavirə istibdad üçün bütün qapıları bağlayır. Siyasi
müdiriyyətdə mərkəzləşmiş qərara gəlmədən əlavə üstün xüsusiyyəti odur ki, saleh
fərd (rəhbər) mütəxəssislərin rəyi əsasında xalqın xeyri üçün öz nəzərini
bildirir. Əgər fərd ədalət məhvərindən çıxıb, zərrəcə bir səhv buraxarsa, onun
qərarı etibarsız olar və həmin fərd rəhbərlik məqamından uzaqlaşdırılar.
İlahi hökumətdə nəinki istibdadlıq yoxdur, əksinə mühüm müsbət xüsusiyyətlərdən
biri budur ki, müdiriyyətin bariz əlaməti olan güc mərkəzləşməsi bu hökumətdir.
Mütəxəssislərə əsaslanaraq qərarçıxarmanın mərkəzləşməsi və agah, layiq bir
fərdin müdiriyyəti parçalanmanın qarşısını alır. Şura (cəm) şəkildə müdiriyyət
ən müvəffəqiyyətsiz rəhbərlik üsuludur. Əlbəttə ki, mütəxəssislərlə
məsləhətləşmə çox yaxşı işdir və tərəqiyyə səbəb olar. Buna görə də ilahi
hökumət mövzusu ətrafında yaradılan şübhələr faydasızdır və bu quruluş
tanımamaqdan yaranır. Bu mühüm məsuliyyət şübhəsiz ki, ilahi peyğəmbərlərin
hədəflərindəndir.
KİLSƏ VƏ DİNİ İSTİBDAD
İlahi quruluşa bu münsibətin səbəbini təkcə səhv düşüncədə axtarmaq olmaz. Çünki
bu şübhələrin bir başlanğıcı da orta əsirlərdə kilsənin mənfi hakimiyyəti ilə
əlaqəlidir. Həmin dövrdə məsihi başçıları öz mövhumatçı baxışları ilə elm və
fəzilətlə müharibə aparmış, xalqın azadlıqlarını ayaq altına salmışlar. Din adı
altında müstəbidlik etmiş, xalqda dini hökumətə qarşı mənfi münasibət
yaratmışlar. Din siyasətdən ayrılması da bununla bağlıdır.
Tam aydındır ki, belə rəhbərliyin həqiqi dini rəhbərliklə heç bir əlaqəsi
yoxdur. Peyğəmbər (s) və əli (ə) hökumətində öz həqiqi əksini tapan dini siyasət
xalq üçün həqiqi azadlıq, tərəqqi əsasını qoyur. Xalq heç zaman peyğəmbər
siyasətindən yorulmamışdır. Onların istəklərində və azadlıqlarında heç bir
məhdudiyyət yaranmamışdır. Dini siyasi rəhbərlər həzrətin (s) üsulunu nümunə
götürməlidirlrə. Xalqın hüquqlarını məhdudlaşdırmaq olmaz. Böhtanlara şərait
yaratmamaq üçün istedadların çiçəklənməsinə, iqtisadi dirçəlişə yardım göstərmək
lazımdır.
ÜÇÜNCÜ HİSSƏ
TƏRBİYƏİ VƏ İCTİMAİ RƏFTARLAR
VƏHY İDEYALARININ GERÇƏKLƏŞMƏSİ
Peyğəmbər öz məqsədləri yolunda xeyli müvəffəqiyyət əldə etmişlər. Cəmiyyət çox
müxtəlif cəhətlərdən bu risalətlərdən faydalanmışdır. Fəzilət haqqında bütün
söhbətlər peyğəmbər məktəbindən faydalanır. İndi əksər cəmiyyətlərdəki inama
gəldikdə hansı formadasa Allah, məad, peyğəmbərlik haqqında təsəvvür vardır.
Əlbəttə ki, şirkin, riyanın mərtəbələri olduğu kimi tövhidin də mərtəbələri
vardır. Hamı eyni bir səviyyədə müvəhhid (təkallahçı) deyildir. Amma Allahdan və
peyğəmbərdən tamamilə xəbərsiz olanlar azdır. Lakin onların da malik olduqları
insanı fəzilətlər dolayı da olsa peyğəmbər və dəvətlərindən ilahmlanmışdır. Bu
dəvətlərdən tamam xəbərsiz üzürlü adamlar isə olduqca azdır.
Bəşər nizamında gözə dəyən nə qədər həqiqi fəzilətlər və ölçülər vardısa, hamısı
peyğəmbərlərin risalətinin bərəkətindəndir. Buna görə də həqiqi bir baxışla bu
həqiqət aşkar olur ki, bütün görünən fəsadlar baxmayaraq peyğəmbərlərin əsil
məqsədi cəmiyyətlərdə həyat keçib.
Bu məqsədlərə çatmaq üçün gözəl bir dillə ilahi dəvətləri aydınlaşdırmaqdan
əlavə peyğəmbərlərin həyatı, ilahi siması əhəmiyyətli rol oynamışdır. Risalətin
gerçəkləşməsində bəşər fitrətinin işıqlandırılmasından əlavə peyğəmbərlərin
nümunəvi şəxsi rəftarı da təsirli olmuşdur. Onlar öz dediklərinə bağlı olmuş,
bir an da olsun dəyərlərdən uzaqlaşmamışlar.
Peyğəmbərlər din açıqlayan və dinə inanan olmuş, onların inamı, rəftarı vəhy
dəvətini tamamlamışdır. Ona görə də inananlarla yanaşı qələbə zirvəsinə
pərvazlanmış, əzəmətə çatmışlar. Ona görə də din rəhbərlərindən nümunə
götürülməsi təkcə onların etiqadı ilə yox, eləcə də rəftarları ilə bağlıdır.
Qarşıda bu nümunəvi şəxsin əqidəsinə, həyatına, rəftarına nəzər salacağıq. Ümid
edirik ki, bu söhbətlər təsirli olacaq. Əvvəlcə üç nöqtəni xatırlayacağıq.
1-YAXŞI SİFƏTİN ÖLÇÜSÜ
Quran Peyğəmbərin (s) xasiyyətini belə tərifləyir:
«Sən xasiyyətcə
əzəmətlisən» («Qələm» 4). Allah-taala kimsəni bu sayaq tərif etməmişdir.
Həzrət (s) ən yaxşı insan kimi təqdim olunur. Peyğəmbər yaxşı xasiyyətin
ölçüsünün belə bəyan edir:
«Yaxşı xasiyyətin ölçüçsü Allah sifətləridir».
Yəni o şəxsin xasiyyəti yaxşıdır ki, ilahi əxlaqla bəzənmiş olsun.
«Ən
yaxşı adlar və xasiyyətlər Allahdandır» («Nəhl» 60, «əraf» 180).
«İlahi
rəngən gözəl rəng varmı?!» («Bəqərə» 138). İnsan üçün ən gözəl rəng ilahi
rəngdir. İnsan ilahi sifətlərə canişin olmalı və bu canişin ilahi nişanələrlə
zinətlənməlidir. Əgər Allah rəuf, rəhim, alim, kərim, əziz, həkim,
bağışlayandırsa onun canişini də bu xasiyyətlərə malik olmalıdır. Allah-taala
Quranda öz gözəl adları ilə təcəlli edir. Bu sifətlərə ən çox yiyələnən insan
isə həzrət Peyğəmbərdir (s). onun haqqında belə deyilir:
«Peyğəmbərin (s)
xasiyyəti Qurandır».
Quran bu xasiyyətləri belə aydınlaşdırır:
«Aranızdan bir peyğəmbər gəlib ki,
sizi çətinliyə salan şeylər onu incidir. O, sizin hidayətinizi, səadətinizi
istəyir. Möminlərə rauf və rəhimlidir» («Tövbə» 128).
«Allahın mərhəməti
səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər sərt olsaydın, ətrafından
dağılardılar» («Ali-imran» 159).
«Məhəmməd (s) Allahın peyğəmbəridir.
Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birləri ilə isə
mərhəmətlidirlər» («Fəth» 29). Bu sifətlər mömin və xalis bəndədə təcəlli
etmiş ilahi sifətlərdir.
2-ƏQİDƏ, XASİYYƏT, RƏFTAR
əqidə, xasiyyət, əməlin fərqi budur ki, əqidə insanın düşüncə və inamlarıdır.
Düşüncə insanın məad, varlıq aləminin olmasıdır və əslində insanın dünyagörüşünü
formalaşdırır. Amma əxlaq insanın rəftarları nəticəsində yaranmış
xüsusiyyətlərdən ibarətdir. Əməl də uyğun rəftarların dəfələrlə təkrarlanmış
hədəfi, nəticəsidir. Çünki bu xüsusiyyətlər insanın daxilinə hopmamış, rəftar
adlana bilməz. Elə ki, bir xasiyyət insana hopdu və onu tərk etmək çətinləşdi,
ona xasiyyət deyirlər. Bu qısa cümlələr az da olsa, uyğun fərqi aydınlaşdırdı.
Demək, məqsədimiz həmin xarakterdən nəzər salmaqdır. Amma mümkündür ki, bu
xarakterdən danışarkən rəftarlara da toxunulsun.
3-ƏXLAQ VƏ XARAKTERİN ƏSASI
Diqqət edilsi mühüm nöqtə budur ki, insanın xarakterinin əsası onun əqidə və
imanıdır. İnsanın şəxsiyyətini onun düşüncələri formalaşdırır. Ona görə də yaxşı
xasiyyətlər qazanmaq üçün onun əsaslarına diqqət etmək lazımdır. Bu əsaslı bir
məsələ olduğundan Peyğəmbərin (s) xarakterini araşdırmazdan əvvəl bu nöqtəyə
diqqət etməliyik ki, gözəl əxlaqa çatmağın yolu Allaha inam və yaranışa
diqqətdir. Peyğəmbər (s) də malik olduğu gözəl əxlaqı iman və ibadət yolu ilə
əldə etmişdir. Peyğəmbəri (s) nümunə seçən insanların da bu yolla getməsi
zəruridir.
Peyğəmbər (s) kamilliklərin mənşəyinə diqqət yetirmklə, haqqın qarşısında baş
əyməklə həm mərifətə yetişdi, həm də gözəl xasiyyətlər qazandı. Çünki
kamilliklərin məbdəsinə üz tutmadan kamillik qazanmaq qeyri-mümkündür. Əgər
Allah-taala bir insana fəzilət bağışlayırsa, həmin insan hökmən Allaha tərəf
hansısa bir qədəm atmışdır. Söz yox ki, ilk addım Allah tərəfindəndir. Amma
insan bir addım Allaha yaxınlaşmaqla özünü həmin feyzə layiq edir:
«Bizim
uğurumuzda vuruşanları öz yolumuza qovuşduracağıq» («Ənkəbut» 68).
«Doğru yolda möhkəm dayansanız həyatınızı bol axar sularla bəhrələndirəcəyik»
(«Cin» 16). Həyatın bol suyundan faydalanmağın şərti Allahın haqq yolunda
dayanmaqdır. Bu halda Allah-taala və onun qeybi (gözə görünməyən) qüvvələri
rəhmət qapısını açır, insanın əlindən tutub, ona nuraniyyət bağışlayır.
«O
bir Allahdır ki, sizi zülmətdən nura çıxarmaq üçün Özü və mələkləri sizə salam
göndərir» (“Əhzab» 43). Ona görə də əvvəlcə həzrətin (s) ibadətlərinə nəzər
salacağıq.
RƏSULULLAH (S) VƏ PƏRƏSTİŞ
İnsanın daxilində kamillik istedadı gizlənmişdir. Amma bu istedadın
çiçəklənməsinin, ibadət və kamillik məbdəsinə marağın səbəbləri var. Hər bir
insanda bu fəzilət tutumu vardır. Bu tutum nə qədər böyük olarsa, insan daha da
yüksəklərə ucalar:
«Hər kəs izzət, şərəf istəsə, bütün izzət və şərəf Allaha
məxsusdur» («Fatir» 10). İzzət ilahi hüzurda səcdəylə əldə edilir.
Peyğəmbər (s) mərifətdə nümunə olduğu kimi pərəstişdə də hamıdan üstündür. O,
haqqı tanımış ilk şəxsdir: «Mən Allahı tanımış, tövhidi təsdiq etmiş ilk şəxsəm.
Mən Allahın dəvətini qəbul etmiş ilk şəxsəm» («Bihar» 16).
NAMAZ VƏ GECƏ OYAQLIĞI
Namaz Allah qarşısında bəndəliyin kamilliyidir. Peyğəmbər namazı «gözümün
nurudur» deyə tərifləyib. Quran həzrəti (s) ibadi cəhətdən kamala yetirmək üçün
belə buyurur:
«Ey bürünmüş Peyğəmbər, gecə az bir hissəsi istisna olmaqla
qalxıb namaz qıl! Gecənin yarısına qədər, yaxud bir qədər ondan az. Ya da bir
qədər ondan çox həm də aramla, ağır-ağır Quran oxu! Həqiqətən biz sənə ağır bir
kəlam vəhy edəcəyik» («Muzzəmmil» 1-5). Quran kimi böyük bir feyzə nail
olmaq üçün gecəni oyaq qalmaq lazımdır. Hamının rahatca yataqda uyuduğu bir
zaman qalx və öz Allahınla danış. Gecəni sakit qəlbində qalx, Allahı çağır,
Quranı gözəl oxu, kamillik məbdəsinə əl aç ki, ruhun əzəmətlənsin, ağır
məsuliyyətləri, böyük risaləti qəbul edə biləsən.
GECƏ NAMAZI
«Gecənin bir vaxtı durub ancaq sənən xas olan əlavə namaz qıl. Ola bilsin ki,
Rəbbin səni bəyənilmiş bir məqama çatdırsın» («İsra» 79). Bəyənilmiş məqama
çatmaqda, yalnız haqqa bağlanmaqda gecəni oyaq qalmaq və gecə namazı qılmaq çox
faydalıdır. Həzrət Peyğəmbər gecəni sübhədək fasilələrlə ibadətə məşğul olardı.
Ola bilməzdi ki, o, gecəni sübhədək yatıb gecə namazı vaxtında dursun. O, azca
istirahətlə ibadət edər, yorulduğu vaxt qısa fasilələr buraxardı.
«Peyğəmbər (s) işa namazı qıldıqdan sonra suyu və misvakı yaxında qoyub, üsütünü
örtərdi. Azca yatıb oyanar, misvak edib, dəstəmaz alar, dörd rəkət namaz qılıb,
yatardı. Sonar yenə də qalxar, misvak edər, dəstəmaz alar, dörd rəkət namaz
qılar və yenə də yatardı. Sonra vətr namazına durardı» («Vəsailüş-şiə» 3-ci
cild). Fəcrin tülusunadək dəfələrlə gecə namazına durar və oyaq qalardı. Uzun
səcdələr və təsbihlər yerinə yetirərdi. Gecənin bir qismində Ona səcdə et və
gecə uzunu da Onu təqdis et» («İnsan» 26).
Həzrət (s) o qədər xülusla, qəlbən namaz qılardı ki, hər şeyi unudar, diqqəti
yalnız Allaha yönələrdi. Rəvayət edilir ki, namaz zamanı həzrət o qədər ibadətə
aludə olardı ki, sanki o, kimsəni, kimsə də onu tanımırdı. «namaza dayanarkən
Allah qorxusundan rəngi qaçardı». Haqq qarşısında o qədər ədəblə, təvazö ilə
dayanardı ki, kənara qoyulmuş libas tək hərəkətsiz olardı» (ərəbi 4-ci cild).
ORUC
Maddi nemətlərdən istifadə cismin hərəkəti üçündür. Beləcə, ibadət də ruhu
qüvvələndirir. Din bu iki şey arasında tarazlıq yaradır. Bədənə qulluqla məşğul
olan ruhu yaddan çıxarır və qarşısıalınmaz zərərlər gətirir. Cismi ifrat
dərəcədə yaddan çıxarmaq da məzəmmət olunub. Bu diqqətsizlik röhbaniyyətdir və
insanı əsil məqsəddən yayındırır. Dünya həyatını tərk edib, yalnız ibadətə uymuş
Osman ibni Məğun haqqında həzrət Peyğəmbər (s) buyurur:
«Bizim üçün
röhbaniyyət – tərkidünyalıq yoxdur (qərarlaşmayıb)». Osmanın bu hərəkəti
həzrətə (s) deyiləndə onu bu əməldən çəkindirərək buyurdu ki, mənim ümmətimin
tərkidünyalığı Allah yolunda cihaddır. («Bihar» 8).
Oruc orqanizm qüvvələrinin tarazlaşdırılması baxımından ruhun inkişafı üçün
böyük rola malikdir. Oruc ehtiyacdan artıq qidaları tənzimləyir, ruhun diqqətini
bəndəlik və pərəstişə yönəldir. Qüvvələrin tarazlaşması ilə ruh pərəstişi
canlandırır. Ona görə də səmavi din buna layiqincə diqqət yetirir. Səmavi
hökumətlərdə oruc əsas yerlərdən tutur və ruhun tərbiyəsi, təqvaya doğru
hərəkətinə şərait yaradır. Bu işdə orta hədd – cismin qüvvələrindən istifadə
etməklə ruhun paklanması Peyğəmbər (s) yoludur. O, yeyirdi ki, qüvvəli olsun və
ibadət etsin. O, diri qalmaq üçün yeyirdi. O, yaşamaq üçün yeyirdi, yemək üçün
yaşamırdı. Bu iki yanaşmada fərq çoxdur. O, iki gündən bir oruc tuturdu (?).
Şəban və Ramazan aylarını ardıcıl oruc olurdu.
XÜŞU
Peyğəmbər (s) malik olduğu məqama baxmayaraq ilahi məqam və məaddan çox ehtiyad
etmişdir. Qiyamət xəbəri çatanda səsini qaldırmış, çöhrəsi solmuşdur. Sanki
qorxulu bir düşmənin hücum xəbəri gəlmişdir. Xəbər verilir ki, Allah qorxusundan
o qədər ağlayırmış ki, özündən gedirmiş. («Bihar» 10-cu cild). İlahi qorxudan o
qədər göz yaşı axıdırmış ki, ətəyi islanırmış.
O, məsum olsada öz mərifəti səbəbindən daim özünü borclu bilirdi və qorxurdu.
Allaha ən yaxın insan olsa da etiraf edərək deyirdi:
«Biz Sənə məqamına laiq
ibadət etmədik». Daim Allaha diqqəti olaraq buyururdu: «Xudaya bizi bir göz
qırpımınca öz başına buraxma». («Bihar» 14-cu cild). Allah özü Peyğəmbərin
qorxusu haqqında xəbər verir: «Mən qorxuram ki, günah edərəmsə qiyamət günün
əzabına düçar olum» («Nəhl» 50).
RƏSULULLAH (S) VƏ ZÖHD
Dünyaya bağlılıq insan fəziləti üçün qorxuludur. Bu tələlərdən qurtarmaq hər
kəsin işi deyil. Əvvəla bu təhlükələri yaxşıca və vaxtında tanımaq lazımdır.
Bundan əlavə nəfsə nəzarət bacarığı lazımdır ki, təhlükəni tanıdıqdan sonra
onunla üz-üzə gələ biləsən. İnsanın iki çöhrəsi – maddi və ilahi çöhrəsi vardır.
Maddi çöhrə dünyapərəstdir və insanın ötəri ləzzətlərlə aldadır. Dünya həyatı və
dünya malı təklikdə faydasızdır. «Taha» surəsində belə buyurulur:
«Kafirlərin
bəzi zümərlərini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz
mal-dövlətə rəğbət gözü ilə baxma! (gözünü dikmə)».
O zamanki var-dövlət, övlad, minik, məskən, ailə kimi dünyaya bağlılıq təhlükə
olur insanı çəkinməyə çağırıblar:
«Dünyaya bağlılıq bütün xətər və günahların
mənşəsidir» («Bihar» 51-ci cild). O insan nümunə ola bilər ki, bu
təhlükələrdən qurtula bilsin. Etibarsız dünyaya diqqət edilməməlidir. Çünki
dünyaya bağlı insan öz yersiz istəkləri ilə başqalarının hüququnu pozur. Zahid
və dünyaya rəğbətsiz insan bu təhlükələrdən xilas ola bilər.
ZÖHD NƏDİR?
Zöhd o demək deyil ki, insan dünya nemətlərindən faydalanmasın. Çünki bu
nemətlərdən düzgün istifadə qorxulu deyil. Allah bu nemətləri insan üçün
yaratmışdır. Amma bu nemətlərdən düzgün istifadə etmədikdə Allah zikrinin
unudulmasına səbəb olur və insan əbədi axirət həyatından xəbərsiz qalır. Din
dünyaya bağlılığı qorxulu sayır. Dünya malından bircə xalçası olan insan bu
xalçaya bağlanmaqla dünyagir olar bilər. Amma başqa biri malik olduğu böyük
var-dövlətə bağlanmadığı üçün zahid insan ola bilər. Quran zahid insanı belə
tanıtdırır: Zahid o kəsdir ki, dünya malı əlindən çıxanda təəssüf etməsin və
əlinə dünya malı gələndə fərəhlənməsin. («Hədid» 23).
Zahid insanı onun ruhiyyəsi və həyatından yaxşıca tanımaq olar. Elə bir şey
yoxdur ki, onu gizlətməy olsun. dünyaya bağlanmadan Allahdan halal ruzi istəyib
çalışan adam dünya malını əldə etmək üçün gecə və gündüz bilməyən insandan tamam
fərqlənir. İnsan vücudunun yönümləri çox vaxt uyğun gəlmir. İbadət və zöhd
yarananda insan siyasi və ictimai qalmaqallardan uzaq dayanır. Digər tərəfdən
siyasət meydanı özü də təbii şəkildə təqvadan uzaqlaşır. Zöhd və siyasəti bir
araya gətirmək hər insanın hünəri deyil. Həzrət Peyğəmbər (s) bunların arasında
ülfət yaratdı. Belə ki, ibadət mehrabında da onun məqamına abidlər, döyüş və
siyasət meydanında qəhrəmanlar heyran qaldılar. Çətinliklər zamanı onun
möhkəmliyindən dözümlülük, qüdrətli vaxtı onun səxvətindən əfv və bağışlama
xəcalət çəkir.
Həzrət Peyğəmbər (s) siyasət döyüş meydanında ən zahid insan idi. Sadə yaşar,
təm-təraqdan uzaq olardı. Onun evi barəsində nəql olunub:
«Peyğəmbər (s) elə
bir anda dünyadan köçdü ki, həsiri-həsir üstündən salmışdı» («Bihar» 16-cı
cild). Onun yeməyi barədə nəql olunub:
«Buğda çörəyi yemədi, arpa
çörəyindənsə doyunca meyl etmədi». «Dünyadan köçənə qədər süfrəsində arpa çörəyi
oldu». («Bihar» 16-cı cild). Onun evinin döşənəcəyi haqqında nəql olunub:
«Əba həzrətin xalçası idi!». Həzrət bütün vücudu ilə dünyadan üz döndərdiyini
göstərdi.
«Nəhcül-bəlağədə» yazılır: «Dünyanı kiçik və həsir sandı, bütün
vücudu ilə ondan üz döndərdi. Dünyanın adını öz varlıq səhnəsindən sildi».
ZÖHDÜN TƏSİRİ
Zöhd və dünyaya etinasızlıq insani fəzilətlərin mənşəidir. Zahid insan zülm və
təcavüzdən, Allah qarşısında üsyan etməkdən uzaqdır. Zöhd və dünyaya etinasızlıq
insanı müxtəlif bəlalardan, təkəbbürdən, məqamətpərəstlikdən və digər pis
sifətlərdən paklayır. Peyğəmbər müsəlmanların bütün işlərinə rəhbər olduğu zaman
ən zahid bir insandır. Bütün şiələr onun əlindədir və istədiyi şəkildə istifadə
edə bilər. Onun zöhdü hamı üçün, xüsusi ilə müsəlman rəhbərlər üçün bir
örnəkdir. Peyğəmbərlərin zahidanə həyatı bəşəriyyət üçün nümunəvi ölçülərdir. Bu
ölçü peyğəmbərdə elə bir şəraitdə zühur edir ki, bütün imkanlar onun
ixtiyarındadır. Belə bir anda buyurur:
«Mən öz risalətim müqavilində heç nə
istəmirəm» («Şura» 23). Rəhbərlik şəraitində öz zahidanə həyatı ilə zəif
insanlar arasında yaşayır. Bu onun xalq arasında sevilməsinin rəmzidir. Bu
xüsusiyyət müvəffəqiyyət rəmzi olub, başqalarına təsir edir. Peyğəmbərlərin bu
sayaq həyatı xalqın dilində gəzir. Bu işdə xalq özü hakimdir. Çünki bu zahidliyə
özləri şahiddirlər və peyğəmbərlərdən din, həyat dərsi alırlar.
RUHANİLƏR PEYĞƏMBƏR (S) VARİSİDİRLƏR
Yuxarıda deyilənlər peyğəmbərlər və onların varislərinə aiddir. Ruhanilər isə
peyğəmbər və varislərin canişinidirlər.
«Din alimləri peyğəmbər
canişinidirlər». («Üsule-kafi» 1-ci cild). Ruhaniyyət daim ümumi imkanlara
malik olmuşlar. Bütün dövrlərdən bu imkan olsa da ondan düzgün istifadə
edilməmişdir. Ruhaniyyət özü də kiçik faydalarla kifayətlənmişdir. Amma onlar
layiqli peyğəmbər varisləri kimi xalqı cəzb etmiş, xalq da onları sevmişdir.
Xalq onların dindarlığından ilaham almış, onların düzlüyünə inanmış, onların
sadə həyat tərzinə şahid olmuşlar. Lakin bir dəstə qərbpərəst bu zahidanə həyatı
onlara çox görmüşlər və öz zəhərli dişlərini onların sadə süfrəsinə sancmışlar.
Onların haqqında böhtanlar demiş, onları din, düzlük alverində
təqsirləndirmişlər.
Bu sözlər təzə söz deyil. Keçmişlərdə nəfs və ya avamlıq üzündən ruhanilər
qınanmışlar. Ziyalılıqdan danışmış, özlərini mədəniyyət və siyasət yaradıcısı
bilmişlər. Hansı ki, bu insanlar öz gözəl və iti qələmləri ilə əslində ilahi
nemətlərə naşükürlük edirdilər. Axı ruhanilər Allahın əmanətini qorumuşlar.
Onların arasında nöqsanlar olsa da bu nöqsanları dostcasına tənqid edib aradan
qaldırmaq lazımdır. Acı söz və dildən isə heç bir nəticə gözləmək olmaz.
RƏSULULLAH VƏ SADƏLİK
İnsanda təbii cəhətdən kamillikləri özünə aid etmək istəyir var. Çox vaxt isə
insan tamam puç şeyləri kamillik kimi başa düşür. Özündə bir kamal görəndə
heyvani təkəbbür meydan sulayır: Mənim malım, mənim vəzifəm, mənim evim, mənim
maşınım, mənim elmim, mənim telefonum, mənim.....Çünki bu insan özünü bütün
işlərin başında görür. Bu sayaq mənəm-mənəmlik ruhiyyəsi bütün insanların
daxilində gizli şəkildə var.
Quran bu ruhiyyəni təhlil edir: Musa (ə)-ın dövründə öz böyük var-dövlətindən
sevinən tanınmış varlı Qarun deyirdi ki, mən bu var-dövləti öz elmimlə
qazanmışam. («Qəsəs» 78). Bel bir ruhiyyə Allaha iman gətirməmiş insanlara
aiddir. Onlar Allahı kamilliklərin mənşəsi bilmirlər. Danışarkən daim «mən» və
«biz» deyirlər. Allahı bütün nemətlərin sahibi bilən insan başqalarının yanında
özünü sadə və təvazökar aparır. «Mən» sözünü dilinə gətirmir, öz üstünlüklərini
gözə çəkmir, özünü başqalarından üstün tutmur.
Peyğəmbər (s) təvazö və sadəlik nümunəsidir. Çünki o ilahi kamilliklərin
ifadəsidir və bütün insani dəfərlər onun şəxsiyyətində təcəssüm olunmuşdur.
«Öz təvazö qanadını daim yaxınlarının ayağı altına at» («Şüəra» 215). O,
özünü başqalarından yuxarı bilmirdi, hansı ki, ən üstün insan idi. Bütün
təbəqədən olan Allah bəndələri ilə təvazö ilə keçinərdi. Allah qarşısında da
sadəliyi Allahın razılığı üçün idi.
«Allahın razılığı üçün qullar kimi
təmtəraqsız oturar və yemək yeyərdi». «Alçaqda əyləşər və oradada yatardı»
(«Bihar» 16-cı cild).
«Onun üçün hazırlaşmış oturacaq və yatağa eyb tutmazdı.
Nə döşəsəydilər, onun üzərində yatardı. Əgər bir şey döşənməsəydi də torpaq
üstünda yatardı» («Bihar» 16-cı cild).
«Təkyələnmiş halda yemək
yeməzdi». «Libasını və ayaqqabısını özü təmir edər, ev işlərinə köməklik
göstərərdi». «Yəhərsiz ulağa minər, tərkinə də adam mindirərdi» («Bihar»
16-cı cild). Yoldan keçənlərə, hətta uşaqlara salam vermək adəti idi. Salam
verməkdə kimsə onu qabaqlaya bilməzdi.
«Quru yerdə qullarla yemək yemək, əli
ilə qoyun sağmaq, bərk pambıq parçadan libas geymək, uşaqlara salam vermək onun
qaydası idi». («Bihar» 16-cı cild).
Bu nümunəvi xarakter fərdi və ictimai bəlaların əlacıdır. Məgər bizim
əksərimizdə belə eyblər yoxdurmu?! Müəyyən ictimai mövqeyə malik olan bir
çoxları uyğun işləri özləri üçün eyb bilmirmi?! Çoxumuz özümüzdən maddi baxımdan
aşağıda dayananlarla ünsiyyətdən sıxılmırmı?! Bütün bunlar heyvani hisslərə
əyilmək deyilmi?! Peyğəmbər (s) kimi yer üzünün kamil bir insanı müxtəlif
səviyyəli insanlarla sadədir. Zahirdən xoş təsir bağışlamayan bu ünsiyyətlər
səbəbindən xalq kütlələri onun ətrafına yığışır. Bu hər zaman, hamıya nümunə
olası səciyyələrdir və hamını da özünə cəlb edir.
RƏSULULLAH (S) VƏ XALQLA YAXINLIQ
Cəmiyyətin rəhbərləri, xüsusi ilə də siyasi rəhbərlər xalqdan uzaq gəzirlər. Bir
növ özlərini xalqdan yuxarı bilirlər. Bu uzaqlığın iki nöqsanı vardır. Bir
tərəfdən bu uzaqlıq tərbiyədə mühüm rol oynayan səmimiyyəti aradan qaldırır.
Digər tərəfdən qalqın rəhbərlərə öz dərdini deməyə ehtiyacı var. Əgər səmimiyyət
olmasa rəhbərlər xalqın dərdini necə bilə bilər? Bu halda böyük bir nöqsan
ortaya çıxır.
Üçüncü tərəfdən rəhbərliklə xalqın arasındakı səmimiyyət xalqı onlara bağlayır.
Bu bağlılıq olduqda rəhbərlər və xalq birləşir. Həm xalq öz çətinliklərini
asanlıqla deyir, həm də müdiriyyət tam agahlıqla öz işini yerinə yetirir. Bu
vaxt xalq hökuməti müdafiə edir və müvəffəqiyyət üçün yol açılır. Xalqla
rəhbərlik arasında fasilə artıqdca nöqsanlar da çoxalır.
Böyük ilahi peyğəmbərlərin, xüsuilə də həzrətin böyük müvəffəqiyyətlərindən bir
xalqa səmimi əlaqədir. Peyğəmbərlər öz sadəliklərinə görə xəmi rəhbər olmuşlar.
Ona görə də öz risalətlərinin icrasında daha çox müvəffəqiyyət qazanmışlar. Heç
bir rəhbər bu qədər müvəffəq olmamışdır. Allah bu müvəffəqiyyəti tərif edir:
«Salam olsun peyğəmbərlərə» («Saffat» 181).
Peyğəmbərlər arasında həzrətin yolu daha da aydındır. O, xalq arasından çıxmış
xalqla birgə dayanan dini ictimai, siyasi bir rəhbərdir. Onunla ümmət arasında o
qədər dərin bağlılıq vardır ki, onun ardıcılları bir parça eşq və əlaqədirlər.
O, ən üstün insan olsa da, özünü xalqdan artıq bilmirdi. O, möminlərlə o qədər
səmimi idi ki, onların sözünü qəbul edirdi. Allah-taala da onun bu xasiyyətini
tərif edir ki, xalqı bu sayaq dinləmək və xalqa bu sayaq etimad göstərməyin
mühakiməsi yoxdur.
«Peyğəmbər sizi yaxşı dinləyir» («Tövbə» 61).
Fərzanələr fərzanəsi olan peyğəmbərin başqalarının məsləhətinə və təcrübəsinə
heç bir ehtiyacı olmasa da onların rəyini qiymətləndirirlər, onlarla məşvərət
aparardı.
«Xalqın işlərində onlarla məşvərət et, amma qərar çıxaranda
qəlbini Mənə tapşır» («Ali-imran» 159). Ardıcılları arasında ən dərin əlaqə
yaradan ən səmimi rəhbər Rəsulullah (s) olmuşdur.
RƏHBƏRLİK EVİ
Xalqla o qədər yaxın idi ki, onu özlərindən bilirdilər. Sirlərini onunla
bölüşürdülər. Onu qonaq çağırırdılar. Cəmiyyətin ən aşağı adamı onu qonaq
çağıranda bu dəvəti açıq ürəklə qəbul edərdi. Onun evi rəhbərlik mərkəzi və
xalqın gəlib-getdiyi ev idi. Bu evdə uzun uzadı xalq yığıncaqları olardı. Onun
süfrəsi başına toplaşar söhbətləşərdilər. Hətta bu işdə o qədər ifrata vardılar
ki, həzrətin rahatlığını pozdular. Amma o kimsədən üz döndərmirdi. Bəziləri o
qədər həddi aşdılar ki, Allahdan ayə nazil oldu:
«Ey möminlər, Peyğəmbərin
dəvəti və icazəsi olmadan onun otağına daxil olmayın, dəvət ediləndə vaxtından
əvvəl gedib, yemək gözləməyin. Elə ki yemək yediniz peyğəmbərin evində
bir-birinizlə söhbətə başlamayınız. Sizin orada çox qalmağınız ona əziyyət
verir. O, isə üzə vurmağa utanır» (“Əhzab» 53). Həzrət o qədər xoş rəftarlı
idi ki, xalq onun evində toplanardı. Hansı rəhbər onun kimi xəlqidir?! Hansı
rəhbərin evi xalq üçün yığıncaq yeri olub?! Bu sayaq xüsusiyyətlərə yalnız ilahi
səfirlərdə rast gəlmək olardı.
RƏSULİLLAH (S) VƏ MƏSULİYYƏTLƏRİN QƏBULU
Peyğəmbərin həyatında nəzərə çarpan digər bir xüsusiyyət onun məsuliyyəti qəbul
etməsidir. Axı insanda rahatlığa bir meyl var. O, məsuliyyəti qəbul etməklə
başqalarına xidmətə çalışır. Əlbəttə ki, çoxları ictimai və siyasi məsuliyyəti
öz istəklərini həyata keçirmək üçün qəbul edirdilər. Hansı ki, ilahi və insani
dəyəri olan məsuliyyətin qəbulu ilahi razılıqdan ötrü başqalarına əl tutmaq
üçündür və nəfs bu işdən qaçır. Cəmiyyətə rəhbərlik peyğəmbərlərin öhdəyə
götürdüyü çox böyük məsuliyyətdir. Bu məsuliyyət çətinliklərə dözməklə,
böhtanlarla üzləşməklə, müxtəlif xalifətlərlə rastlaşmaqla həyata keçir. Bütün
dözmək üçün insana çox böyük dözüm lazımdır. İlahi peyğəmbərlər böyük dözüm
sahibi olduqlarından cəmiyyətə rəhbərlik məsuliyyətini daşıya bilmişlər.
İnsanları fəzilətlə tanış etmək yolunda zorluqlarla üz-üzə gəlmişlər.
Çətinliklərə dözərək ən yaxşı müvəffəqiyyəti əldə etmişlər. Onlar cəmiyyətə yol
göstərmək üçün öz dövrlərinin zalımları ilə vuruşmuşlar. Cəmiyyətdən zülmün
əlini kəsmək və onu nizama salmaq kiçik iş deyil. Bu işin icrası üçün böyük
dözüm və məsuliyyətin qəbuluna ehtiyac var. Həzrətin yolu bu baxımdan çox
aydındır. Quran onun bu xüsusiyyətini çox gözəl təsvir edir. O, xalqın hidayəti
üçün gecə-gündüz tanımadı. Xalqın etiqadı və əxlaqi bəlalardan, zalımların
zülmündən qurtarmaq üçün məsuliyyət hiss etdi.
«O, sizin hidayətiniz üçün
çalışır, möminlərə rəuf və mehribandır» («Tövbə» 128).
«İnadkar
günahkarların hidayətinə nə qədər çalışsan və səy göstərsən də qəbul
etməyəcəklər» («Nəhl» 37). O, hətta azğın inadkarlar və düşmənlər üçün də
çalışırdı. Onları cəhənnəm odundan qurtarmaq istəyirdi. Həzrət o qədər çox
çalışır ki, Allah onu özünü zəhmətə salmamağa çağırır.
«Quranı sənə nazil
etmədik ki, özünü bu qədər zəhmətə salasan» («Taha» 1).
Həzrətin bu yolu onun ardıcılları üçün çox böyük bir dəvətdir. Özünü müsəlman
adlandırıb vəzifəyə gəldikdə səhlənkarlıq edənlər bu yoldan dərs almalıdırlar.
Peyğəmbərin yolu beləcə nümunə olmalı, cəmiyyəti hərəkətə gətirməlidir. Bu yolun
qiyməti o zaman bilinər ki, insanlar peyğəmbərin ilahi razılıqdan başqa əvəz
gözləmədiyini bilsinlər. Ona də heç bir nəfs istəyir müşahidə edilmir. Ona görə
də cəmiyyətdə bu yolun çox böyük bir təsiri var.
RƏSULULLAH (S) VƏ DÖZÜMLÜLÜK
Böyük ilahi məqsədlərə çatmaq üçün çətinliklərə dözmək lazım gəlir. Haqq
qüvvələri ilə qarşı-qarşıya daim şeytan qüvvələri səf çəkib dayanır və ilahi
məqsədlərə mane olur.
«Elə bir peyğəmbər göndərmədik ki, Şeytan onun
istəkləri qarşısında mane yaratmasın» («Həcc» 52). Peyğəmbərin arzusu
xalqın hidayətidir. Şeytan bu arzu qarşısında müxaliflik edir və insanlar
çaşqınlıq yaratmağa çalışır. Bu daim insan və cin şeytanların hədəfi olub. Bu
fitnələrə qarşı çıxmaq üçün mübariz və möhkəm bir ruhiyyə lazımdır. Düşmənin
mədəni, təbliği və nizami hücumları qarşısında möhkəm dayanmaq, çətinliklərdən
qorxmamaq gərəkdir. Düşmən ifşa edilməli, onun fitnələri öz əleyhinə
tamamlanmalıdır. Dinin yüksəliş haqq qüvvələrin fədakarlığı ilə mümkündür.
Peyğəmbər (s) Mədinəyə hicrət edəndə müsəlmanlar qüdrətə çatdılar. Onun
göstərişi ilə əbu Süfyanın ticarət karvanını tutmaq üçün Mədinədən çıxdılar.
Burada məqsəd ələ qənimət keçirilməsi idi. Lakin Allah-taala elə müqəddər etdi
ki, müsəlmanlar Məkkədən karvanı qarşılamaq üçün gəlmiş silahlı dəstə ilə
qarşılaşdılar və vuruş başladı. Bu vuruşda müsəlmanlar əzəmətə çatdılar və əbu
Cəhəl, Utbə, Şəybə kimi Qüreyş başçıları xar oldular. Təqribən yetmiş nəfərin
ölümü və bir o qədərin də əsir olması ilə kafirlər acı bir məğlubiyyətə
uğradılar.
Peyğəmbər (s) və müsəlmanların bu fədakarlığı islamın əzəmətinə və haqqın
qələbəsinə səbəb oldu. Allah-taala cəbhədə mətanət ətası ilə dinə yardım edir.
«Yada sal o zamanı ki, Allah iki karvandan birini sizə vədə verdi. Siz
silahsız bir karvanla qarşılaşmaq istədiniz. Lakin Allah haqqı möhkəmlətmək və
kafirlərin kökünü qorparmaq istədi» («ənfal» 7). Ona görə də sizi silahlı
karvanla qarşılaşdırdı. Allah-taala möcüzə ilə də kafirləri məhv edə bilərdi.
Lakin insanların imtahanı üçün bu iş onların əli ilə həyata keçməli və onların
dözümlülüyü aşkara çıxmalıdır. Din haqq qoşununun dözümü ilə əbədidir.
«Əgər
Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, sövmələr,
kilsələr, məbədlər, Allah adı zikr edilən məscidlər uçulub dağılmışdı»
(«Həcc» 2).
Din müdafiə və cihadla möhkəmlənər. Quran düşmənlə qarşılaşmaq üçün möhkəm
dözümlü olmağı tapşırır. Dözümlülük olmasa, ilahi hədəflər həqiqətə çevrilməz.
«Polad iradəli peyğəmbərlər kimi səbr et» («əhqaf» 35). «Məmur olduğun
kimi müqavimət etməlisən» («Hud» 11-ci cild).
Rəsulullah (s) Allahın göstərişi ilə ilahi məqsədlər uğrunda o qədər mübarizə
apardı ki, ondan tez qocalmasının səbəbi soruşulanda buyurdu: «Hud» surəsinin
müqavimət göstərişi verən ayəsi və «Vaqeə» surəsi məni qocaltdı.
(«Nurus-səqəleyn» 2-ci cild). Həzrətin (s) həyatı və mübarizəsi hamı üçün haqq
yolda mübarizə dərsidir. Rəsulullah (s) düşmənin fitnələrinə, yeni quruluşun
çətinliklərinə, cəbhə və cihadın çatışmazlıqlarına, yaxınlarının ölümünə,
vətənin fərağına o qədər dözdü ki, dözümün fövqünə yetdi. Bu Quranın göstəriş
verdiyi həmin gözəl səbrdir. «Kafirlərin əziyyətlərinə mətanətlə səbr et»
(«Məaric» 5).
RƏSULULLAH VƏ FƏDAKARLIQ (TƏHLÜKƏLƏRİN QƏBULU)
Böyük məqsədlər yolunda böyük də təhlükələr olur. Bir qism insanlar bu
təhlükələrdən qorxurlar. Təhlükələr qoynunda böyümüş cəsur insanlar isə böyük və
təhlükəli məsuliyyətləri qəbul edirlər. Hədəflər böyüdükcə təhlükələr də
böyüyür. Peyğəmbərlər cəmiyyətdə ən böyük etiqadi və ictimai-siyasi
dəyişikliklər yaratmışlar. Sözsüz ki, ən böyük müxalifliklər və vuruşmalar da
onların qarşısına çıxmalı idi. Çiynində bəşəri risalət yükü olan peyğəmər
etiqadi və siyasi yönümdən dərin dəyişikliklər həyata keçirdi. Bu yolda böyük
təhlükələrlə qarşılaşdı. Məkkədəki on üç ildə düşmənin istehza və acı
sözlərindən əlavə «Ləylətül-mobit» kimi bir fitnən peyğəmbəri izləmişdi. Həzrət
(s) bütün bunlardan qorxmadı.
Mədinədə olduğu on ildə şəxsən başçılıq etdiyi 27 və 50 döyüş baş verdi. Özünün
başçılıq etdiyi bəzi döyüşlər xüsusi ilə təhlükəli idi. Bədr, Ühüd, əhzab,
Xeybər, Hüneyn kimi döyüşlərdən həzrətin (s) mətanəti və ətrafdakıların
vəfadarlığı olmasaydı, yeni yaranmış islam cəmiyyəti süqut edə bilərdi.
Həzrət (s) Allahın buyurduğu ilə ən qorxulu təhlükələri də qəbul etməli idi:
«Allah yolunda vuruş, səndən başqası bu işə vəzifəli deyil» («Nisa» 84).
«Həzrət (s) özündən əvvəl və özündən sonra kimsənin məsul olmadığı bir vəzifəyə
məsul oldu» («Nurus-səqəleyn» 1). Çünki kimsə bəşəri bir risalətə məsul
olmamışdır. Elə ona görə də ən böyük təhlükə ilə qarşılaşmalı idi. O, adi bir
qoşun başçısı deyildi ki, kənarda dayanıb əsgərlərə «irəli» əmrini versin. O,
döyüşün ən qanlı ocaqlarında düşmənə qarşı şəxsən döyüşürdü.
O, cəbhənin ön xəttində idi. Öz şücaətləri ilə düşməni qorxudan mübarizlər çətin
məqamlarda həzrətə sığınırdılar. Əli (ə) buyurur:
«Elə ki, düşmənlə üz-üzə
gəldik və döyüş çətinləşdi, həzrətə sığınırdıq». Bədr, Hüneyn, Xeybər fatehi
əli (ə) etiraf edən zaman digər döyüşçülərin halı aydın olur. Bir həqiqət aydın
olur ki, heç bir insan ilahi məqsədlərin həyata keçməsində peyğəmbər tək özünü
təhlükəyə salsın.
«Ən çətin günlərdən olan Bədr günündə biz peyğəmbərə sığınardıq və o,
düşmənə hamıdan yaxın olardı». «Düşmənlə üz-üzə dayananda və döyüş qızışanda
peyğəmbərə sığınardıq, düşmənə ən yaxın peyğəmbər olardı».
Ühüd döyüşəndə peyğəmbərin əmrindən çıxandan sonra əksər müsəlmanlar qaçdılar.
Peyğəmbərin ətrafında çox az adam qaldı. «Müsəlmanların məğlub olduqları bu
döyüşdə peyğəmbər və onun ətrafında əli, Təlhə, Zübeyr qalmışdı». («Tarixe
Yəqubi» 1). Cəmiyyətdə böyük ilahi məqsədləri həqiqətə çevirən peyğəmbərin
fədakarlığı idi. Bu fədakarlıq o qədər təsirlidir ki, misli görünməmişdir. Bu
həmin cahil bütpərəst və alçalmış müvəhhid xalqdan tərbiyələnmiş üsul idi.
Peyğəmbərin özünü təhlükəyə atması haqq yolda dözüm göstərən ardıcıllar üçün
nümunə idi. «Məhəmməd Allahın elçisi və onun tərəfdarları kafirlərə qarşı
barışmazdır».
əlbəttə ki, özünü təhlükəyə salmaqla yanaşı həzrət qorunma tədbirləri də
görürdü. Çünki peyğəmbər kimi bir şəxsiyyətin vücudu düşmənin süqutu və haqqın
qələbəsi üçün olduqca dəyərli idi. Bu qorunma həm də başqalarına lazım idi.
Təhlükəni qəbul etmək dedikdə nəzərdə bu tutulur ki, şücaətli ruhiyyə ilə qəti
mövqeyə malik idi və öz mövqeyinin təhlükələrini qəbul edirdi. Bununla yanaşı
düşmənin ona qarşı fitnələrindən həmişə xəbərdar idi.
RƏSULULLAH (S) SƏYLƏR VƏ QURUCULUQ
Zöhd haqqında danışılanda aydın oldu ki, zöhd vəzifədən qaçıb bir guşədə süst
dayanmaq deyil. Bir guşəyə çəkilib, quruca ibadətlə məşğul olana zahid deyilməz.
Zöhd haqqında belə bir fikir yanlışdır. Zöhd dünya malına bağlı olmamaqdır. Ona
görə də çalışqan, həm də zahid ola bilər. Bu ilahi bir göstərişdir.
«O həmin
Allahdır ki, torpağı sizin üçün ram etdi. Lakin halal ruzi qazanmaq üçün onun
çiyinlərinə süvar olmalısınız» («Mulk» 15). Çalışın, səy göstərin, qurun,
əkin-becərin, heyvandarlıq edin, mədən çıxarın və s.
Peyğəmbər (s) həm ən zahid, həm də ən çalışqan insan idi. O, çalışaraq
cəmiyyətin ictimai rəhbərliyinə yüksəlmişdi. Quran onun çalışqanlığını belə yad
edir:
«Gün uzunu çox get-gəlin var» («Muzzəmmil» 7). Gün uzunu çalışmaq
onun rahatlığını əlindən almışdı. Hətta istirahət üçün macal da tapmırdı.
(«Bihar» 16). Dini göstərişdə deyilir ki, əgər qiyamət qopacaqsa, bacarırsınızsa
sizlərdən birinizin əlində olan ağac nihalını əkməlisiniz və bilin ki,
mükafatınız olacaq. Bu göstəriş quruculuq haqqındandır. İmamların bağçılıq və
əkinçiliyi, əlinin (ə) Kufə kənarında quyular qazması dilbədil gəzir.
Zöhd dəvət edən din deyir:
«Hər kəs öz əl zəhməti ilə dolanışığını təmin
etsə, Allah yolunda vuruşan adam kimidir» («Vəsail» 12). Həmin din deyir:
«Hər kəsin torpağı və suyu ola-ola başqasına möhtac olsa, Allahın rəhmətindən
uzaqdır» («Vəsail» 1-ci cild). Müsəlman öz zəhməti və birliyi ilə ruzi
qazanmalı, başqalarına möhtac olmamalıdır. Bu quruculuq işlərinə göstərişdir.
İslam ümməti hər cəhətdən özünü təmin etməyə sövq edilir. Bu yolda din
rəhbərləri nümunə seçilməlidir.
Rəsulullahın (s) həyatının müxtəlif məqamları araşdırılanda aydın olur ki,
həzrət (s) ibadət və şəxsi işlərdən qalan vaxtını ya idarə işlərinə, ya cəbhəyə,
ya hakimliyə, ya risalətin elanına sərf etmişdir. Onun bəhrəli həyatının bir anı
da səmərəsiz keçməmişdir.
RƏSULULLAH (S) AĞIL NURU VƏ GÜZƏŞTƏ GETMƏ
Qeyd olundu ki, böyük məsuliyyətlərə dözmək üçün insanda böyük dözüm, tutum
lazımdır. Rəsulullah (s) məsuliyyəti isə ən çətin ictimai, siyasi və icrai
məsuliyyət idi. Çünki bəşər həyatının müxtəlif sahələrinə rəhbərlik onun
öhdəsində idi. Həzrət (s) uyğun məsuliyyətə dözə biləcək bir tutuma malik olmalı
idi. Onun ağıl nuru bütün dəyərlər üçün güzgü olmalı idi. Cəmiyyətə rəhbərlik
çox böyük hadisədir və onun gerçəkləşməsi üçün ağıl nuru əsas şərtdir. Ona görə
də cəmiyyətə rəhbərlik məsuliyyətini peyğəmbərin çiyininə qoymuş Allah-taala
onun tutumu və ağıl nuru haqqında belə buyurur:
«Məgər biz sənin köksünü
açıb genişləndirmədikmi?!» («Şərh» 1). Həmin bu ağıl nuru və tutum Quran
kimi bir vəhy maarifini qəbul etdi. Həmin bu ağıl nuru növbənöv döyüşlərlə
cəmiyyətə rəhbərliyi öhdəsinə götürdü. Həqiqətə uyğun düzgün mövqe seçməklə hamı
üçün nümunə olası dəyərləri rəhbər tutdu.
Peyğəmbər ağıl nuru və kamil tutuma malik olduğu üçün cəmiyyətə rəhbərlikdə
düzgün mövqe tuta bilmişdi. Din hüquqları qarşılıqlı şəkildə gözlənilməsini
göstəriş versə də, bəşər həyatında büdrəmələr olur. Əgər bir adam səhv edirsə və
onun bu səhvi bir başqasının hüququnu tapdayırsa, büdrəyən adamla hansı formada
rəftar olunmalıdır? İntiqam almaqlamı, yoxsa bağışlamaqla? İmkan olan yerdə
bağışlamaq qəlblərin yumşalmasına, insanların ilahi dəyərlərə yaxınlaşmasına
bais olur və bu ən yaxşı yoldur. Allah-taala da bağışlamağı üstün
qiymətləndirir. Amma bu bağışlamağın səbəbi insanın zəifləməyi olmamalıdır və
eləcə də bu bağışlama günaha rəğbətləndirməlidir.
«Məgər bilmirsən ki,
göylərin və yerin hökmü Allaha məxsusdur. O, istədiyinə əzab verir, istədiyini
bağışlayır. Allah hər şeyə qadirdir» («Maidə» 40).
Peyğəmbərin (s) həyatı həm fərdi, həm ictimai, həm də siyasi cəhətdən bir
dərsdir. Peyğəmbər (s) ilahi göstəriş əsasında bağışlamağı əsas götürmüşdü:
«Əfv və bağışlamağı əsas götürür və yaxşı işlərə rəğbətləndirir» («Əraf»
199).
«Onların səhvlərini bağışla, xoş üzlü və dözümlü ol ki, Allah
bağışlayan və xeyirxah insanları dost tutur» («Maidə» 13). Peyğəmbər onun
haqqını tapdalayanların fərdi hüquqlarında cəza və tənbehə yol verməzdi.
«O,
kimsədən öz şəxsi haqqına görə intiqam almazdı. Bütün xəta edənləri
bağışlayardı» («Bihar» 66). Bu hadisələr zamanı peyğəmbər cəmiyyətə rəhbər
idi və ona qarşı çoxlu səhvlər buraxılırdı. O, müxtəlif fikirli insanların –
müşriklərin, kitab əhlinin mövqelərinə dözər, hətta müəyyən zamanadək onlara öz
fikirlərinin təbliği üçün imkan verərdi. Ən qatı düşmənlərini belə lazım gələndə
bağışlayardı.
əbu Süfyan bir ömür peyğəmbərlə düşmənlik etmiş, onun əleyhinə Ühüd, əzhab kimi
döyüşlərə rəhbərlik etmişdi. Hətta Mədinədə də müsəlmanlara qarşı fitnələr
qurmuşdu. Düz iyirmi il islamla düşmənçilik etmişdi. Hicri səkkizinci ildə Məkkə
fəth edildi və bütpərəstlər süquta uğradı. Küfr başçıları peyğəmbərin
hakimiyyəti altına düşdülər. Onların hər biri peyğəmbərin onlara qarşı necə
rəftar edəcəyini gözləyirdilər. Bir dəstə insan
«Bu gün döyüş və intiqam
günüdür» şüarını verəndə peyğəmbər tərəfindən «Bu gün rəhmət günüdür»
buyuruğu ilə ümumi əfv elan olundu. Düşmənlərə «gedin hamınız azadsız» deyildi.
Bu ümumi əfv elan olunanda artıq əbu Süfyandan bir qorxu yox idi. Bu bağışlama
çoxlarının qəlblərini yumşaltdı və ilahi dəyərlərə rəğbətləndirdi. Bu bağışlama
məqamını seçmək rəhbərdən böyük düşüncə tələb edir.
«Əfv daim insanın
izzətinə səbəb olur» («Üsuli-kafi» 1-ci cild). Əlbəttə ki, bu bağışlama
yersiz deyildi.
Peyğəmbər (s) əmisi Həmzənin qatili Vəhşini Məkkənin fəthindən bir müddət sonra
bağışladı. Ona buyurdu:
«Mənim gözümə görünmə». Aydındır ki, Vəhşi çox böyük
cinayət etmişdi və onu bağışlamaq həzrət üçün çox çətin idi. Həzrət (s) Taif
döyüşü əsirlərindən altı min nəfərini bir dəfəyə bağışladı. Bütün bu güzəştlər
insanların qəlbinə təsir edirdi və daim onun əzəmətini ucaldırdı. Siyasi və
ictimai rəhbərlikdə ondan nümunə götürülməlidir.
AĞIL NURUNUN SƏMƏRƏSİ
Doğru bir müdiriyyət və rəhbərlik yaratmaq üçün insanın tutumu, ağıl nuru mühüm
rol oynayır və xeyli səmərəlidir. Ağıl nuru müxaliflərin və biganələrin haqqa
yaxınlaşmasına, fikir oyanışına səbəb olur. Ağıl nuru və müdrik baxış
başqalarını dəyərləri qiymətləndirməyə, quruculuğa həvəsləndirir. Rəhbərin ağıl
nuru onu səmərəsiz fəaliyyətlərdən çəkindirir, ictimai qüvvələrin təşkilinə
səbəb olur. Bu xüsusiyyətlərə görə insanların büdrəmələri bağışlanır. Nəhayət,
ağıl nuru təxribatın və qüvvə itkisinin qarşısını alır, qüvvələri mütəşəkkil
formada hədəfə doğru yönəldir.
RƏSULULLAH (S) MÖHKƏMLİK VƏ QƏTİYYƏT
Qeyd olundu ki, gözəl əxlaqın ölçüsü ilahi sifətlərdir!
«O insan gözəl əxlaq
və nümunəvi həyata malikdir ki, ilahi sifətlərlə bəzənsin». Peyğəmbər (s)
bir nümunəvi insan, ilahi sifətlərin ifadəsi idi. Allah-taala bağışlayan və
mərhəmətli olmaqla yanaşı, həm də böyük əzab sahibidir:
«Bəndələrimə xəbər
ver ki, Mən, həqiqətən bağışlayan və rəhm edənəm! Eyni zamanda əzabım da çox
şiddətlidir» («Hicr» 49-50).
Peyğəmbər (s) ilahi sifətlərin,
«kafirlərə qarşı sərt, bir-birinə isə
mərhəmətli» ayəsinin ifadəsidir. O, lazım gələndə mərhəmətli bir insan
olduğu kimi, bəzən də aşkar qətiyyət göstərirdi. Əgər həzrət (s) əbu Süfyanı
bağışlayırdısa, demək, artıq əbu Süfyan qorxulu deyildi. Hansı ki, onun
bağışlanması bir çox müşriklərin islama qayıtmasına səbəb oldu. Amma elə ki,
qətiyyət göstərilməsi daha səmərəli olur, bu vaxt həzrət (s) tərəddüd etmədən
qətiyyət göstərir.
əgər dində qılınc vardırsa, uyuğun şəraitdə işləməlidir. Bu qılınc insan
öldürmək üçün deyil. Din qılıncı cərrah bıçağı tək paklana bilməyən və
başqalarını da paklanmağa qoymayan çirkinlikləri kəsib atır.
«Əhd
bağladıqdan sonra andlarını pozsalar və dininizi yamanlayıb təhqir etsələr,
onların başçıları ilə vuruşun» («Tövbə» 12).
«Ey Peyğəmbər, kafirlər və
münafiqlərlə cihad et, onlarla tünd rəftar et» («Təhrim» 9). Bu qətiyyət və
tündlük küfr və nifaqa qarşıdır. Rəsulullah (s) zərurət zamanı bu göstərişlərdən
istifadə edir və küfr başçıları ilə sərt rəftar edərdi.
Rəsulullah (s) Məkkənin fəthi zamanı Əbdüllah ibni Səd, Əbdüllah ibni Xətl,
Fərtəna, Qərəynə, Həvirəs ibni Nəqid, əkrəmə, Həmzənin qatili Vəhşi kimi
fitnəkarların qətlin göstəriş verdi. Eyni zamanda ümumi əfv elan olunmuşdu.
Tarixə əsasən Bəni-qərizə döyüşündə düşmədən altı və ya yeddi yüzünü şəhər
meydanında boynu vuruldu. Hansı ki, Peyğəmbər (s) altı min əsiri birdəfəyə azad
etmişdi.
Hicaz yayının şiddətli istisində, eləcə də iqtisadi çətinlik şəraitində
Peyğəmbər (s) öz ümmətini rumlularla Təbuk döyüşünə hazırladığı bir vaxtda bir
dəstə münafiq müxtəlif bəhanələrlə xalqı döyüşdən çəkindirir.
«Deyirlər ki,
yayın bu istisində cəbhəyə getməyin. De ki, cəhənnəmin istisi daha yandırıcıdır»
(«Tövbə» 81). Bir dəstə münafiq bir yəhudinin evində toplanaraq
müsəlmanları döyüşdürməkdən çəkindirmək üçün yol axtarırdılar. Həzrət (s) bu
qurğudan xəbər tutur. Təlhə ibni Übeydullahı bir dəstə adamla göndərir ki, həmin
evi oda çəksinlər.
Döyüşə hazırlıq getdiyi bir vaxtda münafiqlər təfriqə salmaq üçün məscid tikməyə
başlayırlar. Məscid tikiləndən sonra onun açılışı üçün Peyğəmbəri dəvət edirlər.
Həzrət (s) döyüşə hazırlıq görüdüyü üçün üzürlü olduğunu söyləyir. Təbuq
səfərindən sonra yolda ikən Allah-taala Peyğəmbəri agah edir ki, həmin adamların
məqsədi məscidi tikmək yox, təfriqə mərkəzi yaratmaqdır.
«Müsəlmanlar
arasında təfriqə salmaq, Allah və Peyğəmbərlə vuruşmaq üçün məscidi seçənlər and
içirlər ki, məscidi tikməkdə xoş məqsədimiz var. Allah and içir ki, onlar yalan
deyirlər» («Tövbə» 107).
Özünüz fikirləşin, münafiqlər dini mərkəzi hansı məqsədlə tikirdilər və
Allah-taala hansı səbəbləri göstərir – küfr, təfriqə mərkəzi və Allaha,
Peyğəmbərə qarşı müharibə ocağı. Hətta xalqı aldatmaq üçün açılış mərasiminə
həzrəti də dəvət edirdilər. Həqiqətən Peyğəmbər özü onların işini bəyənir. O
zaman ki, onların alçaq niyyətindən xəbər tutur, göstəriş verir ki, məscid
sökülsün.
Bütün bunlar Peyğəmbərin kafirlər və münafiqlərə qarşı qətiyyətini göstərir.
Məscid adı ilə fitnə mərkəzi tikənlərin kökünü kəsir. Peyğəmbərin kafirlərlə
belə rəftarı böyük dərsdir. İslami ümmət üçün, xüsusi ilə islami rəhbərlər üçün
deyilənlər nümunədir. Bu üsul islam ümmətini birləşdirir yeni rəhbərlik üsulu
ortaya çıxardır. Peyğəmbərin (s) bu qətiyyətinin təsiri ilə müsəlman ümmət
birləşir və tam qüdrətlə dünya kafirləri ilə üz-üzə gəlir. Həzrət bir çox
rəhbərlərə məktub göndərərək onları həqiqətin qəbuluna çağırır. Hətta o dövrün
zorluları olan Rum və İran imperatorlarına yazır ki, ya haqqı qəbul edib islama
gəlin, ya da sizinlə vuruşacağıq. Bu nümunələrdən aydın görünür ki, islam rəhmət
dini olsada, heç vaxt fəsada qarşı yumşaqlıq göstərmir. İmkan verilir ki,
münafiqlər müsəlmanlara hakim olub, onların azadlığını hədələsinlər.
RƏSULULLAH (S) VƏ ƏDALƏTİN MÖHKƏMLƏNMƏSİ
Peyğəmbərin həyatında aydın görünən ictimai əsaslardan biri insanların
hüquqlarına riayyət və ədalətin gerçəkləşməsidir. O, çox səy göstərirdi ki,
ilahi quruluş çərçivəsində, ictimai münasibətlərdə kimsənin ən kiçik hüququ belə
pozulmasın. Haqların qorunması ilə ədalətin möhkəmləndirir. Çünki ədalətin əsil
mənası insan haqlarının qorunmasıdır. Ədalət bu deyil ki, hamı eyni imkana malik
olsun. Bir insan imtiyaza malik olduğu üçün daha artıq hüquqa malik ola bilər.
Bu halda bərabərlik yaratmaq özü də zülmdür. Məsələn, sinifdə müxtəlif şagirdlər
iştirak edir. Əgər müəllim şagirdləri müxtəlif hazırlıqlarına görə fərqli
qiymətləndirirsə bu özü ədalətdir. Amma fərq qoymadan hamını eyni cür
qiymətləndirmək zülümdür. Mümkündür ki, imtiyaz olmadıqda bərabərlik ədalət
ölçüsü olsun. bu hala Peyğəmbərin həyatında da təsadüf edilir. Həzrət
məclisdəkilərə baxarkən öz nəzərlərini bərabər bölərdi.
«Rəsulullah (s) öz vaxtını əshab arasında bərabər bölər və hamıya eyni cür
baxardı». Lakin ləyaqət və xidmət baxımından həzrət bu keyfiyyətləri ədalət
ölçüsü götürərdi. Həzrətin xidmətinə təam gətiriləndə onu bütün süfrədə
oturanalara bərabər bölərdi. Lakin bu təam hamıya çatmayacağı təqdirdə onu daha
çox ehtiyacı olanlara verər və başqalarından üzr istəyib, buyurardı:
«Daha
çox ehtiyaclı olduqları üçün onlara verdim» («Bihar» 16). O, öz risalətinin
icrasında çalışar, ögey münasibət göstərməz, kimsənin hüququn pozmazdı.
Müsəlmanların işləri, beytül-mal onun ixtiyarında idi və bu büdcə təyinatı üzrə
sərf olunmalı idi. Həzrət (s) çalışırdı ki, ehtiyaclı insanlar varkən pul yerdə
qalmasın.
Həzrət (s) hansısa bir ehtiyaclını ona müraciət etməsini gözləməzdi. Özü
belələrini arayıb-axtarardı.
«Hara xərclənməsi bilinməyən bir pul olanda və
gecə düşəndə həzrət (s) ehtiyaclı bir adam tapmayınca evə qayıtmazdı».
Hüquqların təmini üçün həzrətin bu qədər çalışması öyrədir ki, cəmiyyətə
rəhbərlik edən şəxsin öhdəsinə necə böyük bir məsuliyyət düşür. Həzrət (s) xalqa
tapşırardı ki, fəryad çəkməyə gücü olmayanların istəklərini ona çatdırsınlar.
«Öz ehtiyaclarını bildirməyə qadir olmayanların istəklərini mənə çatdırın»
(«Bihar» 16).
Bu elə bir meyarın təcəllisidir ki, heç bir məramda yoxdur. Bu elə bir məramdır
ki, başqalarına laqeyil olanları dindən kənar elan edir.
«Müsəlmanların
işlərini qaydaya salmaq barədə düşünməyən kəs müsəlman deyil» («Üsule-kafi»
2-ci cild). Həzrət (s) beytül-mala elə nəzarət edirdi ki, oradan bir iynə də
itməsin. Hüneyn döyüşündə müsəlmanlar xeyli qənimət ələ keçirdilər. (İyirimi
dörd min dəvə, qırx min qoyun və s.). Əqil ibni Əbu Talib icazəsiz olaraq bir
iynə götürmüşdü. Birdən nida olundu ki, hər kəs qənimət nə götürübsə, geri
qaytarsın, hətta iynə də olmuş olsa. Əqil iynəni həzrətə verdi o, da alıb
qənimətin üstünə atdı. Həzrət yanındakı dəvənin tükündən qoparıb, xalqa
göstərərək buyurdu:
«Mənim qənimətdən, hətta bu tükdən payım beşdən birdir».
Həzrət ümumi büdcəyə belə məsuliyyətlər yanaşardı.
Həzrət (s) vəfatı ilə nəticələnən xəstəlik zamanı xəbər tutur ki, ixtiyarında
bölüşdürülməmiş bir neçə dirhəm qalır. Adam göndərdi pulu gətirtdi. Lazımı
şəkildə böləndən sonra özünə müraciətlə buyurdu:
«Əgər bu pullar öhdəndə
qala-qala Allahın görüşünə getsəydin, nə olardı!»
Həmin xəstəlik halında dəfələrlə məsciddə söhbət etmiş, xalqdan hallıq
istəməşdi. Onlara buyurmuşdu ki,
«hər kəsin məndən bir tələbi varsa qoy bu
dünyada tələb etsin. dünyadakı qisas axirətdəkindən asandır». Bu vxat
Səvadə ibni Qeys qalxıb deyir ki, Taif döyüşündən qayıdarkən dəvəyə vurduğun
çubuq mənə dəydi. Həzrət (s) bu şəxs haqlı olmasa da (çubuq bilərəkdən
dəyməmişdi) qisas üçün hazır olduğunu bildirdi.
HƏDİYYƏLƏR
əlbəttə ki, Peyğəmbərin (s) beytül-malı bölməsi və bəzilərini islama
həvəsləndirmək üçün hədiyyələr verməsi uyğun əsasa nöqsan gətirmir. Çünki
beytül-malın ixtiyarı müsəlmanların rəhbərinin əlindədir. Bu rəhbər
müsəlmanların xeyri və dini yayılması üçün pul sərf edə bilər. Bu qərarların
ədalətə zidd olmayan meyarı vardır. Hüneyn döyüşündə ələ keçən qənimətin
bölünməsində həmin fərq aydın görünür. Necə ki, götürülümüş iynə beytül-mala
qaytarıldığı bir zamanda əbu Süfyan, Müaviyə, Hikəm ibni Hizamın hər birinə yüz
dəvə bağışlanır. Hətta bəzi qənimətlər yalnız mühacirlər arasında bölüşdürülür.
Ənsara ayrılmaması etiraza səbəb olur. Necə olur ki, qılıncından qan çilənənlərə
pay ayrılmır? Həzrət buyurur:
«Gözünüzü qoyuna, dəvəyə dikmişsiniz? Sizin
üçün bəs deyilmi ki, hamı evinə qoyunla, dəvəylə qayıtdığı halda, siz evinizə
Rəsulullahla (s) qayıdırsınız?!» («Sireyi ibni Hişam» 5).
Bəzi acıdil münafiqlər bu bölgüyə görə həzrəti ədalətsizlikdə günahlandırdılar.
Həzrət (s) narahatlıqla bildirdi ki, məndən ədalət yoxdursa, bəs kimdə var?!
Rəhbər öz məsləhətinə uyğun beytül-malı islam və müsəlmanların xeyriən sərf
edirsə, etiraz üçün yer qalmır. Beləcə, Rəsulullah (s) hökumətində risalətin
digər mühüm hədəfi olan xalqın ədaləti gözləməsi kamil surətdə gerçəkləşdi.
RƏSULULLAH (S) VƏ İNSANPƏRVƏRLİK
İnsanın daxilində iki meyl mövcuddur – fitrətin nura doğru meyli və insan
təbiətinin hakimliyə, düşmənçiliyə meyli. İnsana daxildən və xaricdən bu iki
meyl yol göstərir. Daxildən ağıl və xaricdən Allah-taala və peyğəmbərlər onu
fəzilətə səsləyir. Beləcə, daxildən nəfs və xaricdən ins-cinn şeytanlar onda
vəsvəsə yaradır. «Şəms» surəsində buyurulur: «Günah və təqvanı tanıma insanın
daxilində qoyulmuşdu.
İnsanlar arasında düşmənçilik toxumu səpən insanın özünəpərəstiş təbiətidir.
Əksər təfriqələrin səbəbi həmin bu səbəbdir. Bəşəri ixtilafların iki səbəbi
vardır: Birincisi əqidələr, ikincisi hüquqlar arasındakı fərqlərdir. Hər iki
yönümdə insanın özünəpərəstişi mühüm rol oynayır. Bu ixtilaflarda hakim
peyğəmbərlərdir. Peyğəmbərlər meyllərin tarazlığına müvəffəq olduqları üçün
cəmiyyəti qurmaq iqtidarındadırlar. Onlar özünsevər bir cəmiyyətdən insanpərvər
cəmiyyət tərbiyə edirlər. Peyğəmbərlər özbaşnalığı cilovlamaqla fitrəti
çiçəkləndirdilər. Fitrətin bərəkətindən cəmiyyətdə təravət və səmimiyyət
yaranır. İxtilaflar ardan qalxır, hətta müəyyən hallarda ziddiyyətlər yaransa
da, peyğəmbərlərin həqiqi hakimliyi ilə ortadan götürülür. Ona görə də
peyğəmbərlərin cəmiyyəti fəzilət, sədaqət, əmanətçilik, insanpərvərliyin əks
olunduğu bir cəmiyyətdir.
Bu həqiqəti Rəsulullah (s) ən gözəl şəkildə əks etdirdi. Düşmənçilik və
qarətçiliklə fəxr edən mədəniyyətsiz, cahil və cəmiyyətdən mütəşəkkil,
insanpərvər, səmimi bir ümmət təşkil edildi. İlk ildən alovlanan müharibələr
alovu söndürüldü.
Peyğəmbər (s) vəhy göstərişləri əsasında qurduğu mütəşəkkil cəmiyyətin misli
bəşər tarixində görünmür. Bu elə bir tarixdir ki, dirsəyədək qana batan
düşmənlər əl-ələ verib dost olurlar. Müqavilə bağlanır ki, qardaşcasına dini
müdafiə etsinlər.
Peyğəmbər (s) insanları tərkidünyalıq və özünəpərəstişdən həyata və
insanpərvərliyə çağırdı.
«Hamınız birlikdə Allahın ipindən yapışın, təfriqə
yaratmayın» («Ali-imran» 103).
Peyğəmbərin (s) qurduğu cəmiyyət qeyri-müsəlmanlara hörmət qoymaqla yanaşı
müsəlmanları birliyə, qardaşlığa çağırırdı.
«Ey iman gətirənlər! Səbr edin,
dözün, hazır olun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!»
(«Ali-imran» 200). Mənsəbpərəst bir cəmiyyətdən isarlı, mərhəmətli bir cəmiyyət
yarandı.
«Özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün
tuturlar» («Həşr» 9). Müsəlmanlar bir ailənin üzvü bildirilir və buyurulur
ki,
«möminlər bir-birləri ilə qardaşdırlar» («Hücərat» 10).
Möminlərin cəmiyyəti bir ruhun hakim olduğu bədən üzvləri kimi tanıtdırılır.
Birlik, insanpərvərlik, müsəlmanlara qayğı dini bir vəzifə kimi bəyan olundu.
Peyğəmbər (s) islami ümməti parçalaya biləcək təfriqələr haqqında xəbərdarlıq
etdi. Buyurdu ki, hər kəs təfriqə yaradarsa, iman vədəsini yerə salmışdır.
(«Bihar» 27).
Rəsulullah (s) bütün mühacirlər və ənsar arasında rəsmi şəkildə qardaşlıq
müqaviləsi bərqərar oldu. dini göstərişlərin yardımıyla dini cəmiyyət
daxilindəki düşmənçilikləri ortadan qaldırdı. Sözsüz ki, müsəlmanların daxilində
olan düşmənçiliyi aradan qaldırmağa hünər lazımdır.
«Sən pisliyi yaxşılıqla
dəf et. Belə olsa, aranızda düşmənçilik edən şəxsi yaxın bir dost kimi
görərsən». («Fussilət» 34).
Həzrətin (s) təşkil etdiyi cəmiyyət sayca az olsa da, elə mükəmməl təşkil
olunmuşdur ki, onların arasına heç bir təfriqə yol tapa bilməzdi. Yalnız belə
həmdil bir ümmət böyük döyüşlərdən qələbə ilə çıxa bilər, öz ehtiyaclarını
ödəyərdi. O dövrün qüdrətləri ilə üzbəüz dayanmaq həmin bu birliyin səmərəsi
idi. Məhz həmin həqiqətdən bu günkü islam ümməti qəflətdədir və bu qəflətin
acısını daim dadır. Olsun ki, həzrət Peyğəmbərdən (s) nümunə götürməklə birlik
və insanpərvərliyimizə qayıda bildik.
RƏSULULLAH (S) VƏ AZADLIQ
AZADLIQ MƏFHUMU
Azadlıq kəlməsi hər bir insan üçün gözəl və könüləyatandır. Bu sözü eşitməklə
insanın zehnində ümid və sevinc oyanır. Demək olar ki, insanın ictimai həyatında
azadlıq ən gözəl sözdür.
Sözlərin bir çoxu bəzən oxşar, bəzən isə əks mənalar verir. Azadlıq da belə
sözlərdəndir. Bəzi sözlər bu sözlərə dərindən tanış olmayanlara deyiləndə elə
söz mənasında (hədəfi mənada) qəbul olunur. Əslində isə sözün müxtəlif işlənmə
mənaları olur. Müxtəlif işləmə mənalarına diqqət etməklə sözün həqiqi mənasını
əldə etməklə olar. Bununla belə, azadlıq sözünün mənası hamıya aydındır.
AZADLIQ GERÇƏKDƏ
1-AZADLIQ, YOXSA QUL OLMA
Azadlıq müxtəlif anlamalarda ola bilər. Onun bir mənası fərdi və həyat şəninə
uyğun qərarlarda ixtiyar sahibi olmaqdır. Bunun əks mənası qul olmaq, öz
talehini təyin etməkdə heç bir hüquqa malik olmamaqdır. Belələrinin əvəzində
ağaları qərar çıxarır. Quldarlıq əsrlər boyu cəmiyyəti sıxmış ictimai
təzahürlərdəndir. Yalnız vəhy göstərişləri və risalət bərəkti ilə bu mənfi hal
aradan qaldırılmışdır. Başqa formalarda istismarla qarşılaşsaq da, hazırda uyğun
təzahürə təsadüf olunmur.
2-ƏQİDƏ AZADLIĞI
Bu sözün digər bir mənası əqidə azadlığıdır. Bu nə deməkdir? Dini baxımdan insan
əqidəcə azad ola bilərmi? İnsan öz istəyinə uyğun, təkallahçı, büdpərəst, müşrik
və ya kafir ola bilərmi? əqidəyə münasibətdə din hər əqidəni haqq saymır.
Tövhiddən başqa bütün əqidələr yanlışdır.
«Haqdan sonra yalnız azmaq gəlir»
(«Yunus» 32). Ola bilərmi ki, insan azad olduğu üçün istədiyi əqidəni
seçsin? Bu qəbul olunası söz deyil. Çünki ilahi vəhylər və Quran başdan-başa
tövhidə çağırışlar və batil əqidələrdən çəkindirmələrdən ibarətdir. Şəri
cəhətdən hamı yekdildir və vəd olunmuşdur ki, fitri əqidə olan tövhid
çiçəkləndirilsin. Ona görə də əqidə sahəsində seçim azadlığı yoxdur.
Belə demək olar ki, əqidə sahəsində azadlığın məfhumu bir yaranmış əmridir. Yəni
əqidə zorla yaranmır. Onun başqa səbəbləri vardır. Kimsədə zorla inam yaratmaq
olmaz. Xalqı təkallahçı etmək üçün heç bir peyğəmbər əlinə qılınc götürməmişdir.
Çünki tövhid inamı qılıncla hasil olmaz. Qılınc maneəni götürmək üçündür. Tövhid
inamı dəlil, tanıma yəni ağılın qəbulu ilə yaranır. İnam cəhaləti susduran,
haqqı aşkarlayan təfəkkür və danışıqla əldə edilir. Bu azadlığın ziddi ikrah,
zordur.
Din tövhidə dəvətdə hər iki cəhəti xatırladır. Buyurur: «Dində zor yoxdur»
(«Bəqərə» 256). Eləcə də buyurulur ki, Peyğəmbər xalqı yalnız Allaha tərəf
çağırır. Əqidəni icad etməyin doğru yolu ağılabatan dəlillər, qəlbəyatan
moizələrdir ki, demək və eşitməklə hasil olur.
«İnsanların hikmət və gözəl
öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et»
(«Nəhl» 125). İlahi peyğəmbərlər xüsusilə də Rəsulullah (s) bu
göstərişlərdən faydalanaraq, tövhidi ürəklərdə cücərtmişlər.
Ona görə də peyğəmbərlər dəlil, hikmət, moizə, rəhmət gətiricisidir, qılınc
gətiricisi yox! Rəsulullah (s) bu işdə o qədər səy göstərdi ki, ona buyuruldu:
«İman gətirməyəcəklər deyə, özünü həlk edəsən?!» («Şüəra» 3). Bu yolun
sonunda üz tutulan adam gününün bütün nurunu keçirəndən sonra deyilir:
«Sizin öz dininiz var, mənim də öz dinim!» («Kafirun» 6). Çünki başqa bir
yol qalmır.
3-RƏFTAR AZADLIĞI
Azadlıq sözünün bir işləmi də rəftara aiddir. Yəni insan öz rəftarında azaddır,
yoxsa yox?! Bunun qarşılıqlı tərəfi insanın öz rəftarında məcbur olmasıdır. Bu
da etiqadi bir məsələdir. Bu məsələ müsəlmanlar, digər dinlərdən olanlar
arasında məlumdur və bir çox parçalanmaların əsas səbəbidir. Bəzilərinin
fikrincə insan öz rəftarında məcburdur və onun rəftarı Allahın əlindədir. Əgər
Allah istəməsə, insan heç cürə rəftar edə bilməz. İnsan bir iş görmək istəsə də
əli çatmaz. Çünki onun ixtiyarı yoxdur. Müsəlmanların bir firqəsi bu sayaq
fikirlərinə görə «cəbri» adlandırılmışdır.
Başqa bir dəstənin fikrinə görə insan müstəqildir və öz rəftarını öz iradəsi ilə
yerinə yetirir. Bu dəstə «mötəzilə» adlanır. Onların məramı «təfviz» kimi yad
edilir.
Lakin şiə məzhəbi imamların (ə) göstərişləri əsasında hər iki baxışı rədd edir
və belə hesab edir ki, insan öz rəftarında, işində nə məcburdur, nə də
müstəqildir. İnsanın rəftarı Allahın izni ilə insanın öz ixtiyarındadır. Yəni
Allah belə müəyyən edib ki, insanın işləri Allahın izni və insanın iradəsi ilə
yerinə yetməlidir. Çünki insan istəmədən heç bir iş ola bilməz və eyni zaman o
müstəqil də deyil. Filosofların gözəl söylədikləri kimi, insan öz rəftarında
azad olmağa məcburdur.
Bu həqiqi inam imamların göstərişlərinə əsaslanır və doğru yolu işıqlandırır.
4-İCTİMAİ AZADLIQ
Azadlığın ən çox diqqət edilən işləmi ictimai azadlıqdır. Yəni, insanın ümumi
rəftarlarda, öz baxışını bildirməkdə, siyasi çalışmalarda azadlığı. Bunun əksi
istibdaddır. Ən çox rol oynayan, ictimai-siyasi münasibətlərdə, insanlar
arasında, firqələrdə diqqət edilən məhz ictimai azadlıq məsələsidir. İnsanlar bu
sahədə azadlığa meyllidir və öz ictimai-siysi çalışmalarını həyata keçirmək
istəyirlər.
Hakim sinfi qorxuya salan elə bu azadlığın nəticələridir. Müxtəlif hökumətlər bu
azadlığa müxtəlif münasibət bəsləyirlər. Əgər hökumət xalqa arxalanırsa, belə
bir azadlıqdan qorxmur. Lakin zora güvənən hakimiyyətlər bu azadlığı təhlükə
bilir və onu hər vasitə ilə məhdudlaşdırırlar.
İlahi peyğəmbərlər xəlqi olduqlarından belə bir azadlıqdan çəkinməmişlər.
Onların siyasi quruluşu xalq üçün olduğundan zora güvənən hər bir hərəkatla
mübarizə aparmışlar. İctimai azadlıqlar nəinki peyğəmbərləri qorxutmamış, əksinə
onların ilahi amallarının gerçəkləşməsinə kömək göstərmişdir.
Bu azadlığı cəmiyyətə peyğəmbərlə hədiyyə etmişlər. Bu bütün peyğəmbərlərin
çağırışıdır ki, tağutun tələsindən qurtulun və ilahi dəyərlərə üz tutun.
«Allaha ibadət edin, tağutdan çəkinin» («Nəhl» 36).
Quranda Firon tağut simvoludur. Firon istibdadı ictimai-siyasi yönümləri
buxovlayırdı. İlahi peyğəmbərlərin vəzifəsi xalqı bu zülmdən qurtarmaq idi.
Firon xalqı mədəni zillətə sürükləyirdi. İstibdad inamları xalqa qəbul
etdirilirdi.
«Mən sizin rəbbinizəm» («Naziat» 26). «Qanun mənim
qanunumdur, xalq mənə itaət etməlidir» deyirdi. Bu məqsədə çatmaq üçün xalqı
insani, ilahi mədəniyyətdən uzaqlaşdırır, istibdad mədəniyyətinə sürükləyirdi.
«Öz qövmünü yüngül saydı, onlar da ona itaət etdilər» («Zuxruf» 54).
Çünki mədəni bir xalq istibadadı qəbul edə bilməzdi.
Musa (ə) bu istibadad qarşısında belə bir azadlıq çağırışı verir:
«Allahın
bəndələrini azad edib, mənə tapşır» («Naziat» 26). Musa (ə) xalqı insani və
ilahi dəyərlərə yönəltmək istəyir.
Rəsulullahın (s) bu yönümdə çağırışı məcburi zəncirlərin qırılmasıdır:
«Onların üzərindən ağırlıq və zəncirləri götürər» («Əraf» 156). Həzrət (s)
onları müxtəlif etiqadi və ictimai boyundurmalardan azad etdi. Rəsulullah (s)
ilahi vəhylə cəmiyyəti şirkdən tövhidə çağırdığı kimi, ictimai-siyasi yönümdə də
xalqı zülm və cəhalətdən qurtardı. İstibdad zəncirlərini qırdı, cəmiyyəti ilahi
dəyərlərə, insani mədəniyyətə çağırdı və onlara azadlıq hədiyyə etdi.
İctimai cəhətdən insanları qüdrət sahiblərinin nəfs istəklərinə itaətdən azad
etdi. İnsanlar yalnız dəyərlər qarşısında baş əydilər.
Rəsulullahın (s) mədəni cəmiyyətində xalq mədəni, ictimai-siyasi qərarların
müzakirəsində iştirak etdirdilər. İlahi siyasi quruluşda bütün cəmiyyət
dəyərlərin gerçəkləşməsində yekdildirlər. Xalq ictimai sahələrdə müdiriyyət və
siyasətdə iştirak edir, hətta rəsmi şəkildə rəhbərlə iştirak peymanı
bağlayırlar. Həzrətin əli zorluların qarşısını alır. Həzrətin çağırışı o dövrün
hakimlərinə təqdim ediləndə o qədər ağıllı və azad qəbul edirdilər ki, hamı
heyrətdə qalırdı.
AZADLIQ VƏ QANUN
İctimai azadlıq üçün iki şey daim təhlükəlidir: İstibdad və həcr-mərclik. Ona
görə də azadlıq qanuni olmalıdır ki, təminatlı və davamlı olsun. Doğru fikir
deyil ki, qanunçuluq azadlıqla ziddir və heç bir məhdudiyyət ola bilməz. Belə
bir azadlıq hərc-mərclikdir. İstibdad azadlıq üçün təhlükəli olduğu kimi,
özbaşnalıq da eyni dərəcədə təhlükəlidir. Özbaşnalığın ilki qurbanı elə
azadlıqdır. Azadlıq bünövrəli olmalıdır. Ona görə də belə demək olmaz ki,
istədiyini edən adama mane olmaq olmaz. Belə bir sual yarana bilər ki, azadlıq
necə məhdudlaşa bilər? Cavab üçün doğru bir baxışı xatırlayırıq.
Hər bir cəmiyyət müəyyən inamları əsas götürür. İctimai ənənələr bu əsaslara
azad fəaliyyət göstərə bilər. Hər bir cəmiyyətdə azadlığı çərçivəyə salan
ənənələr vardır. Tutaq ki, ictimai asayiş bir meyardır. Fərdlər və qrupların
azadlığı bu meyar pozmalardır. Kimsə «mən azadam» deyə bu asayişi poza bilməz.
İctimai əqidələrə görə bu azadlıq yox, azadlığın ziddidir. Çünki bu hərəkət
başqalarının azadlığını pozur. Kimsə
«mən azadam, başqalarının asayişini
poza bilərəm», deyə bilməz. Bu azadlıqdan pis məqsədlə istifadə etməkdir.
Dini bir cəmiyyətdə əsil hədəf ilahi və insani dəyərlərin gerçəkləşməsidir.
İctimai azadlıq da bu ilahi dəyərlər çərçivəsindən çıxmamalıdır. Azadlığın
hədləri bu dəyərlərin çərçivəsi ilə məhdudlaşır. Ona görə də bu dəyərlərə
toxunan istər fərdi və ya ümumi bir fəaliyyət dini siyasi qurum tərəfindən qəbul
olunası deyil. Çünki heç bir cəmiyyət yol verməz ki, azadlıq adı altında onu
qayda-qanunları pozulsun.
əgər dini bir cəmiyyətdə insan dəlil-sübuta baxmayaraq öz yanmış əqidəsində
qalmışsa, ona istədiyi azadlıq verilə bilməz. Çünki həmin şəxs təbliğat yolu ilə
başqalarını da yoldan çırara bilər.
Dini cəmiyyətdə ilahi dəyərlərin ziddinə yönəlmiş və ona zərbə vuran istənilə
bir fəaliyyət azad deyil. Din insanlar ictimai azadlıq verəndə günah və fitnə
azadlığını nəzərdə tutulur. Əksinə, insani dəyərlər ziddinə olan bütün
fəaliyyətlərin qarşısı alınır. Söhbət bu ilahi dəyərlərə etinasızlıq
göstərənlərin doğru yola dəvətindən və ya məsuliyyətə cəlb olunub, tənbeh
olunmasından gedir.
Azadlığı hədiyyə gətirmiş Rəsulullah (s) onu dini dəyərlərlə əsaslandırmışdır.
Yalnız bu halda insani dəyərlər qoruna bilər. Bu dəyərləri vurub keçən azadlıq
bəladır və dini cəmiyyət onunla barışmazdır. Rəhmət peyğəmbəri olan həzrət (s)
belə hallarda rəhm olunmamasına çağırır. İnsani dəyərləri tapdayan şəxs ciddi
şəkildə tənbeh olunmalıdır.
«Allaha və axirət gününə inanırsınızsa, Allahın
dini barəsində ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların
əzabına şahid olsun» («Nur» 2). Bu əmr azadlıq məhdudlaşmır. Sadəcə,
azadlıq əsaslandırılır və qanuniləşdirilir.
Rəsulullahın (s) ilahi siyasi cəmiyyətində xalq mədəni, ictimai-siyasi sahələrdə
azad şəkildə iştirak edir. Dini cəmiyyət təqva və paklığa əsaslandığından
azadlıq insani dəyərlərlə məhdudlaşır.
RƏSULULLAH (S) VƏ AİLƏ
Ailə cəmiyyətin əsasıdır. İctimai qurum ailə üzərində təşkil olur. Bu əsas nə
qədər möhkəm olarsa, üzərindəki qurum da bir o qədər davamlı olar. Bünövrə zəif
olduqda binanın qısa zamanda dağılması da labüd bir nəticədir. Cəmiyyətdə
həyatın dirçəlməsində başlıca rol ailənin üzərinə düşür. Çünki ailə tərbiyə
ocağıdır. Düzgün tərbiyə ilə cəmiyyəti diriltmək, ucaltmaq olar. Əgər ailə
düzgün rol oynaya bilməsə, tənəzzül, sıxıntı, cəhalət və kasıblıq cəmiyyəti
bürüyəcək.
Cəmiyyət üçün həyat və ümid olan din təravətli və çalışqan bir cəmiyyət qurur.
Bu cəmiyyətin əsası kimi ailə göstərilir. Din, xüsusilə də islam ailə ocağının
təşkilini tövsiyə edir və tənhalıqdan çəkindirir. Ailə qurmaq sakitlik, paklıq
kimi tanıtdırılır. Ailə qurmaqdan imtina insanın səadəti üçün təhlükəli sayılır.
«Oda giriftar olanların çoxu subaylardır» («Vəsail» 14-ci cild). Dindən
ən yaxşı bağlılıq evlənmə, ən pis ayrılıq boşanma hesab olunur.
«Allah
yanında evlənmədən əziz bir bağlılıq yoxdur» («Vəsail» 14-ci cild).
«Ən
mənfur ayrılıq ailə əsasının dağılmasıdır» («Vəsail» 15-ci cild). Din ailə
bünövrəsinin möhkəmliyini düşünür və bu bünövrəni möhkəmləndirir ki, hadisələr
selinə davam gətirsin.
AİLƏ QURMAQDA MƏQSƏD
Din ailə əsaslarını möhkəmləndirmək üçün iki mövzunu ilkin şərt bilir. Ailə
qurmaqda nəslin davamı, ictimai tarazlıq, nəfs istəklərinin təminindən əlavə bir
məqsəd ünsiyyət və ülfətdir. Belə ki, ilahi vəhy aynasında həyat yoldaşı bu
məqsədə görə müqəddəs tanıtdırılır.
«Sizin üçün onlarla ünsiyyət edəsiniz
deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq və mərhəmət yaratması
da Onun qüdrət əlamətlərindəndir» «Rum» 21). Əvəzolunmaz həyat yoldaşı ilə
yaxınlıqdan yaranan sakitlik yorğunluğun, iztirabların aradan qalxmasına səbəb
olur. Allah-taala öz zikrini və yuxunu sakitlik səbəbi bildiyi kimi ailə və
həyat yoldaşını da sıxıntıların əlacı kimi təqdim edir. Ailə yaxınlığı bir çox
iztirabların qarşısını alır.
AİLƏ ƏSASLARI
Ülfət, yaxınlıq ailənin əsasıdır. Bu əsası qüvvətləndirən hər bir amil din
tərəfindən israr olunur. Daha çox iki amilə diqqət yetirilir və bu amillər
ailənin əsası hesab olunur. Bunlardan biri məhəbbət, digəri isə güzəştə
getməkdir. Hər iki amil ülfət və bağlılığın yaranmasında mühüm rola malikdir.
İlikin rol iki həyat yoldaşının məhəbbətinə aiddir. İctimai həyat boyu
büdrəmələr çox olduğundan güzəştə getmə də mühüm rola malikdir. Çünki hər
büdrəmə, hər nöqsanın ardınca düşmək küdurətə səbəb olur. Amma hər kəs öz
səhvinə görə utanıb, qarşı tərəfi bağışlasa və öz səhvini islah etsə, nəticədə
pis olmaz. Hər ikisinin sonu ülfət və bağlılıqdır.
Allah-taala bu səbəbdən də iki əsası – ər-arvad bağlılığının bünövrəsi kimi
xatırlayır. Ər-arvad bir-birlərinə bağlı olmalı, bir-birinin nöqsanını
bağışlamalıdırlar.
«Sizin aranızda iki bağ qərar verilmişdir – biri
məhəbbət, digəri isə güzəştə getmə».
Həyatının bütün sahələri örnək olan Rəsulullah ailə qurumunda da hamı üçün
nümunədir. O, ailədə daim ülfət və məhəbbətin varlığı üçün nöqsanları
bağışlayır. Kimsə bu meyarlara həzrət qədər diqqət yetirməmişdir. Həzrət həyat
yoldaşına məhəbbəti namaza məhəbbətdən ayırmır.
«Sizin həyatınızda üç şey mənə sevimlidir: ətir, həyat yoldaşı. Amma
sakitlik namazda gözümdür» bu məhəbbət haqqında ən gözəl söz həzrətindir:
Kişinin qadın üçün ən gözəl, yaddan çıxmayan sözü «mən səni sevirəm» sözüdür.
(«Vəsail» 14-ci cild).
Rəsulullah (s) cəmiyyətin ən sıxıntı çəkən fərdlərindən olan qadınlara
mərhəmətli idi. Buyurur:
«İki dəstəyə zülm etməkdən çəkinin: Yetimlərə və
qadınlara». Həzrət həyat yoldaşına yaxşılığı fəzilətin üstün meyar bilirdi.
«Sizin ən yaxşınız ailəsi üçün yaxşı olanınızdır və mən öz ailəm üçün ən
yaxşısıyam». Həzrət öz ailəsi ilə xoş rəftar edər, zarafatlaşardı. Onların
səhvini bağışlamaqla məhəbbəti artırardı.
O, öz qadınlarını heç bir işə məcbur etməzdi.
«Mən və fəzilətsevər
ümmətimdən olanlar kimsəyə bir işi zorla icra etdirməkdən uzağıq». O, öz
şəxsi işlərini özü görər və ev işlərində yoldaşlarına kömək edərdi. («Bihar»
16-cı cild).
Həzrət soyuqluq yaradan bütün işlərdən çəkinərdi. Onun ailəsi məhəbbət dolu bir
həyat yaşayar, dedi-qodudan uzaq olardı. Hansı ki, onun bir yox, bir neçə həyat
yoldaşı vardı.
RƏSULULLAH VƏ UŞAQLAR
Bir fidana nəzər salarkən insanın xəyalında lətafət, zəriflik, təravət, sakitlik
canlanır. Bu xüsusiyyətlərin hər biri fidanın vücudunun keyfiyyətlərindən
danışır. Onun lətifliyi və zərifliyi mehr və səfanı yada salır. Onun təravəti
həyat və ümid carçısıdır. Onun elastik gövdəsi tərbiyədən, tərbiyənin qəbulundan
xəbər verir. Uşaq bir fidan kimi zərif, lətif, təravətli və şaddır. Uşaq öz
insanlıq fitrətinə yaxın olduğu üçün (yaşı ötdükcə bu məsafə artır) paklıq,
səmimiyyət, mehribançılığını saxlayır. Təravətli və şad olduğu üçün ümid və
həyatı xatırladır. Hər yana əyilə bilmək baxımından tərbiyəni həyat boyu
genişləndirir. Uşaq ilahi bir hədiyyə olaraq, sadə, zehn, fitrətlə yaranmışdır
və bütün çirinliklərdən uzaqdır. Yalnız sonrakı xarici təsirlər onu ləkələyir.
Həmin xüsusiyyətinə görə də bütün tərbiyələri qəbul etmək istedadı var. Müəllim
cavan bir ağac kimi onu istədiyi səmtə yönəldə bilər.
Buna görə də uşaq üçün tərbiyə proqramı hazırlananda onun fiziki və psixoloji
xüsusiyyətləri nəzərə alınmalıdır. Uşağın tutumunu, ruhiyyəsini bilmədən onu
düzgün tərbiyə etmək mümkün deyil. Uşaqla ünsiyyətdən olarkən onun xarakteri
araşdırılmalıdır. Bu araşdırmalardan belə nəticə çıxır ki, uşaqla mehriban,
nəvazişlə rəftar etmək onun istedadını çiçəkləndirir. Əksinə, sərt rəftar bu
istedadı puça çıxarır.
Rəsulullah (s) vəhy göstərişi ilə uşaqların xüsusiyyətlərini nəzərə alaraq
onlarla rəftar edir. O, uşaqların tutumuna uyğun şəkildə onlarla ünsiyyət
saxlayırdı. Onların fitri istedadlarını nəzərə alar, onlar əziyyət çəkəndə
narahat olardı. Həzrtə böyük səmimiyyətlə uşaqların şəxsiyyətinə hörmət qoyar,
onlarnı insni fəzilətlərini çiçəkləndirərdi. Körpələrin hərəkətlə, ağlamaqla
bildirdikləri istəklərə diqqət yetirərdi.
UŞAQLARLA EYNİLİK
Rəsulullah (s) malik olduğu şəxsiyyət və kəramətə baxmayaraq, uşaqlarla olanda
özünü onlarla eyni tutardı. Onlarla oynayar, yaxınlıq edərdi. Tövsiyə edərdi ki,
uşaqla bir yerdə olan şəxs özünü onunla eyni tutmalıdır.
«Yanında uşaq olan
adam onunla uşaq kimi davranmalıdır» («Vəsail» 5-ci cild). Həzrət (s)
nəvələri Həsən və Hüseyni çiyninə mindirər, «nə yaxşı atınız var» deyərdi.
(«Bihar» 43-cü cild). Həzrət (s) adam içində də uşaqlarla yaşıd kimi rəftar
edərdi. Əshaba buyurardı ki, uşaqlarla yaxın olun və onları qucağınıza götürün.
Həzrətin (s) çiyninə mindirdiyi uşaqlar bu işlə fəxr edərdilər. Həzrət (s)
Hüseyni küçədə uşaqlarla oynadığı zaman qucağına çağıranda Hüseyn zarafatla
qaçar və həzrət (s) onu tutanadək təqib edərdi. Həzrət (s) təkid edərdi ki,
tərbiyəçi özünü uşaqdan üstün tutmamalıdır. Uşaqla eyni uşaq kimi yaxınlıq edib,
mehribanlıq göstərməlidir.
UŞAQLARI SEVİNDİRMƏ
Həzrət (s) çalışardı ki, birlikdə oynamaq və hədiyyə verməklə uşaqları
sevindirsin. Bu barədə belə göstəriş verir:
«Öz qız övladını sevindirən adam
İsmail övladlarından bir qul azad etmiş kimidir. Öz oğlan uşağını sevindirən
adam Allah qorxusundan göz yaşı axıtmış kimidir» («Bihar» 101-ci cild).
Uşağın arzu və ehtiyacını yerinə yetirmək onun tərbiyəyə yatımlılığında mühüm
rol oynayır.
UŞAĞIN İSTƏKLƏRİ
Uşaq öz aclığını, susuzluğunu, sevinc və kədərini öz hərəkətləri, ağlaması və ya
gülməsi ilə bildirir. Həzrət (s) mehriban olduğu üçün həssas idi və uşaqların
istəklərinə diqqət göstərirdi. Oynadığı uşağın ürəyincə hərəkət etməyə
çalışırdı. Hətta səcdə halında çiyninə uşaq çıxanda səcdəni uzadardı. Namaz
zamanı uşaq fəryad çəksəydi, namazı qısa qılardı. Bunun səbəbi soruşulanda
buyurardı:
«Uşağın fəryadını eşitmirsinizmi?!» («Fürue-kafi» 6-cı
cild).
UŞAĞIN İCİDİLMƏSİNDƏN ÇƏKİNMƏSİ
Uşağın ruhunun zərifliyinə görə həzrət heç bir uşağın könlünü qırmazdı. Daim bu
məsələyə ciddi yanaşardı. Çünki uşağın qəlbinə dəymək onun vücudunda, bəlkə də,
qarşısı alınmaz izlər buraxır. Təkid edərdi ki, uşaqlarla yaxın olun. Hətta
qucağındakı uşaq onun üstünü murdarlayanda uşağı özündən uzaqlaşdırmazdı.
Buyururdu ki, uşağın sidiyindən acıqlı halda qorunmayın. «Uşaq sidiyini
qurutmayınca ona mane olmayın» («Bihar» 16-cı cild). Uşağın incidilməməsi onun
dərrakəsini artırır. Uşağın istəyini yerinə yetirəndə o, deyilənləri daha
asanlıqla qəbul edir. Sərt rəftar isə uşağın istedadını söndürür.
UŞAQ ŞƏXSİYYƏTİNİN TƏRBİYƏSİ
Rəsulullah (s) uşağın inkişafı üçün ona şəxsiyyət kimi yanaşırdı. Həzrət belə
buyurur ki, övladlarınıza hörmətlə yanaşın, onları təhqir etməyin. («Vəsail»
15-ci cild).
Böyük şəxsiyyətə malik olan həzrət (s) küçədə və bazarda uşaqlara salam verər,
onların şəxsiyyətini qaldırardı. («Vəsail» 3-ci cild). Uşağın şəxsiyyətinin uca
tutulması tərbiyə üçün faydalıdır.əksinə, şəxsiyyətin təhqiri onu
şəxsiyyətsizliyə aparır. Hansı ki, uşağın şəxsiyyətlərinin uca tutulması onun
kəramətli və fərzanə bir insan kimi tərbiyələndirir.
RƏSULULLAH (S) VƏ CAVANLAR
Gənclər öz cavanlıq dövrlərinin xüsusiyyətlərinə uyğun olaraq, həm tərbiyəyə
yatımlı, həm də yenilikçi və rəngarənclik sevərdilər. Onlar proqramlı, yekcins
həyatdan yorulurlar. Cəmiyyətin təlim-tərbiyə qurumları o zaman müvəffəqiyyət
qazanır ki, gənclərin zövqünü oxşayacaq növbə-növ proqramlar hazırlasınlar. Quru
və cazibəsiz tədbirlərdə iştirak etmək gənclər üçün darıxdırıcıdır. Bu qanın
dini quruluşda da istisna deyil. Əgər dində ruh olmasa cavanlar təbii olaraq
kənarda qalacaqdır. Əslində, bu sayaq yekcinsliyi, quruluğu din adlandırmaq
olmaz. Dinlə onun mənbəsi olan vəhydən tanış olmaq olar. İlahi vəhy isə Quran və
rəvayətlərdə əks olunmuşdur. Din özünü dinşünas adlandıran və öz şəxsi rəyinə
əsaslanan bəzilərinin düşüncəsi deyildir. Dinə birtərəfli yanaşmadan doğan
düşüncələr onu ruhsuz təqdim edir və gənclərin dindən uzaqlaşmasına səbəb olur.
Dini tanıtdıran peyğəmbərlər cəmiyyətin bütün təbəqələri ilə yanaşı addımlayır
və öz çiyin yoldaşını insani və ilahi dəyərlərlə maraqlandırırlar. Ona görə də
peyğəmbərləri cəmiyyətin təkcə bir təbəqəsi (məsələn, qocalar) əhatə etmir. Onun
ətrafında qocalar, cavanlar, qadınlar və kişilər, kasıblar və varlılar toplanır.
Bu dairədə ən çox gözə dəyən isə ictimai, iqtisadi, siyasi, hərbi sahələrdə
mühüm rol oynayan gənclərdir. Peyğəmbərlər heç zaman bu enerjili nəsli yaddan
çıxarmamışlar. Onların ətrafında cavanlar olmuşlar. Rəsulullah (s) cavanları
gözəl anlayır, onların meyllərinə diqqət yetirirdi. Həzrət onların əksər
istəklərinə, eləcə də cinsi meyllərinə diqqətli idi. Bu ehtiyacların ödənilməsi
üçün Rəsulullah (s) çox çalışırdı. Onun dövründə evlənmək olduqca asan idi və
böyük xərc tələb etmirdi. Onun cəmiyyətində dargözlük, yersiz tələblər yox idi.
Əksər cavanın evlənməsi günün bütün adi işləri kimi olduqca asan idi. Bütün
bunlra ilahi cəmiyyətdə gənclərin istəklərinə diqqətin təcəllisidir.
Rəsulullah (s) müxtəlif təbəqələr və cavanlarla məşvərət edərdi. Onların
şəxsiyyətini uca tutardı. Həzrətin özünəməxsus xüsusiyyətləri onu cavanlara
sevdirirdi və onlar müxtəlif toplantılarda iştirak edirdilər.
Rəsulullah (s) onların hisslərini, meyllərini dərk edərək, onları inandırırdı.
Heç bir gənc onun hüzurunda, onun mövqeyindən inciməzdi.
Peyğəmbər (s) bu təbəqəni nəfs izzətinə (nəfsitoxluğuna) diqqətli idi. Onlar
etiqadlı, şəxsiyyətli və özünə inamlı tərbiyə olunurdular, istedadları
çiçəklənirdi. Elə buna görə də həzrətin ən möhkəm yoldaşları ona tövhid yolunda
kömək edən cavanlar idi.
CAVANLARA TƏLİM
əgər din gənclərə bu qədər əhəmiyyət verərək,
«azğınlar sizin gənclərinizi
yoldan çıxarmamış onların sorağına gedin» deyə buyurursa, bunun səbəbi
təkcə etiqad, inam məsələsi deyil. Müxtəlif baxımlardan gənclərin təhsil alması
təkid olunur. Həzrət (s) buyurur:
«Övladlarınıza atıcılıq və üzgüçülük
öyrədin» («Vəsail» 12-ci cild). Həzrət (s) cəmiyyətin ehtiyaclı olduqları
fənnlərin qayğısına qalırdı. Hər dövrün öz ehtiyacları vardır. Dini bir cəmiyyət
vaxtlı-vaxtında bu ehtiyaclara nəzərə alaraq, sağlam əyləncələrin, idman və sair
sahələrin təşkilinə diqqət yetirilməlidir. İstedadların çiçəklənməsi üçün lazımı
şərait yaradılmalıdır.
CAVANLARA VƏZİFƏ VERMƏK
Həzrət (s) cavanlara məsuliyyət, vəzifə verərdi. Onları heç vaxt kənarlaşdırmaz,
hətta böyük vəzifələr tapşırardı. Müxtəlif ictimai məsuliyyətlərdə gənclər
iştirak edərdilər.
Həzrət (s) gənclərə o qədər inanırdı ki, vəzifədə özünün doğruldanların
istedadından tam faydalanırdı. O, gənclərə vəzifələr tapşırar və heç bir səbəb
onu fikrindən daşındırmazdı. Öz inamında ciddilik göstərirdi. Bu inam səbəbindən
həzrətin ətrafını cavanlar tutardı və onun tədbirləri cavanlar tədbiri idi. Onun
yaxınları cavanlar nəslində təşkil olunardı. Hicaz gəncləri həzrətə o qədər
məftun olmuşdular ki, öz ata-analarından, vətənlərindən əl çəkmişdilər. Onlar
çətin şəraitdə amalların sədaqətli qalmışdılar. Hətta risalətin ilk çiçəkləri
gənclər arasında cücərmişdi. Gənclər o qədər dərin inama sarılmışdılar ki, dini
tədbirləri şəhərdə keçirmək mümkün olmayanda şəhər kənarına çıxardılar.
Rəsulullah (s) böyük mədəni, ictimai, hərbi vəzifələri cavanlara həvalə edərdi.
Həzrətin Mədinəyə hicrətindən əvvəl gənc Məsəb ibni əmir mədəni və təbliği
risalətin icrası üçün Mədinəyə göndərilir. Həmin bu gənc Bədr və Ühüd
döyüşlərinin bayraqdarı olur və Ühüd döyüşündə şəhadətə yetişir.
İyirmi bir yaşlı İtab ibni əsid Məkkənin fəthindən sonra həzrət tərəfindən Məkkə
valisi kimi siyasi işlərə məsul təyin edilir. Hansı ki, səhabələr arasında ondan
yaşlıları çox idi. Bəziləri cavan olduğu üçün etiraz etdikdə həzrət qətiyyətlə
cavab verir ki, vəzifəyə təyinatda ölçü yaş yox, ləyaqət və fəzilətdir. Hər
yaşlı insan ləyaqətli olmur. Başqa sözlə, yaş böyüklük səbəbi deyil. Böyüklük
ləyaqət və fəzilətdir. Bu sözlər Məkkənin dini təbliğatçısı iyirmi altı yaşlı
Məaz ibni Cəbələ də aiddir. («Sireyi hələbi» 3-ci cild).
Eyni hal rumlulara qarşı könüllü döyüşçülərin başçısı Üsamə ibni Zeydin
təyinatında da müşahidə edilir. Könüllülər arasında yaşlılar nə qədər çox olsa
da, həzrət on səkkiz yaşlı gənci sərkərdə təyin edir. Etiraz edənlərə eyni cavab
verir. Üsamə öz atası kimi bu məqama layiqdir. Bu həzrətin üsuludur. Gənclərin
başçı təyin olunmasına görə döyüşdən yayınanlar olurdu. Əbu əyyub ənsari
belələrindən idi. qısası, həzrətin ətrafı cavanlar idi. Həzrətin buyurduğu «mənə
cavanlarla yardım edildi» sözləri həqiqətdir.
RƏSULULLAH (S) VƏ QADINLAR
Qadınlar haqqında görüşlər və onların müxtəlif sahələrdə iştirakı daim fərqli
olmuşdur. Bu fərqlər qadınlar haqqında inam və mədəniyyətlərin fərqindən
doğmuşdur. Cəmiyyətin ikidə birini təşkil edən qadınlar haqqında düzgün proqram
hazırlamaq heç bir bəşər nəzəriyyəsinə nəsib olmamışdır. Çünki düzgün bir
proqramın hazırlanması üçün qadınların ruhiyyələri, meylləri və qüvvələri
bilinməlidir. Yalnız ilahi vəhydən doğan peyğəmbər proqramlarında deyilən
şərtlər ödənir.
MƏDƏNİYYƏTLƏRİN NƏTİCƏSİ
Mədəniyyətlər fərqli olduğu üçün onların nəticələri də fərqlidir. Qadın
şəxsiyyətinin qorunması, onun azadlığı haqqında müxtəlif nöqsanlı düşüncələr
səbəbindən nəticələr ya ifrata varır, ya da üzdən keçir. Uyğunsuzluqların çoxu
oxuculara aydındır.
AZADLIQ VƏ QADINLARIN İŞTİRAKI
ən əhəmiyyətlisi budur ki, dini mədəniyyət, xüsusilə də islam mədəniyyəti qadın
şəxsiyyətini tam düzgün tanıdığı üçün onun proqramları da həqiqidir. Bu proqram
nöqsansız şəkildə onların fərdi və ictimai mövqelərini müəyyənləşdirmək gücünə
malikdir. Din qadın şəxsiyyətini düzgün tanımaqla onun üçün proqramlar
hazırlayır. Bu proqramlarda qadının həm şəxsiyyəti, həm də dini və ictimai
azadlıqları əks olunur. Rəsulullah (s) ilahi vəhydən ilhamlanaraq onların
inkişafı üçün meydan açır və onları zillətdən, təhqirlərdən, nökərçilikdən xilas
edir. Belə ki, qadınlar kişilərlə çiyin-çiyinə öz hörmətlərini qorumaqla azad
şəkildə cəmiyyətdə iştirak edirlər. Elm və biliklərə yiyələnməkdə qadının kişi
ilə bərabər olması, müxtəlif sahələrdəki müvəffəqiyyətlər qadın cəmiyyətinin
imkanlarını aşkarladı. Rəsulullahın (s) ictimai-siyasi hökumətində vəhyin
çiçəklənməsi dövründə qadınlar kişilərlə yanaşı fəzilət müsabiqəsinə çıxdılar.
Hətta bəzi sahələrdə qadınlar irəli çıxdılar və insani, məntiqi hüquqlarını geri
qaytardılar.
Həzrətin müasiri olan qadınlar ictimai-siyasi, hətta hərbi sahələrdə iştirak
üçün fürsət tapdılar. Müharibələrdə islam qoşununda qadınlar yardımda, hətta
döyüşlərdə iştirak edirdilər. Elm və mədəniyyətcə o qədər yüksəlmişdilər ki,
rəhbərin hüzuruna gedib, müxtəlif məsələlər barədə söhbətlər aparırdılar. Hətta
sualların çoxu azadlıq, məhdudiyyətlər, müxtəlif sahələrdə iştirak etmə kimi
əsas məsələlərə aid olunurdu. Yezid qızı əsmanın peyğəmbərlə söhbəti buna bariz
nümunədir. Əsma bir dəstə qadının nümayəndəsi kimi həzrətin (s) hüzuruna gedib,
qadın azadlığı, kişilərlə olan fərqlər barədə o qədər gözəl sual verdi ki, həm
peyğəmbəri, həm də onun yaxınlarını əhsən deməyə vadar etdi.
Rəsulullah (s) cəmiyyəti qadınların istedadının, mədədniyyətinin, sənətinin
inkişaf ocağı idi. Bu risalət kişilərlə yanaşı qadınlar üçün kəramət, şərafət,
azadlığı hədiyyə gətirdi. Bu cəmiyyət quru, yersiz məhdudiyyətlər qoymadı.
Qoyulmuş məhdudiyyətlər qadınların və cəmiyyətin iffətinin hifzi üçün idi.
Kəramət qorunduğu üçün istedadlar çiçəklənirdi. Qadının cəmiyyətə çıxmasının
çətinlikləri vardır. Müasir dünya qadınların cəmiyyətdə iştirakı ilə deyilənlərə
şahid olmuşdur. Rəsulullah (s) qadınlara azadlığı kəramətlə bir yerdə vermişdir.
Onların ictimai-siyasi həyatda iştirakı öz hüquqlarını qorumaq məqsədi daşıyır.
İslami azadlıq bu günkü azadlıqla eyniləşdirilə bilməz. Bu günkü dünya azalıq və
qadın hüquqları adı altında heyvani bir azadlıq təqdim edir. Qadının kəraməti
müxtəlif yollarla ayaq altında tapdalanır. Bu günkü azadlıq öz iqtisadi
təbliğatında qadın iffətini alçaldaraq ondan vasitə kimi istifadə edilir. Bu
azadlıq deyil. Bu yataq otağını küçəyə çıxarmaq, insani həyatı boğmaqdır! İffət
və kəraməti ərsəyə çıxarmaq ilahi dəyərdir və Rəsullah (s) bu azadlıqla fəxr
edir.
DƏYƏRLİ FÜRSƏTLƏR
İslami qurumun təşkili ilə uyğun dəyərlərin gerçəkləşməsi üçün əlverişli şərait
yaranır. Bu qurumda siyasi müdiriyyət və qadın cəmiyyəti olduqca ayıq olmalıdır.
Bu fürsət qənimət bilinməlidir. Qərarlar islamın proqramları və peyğəmbərin
göstərişləri əsasında həyata keçməlidir. Qərbpərəstlərin hamıya aydın olan
ideallarına diqqətli olmaq lazımdır. Eləcə də, yersiz təəssüb və
məhdudiyyətlərdən çəkinmək lazımdır. Qadınlarla münasibətdə islam elə təqdim
olunmalıdır ki, cəmiyyət islamdan qaçsın. Diqqətli olmaq lazımdır ki, dindən
uzaqlaşmanın əsas səbəblərindən biri həmin bu yersiz məhdudiyyətlərdir. Bu günkü
qərbdən yorulmuş baxışlar böyük ümidlə islami dəyərlərə dikilmişdir. Siyasi və
ictimai, qurumların mədəniyyət qurumlarının mühüm öhdəçiliklərindən biri qadın
dəyərinin qorunması və cəmiyyətdə qadın fəallığının təşkilində ilahi dinin
gücünü göstərməkdir.
RƏSULULLAH (S) VƏ ƏDƏBLƏR
ƏDƏBİN MƏNASI
ədəb ağıl və şəriət nəzərincə əməl edilməsi gözəl rəftarlardan biridir. Ədəb
üstünlükləri olan rəftarda gerçəkləşir. Məsələn, oturmağın müxtəlif formaları
vardır. İnsan iki dizi üstə və ya ayaqlarını uzatmış halda otura bilər. Bəzi
oturuşlar ədəbə uyğundursa, bir qism oturuşlar ədəbsizlikdir. Aydın olur ki,
ədəbli rəftarın iki xüsusiyyəti vardır. Əvvəla, ədəb insan rəftarının sifətidir.
İkincisi, ədəb saleh və mübah (icazə verilmiş) rəftarın sifətidir. Əvvəlki
xüsusiyyətə görə ədəb əxlaqdan ayrılır. Çünki əxlaq ruhun sifətidir və insanın
möhkəm ruhiyyəsi əxlaq adlanır. İkinci xüsusiyyətə görə ədəb caziz işlərə
aiddir. Hara işi ədəblə yerinə yetirmək olmaz. Ədəb bəyənilmiş rəftara xasdır.
Əgər rəftarın əsası bəyənilməzdirsə, o, ədəbli surət ola bilməz.
Bundan əlavə, əgər əxlaq sabit iş olsaydı, bütün cəmiyyətlərdə onun ölçüsü eyni
olmalı idi. Lakin ədəb ictimai işlərdə nisbi, mühitin ənənələrinə tabe ola
bilər. Eyni bir rəftar sabit meyarlardan bəhrələnsə də bir mühitdə ədəbli,
digərində ədəbsiz sayıla bilər. Bütün hallarda ədəbin əsası əqidə və insan
əxlaqıdır. Bir cəmiyyətin adət ənənələri onun etiqadını əks etdirir. Ədəb və
əxlaq arasında mövcud fərqləri nəzərə alaraq ədəbi ayrıca nəzərdə keçirməli
olur.
PEYĞƏMBƏRİN ƏDƏBİ
Hər bir insanın ədəbi onun tərbiyəçisindən asılıdır. Hər bir şəxs öz ədəbini
ictimai ünsiyyətlərdə göstərir. Tərbiyyəçi nə qədər üstün olarsa, başqalarına da
yaxşı ədəb öyrədər.
Peyğəmbərlərin (s) tərbiyəçisi Allah-taala olduğundan onların ədəbi ən üstün
ədəbdir.
«Allah-taala öz peyğəmbərini üstün ədəbli etmişdir» («Kafi»
3-ci cild). Allah öz peyğəmbərlərini, xüsusilə də Rəsulullahı (s) ən əqidəli, ən
əxlaqlı, ən ədəbli qərar vermişdir. Həzrət bütün sahələrdə başqaları üçün
nümunədir. Bu hissədə uyğun məsələyə toxunuruq.
İCTİMAİ ƏLAQƏLƏR
İlahi dinlər insanı ictimai rabitələrə rəğbətləndirir. Bu xüsusiyyət islamda
daha qabarıq nəzərə gəlir. İslam insanlara tərkidünyalığı, cəmiyyətdən kənara
çəkilməyi qadağan edir. Dini və qeyri-dini olmaqla cəmiyyt iki hissəyə ayrılır.
Qeyri-dini mühitdə əlaqə, ünsiyyət yaradılması rədd olunub. İnsanı üsullar
əsasında rabitə yaratmaq bəyənilir. Küfr, nifaq dəstəsi ilə rabitələr dini
baxımdan rədd edilmişdir. Fitnəkarlarla ünsiyyət saxlamaq olmaz.
Dində ünsiyyət, rabitə, səmimiyyət göstərişi verilir ki, dini cəmiyyət bir
ailənin üzvləri kimi olsunlar.
«Ey iman gətirənlər, səbr edin, dözün, hazır
olun» («Ali-imran» 200). Din cəmiyyətə qardaşlıq göstərişi verir. İslam
dini bir yığını bir-birinə bağlı ailə adlandırır.
«Möminlər bir-birləri ilə
qardaşdırlar» («Hücürat» 10).
RABİTƏLƏR VƏ MEYARLAR
Din ünsiyyətlərin yaranmasında öz tövsiyələrini verir. Qeyri-dini qurumda
rabitələrin meyarı cəmiyyətdə möhtərəm sayılan insan hüquqlarıdır. Məsələn,
müqavilələrə hörmət, əmanətçilik, doğru danışıq, eləcə də xəyanət və zülmdən
çəkinmək. Din bu barədə buyurur:
«Xalqla insani meyarlar əsasında rəftar et
– istər müsəlman olsun, istərsə dinsiz!» «Bəqərə» surəsində buyurulur: «Xalqla
yaxşı rəftar et». «Nəhcül-bəlağədən» oxuyuruq:
«Xalqla mehribanlıqla
dolu qəlblə rəftar et. Çünki xalq iki dəstədir – ya sənin din qardaşındır, ya da
yaranış yoldaşın». Əgər din qardaşın olmasa da, sənin kimi bir insandır.
Onların insani hüquqları möhtərmdir.
Din bütün cəmiyyətlərdə hamıya aid olan möhkəm meyarlar müəyyən edir. Başqaları
üçün pislik arzulama, özün üçün arzuladığını başqaları üçün də arzula!
(«Üsule-kafi» 2-ci cild).
XOŞÜZLÜLÜK
Bu meyarların çiçəklənməsində Rəsulullahın (s) üsulu hamı üçün nümunədir. O,
ictimai münasibətlərdə insani və ilahi hüquqlara həyat verdi. O, xalqla xoş
üzlə, şirin rəftar edir, kin və acılıqdan çəkinirdi. («Bihar» 16-cı cild).
O, başqaları ilə qarşılaşanda birinci salam verərdi. Salam vermək öz
münasibətini bildirməkdir.
EYNİ RƏFTAR
O, insanlara öz rəftarında fərq qoymaz, eyni cür yanaşardı. Varlıya, kasıba fərq
qoymazdı. («Bihar» 7-ci cild). «Hücürat» surəsində buyurulur:
«Ey iman
gətirənlər, sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanımanız
üçün sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız pis
əməllərdən daha çox çəkinənənlərinizdir». Fərq hansı tayfadan olmaqda yox,
hansı fəzilətə malik olmaqdır.
KASIBLARLA BİR SÜFRƏDƏ
Həzrət kasıblara hörmət qoyduğu üçün onların dəvətini qəbu edirdi. Əl görüşəndə
görüşdüyü adam əlini çəkənədək gözlərdi. («Bihar» 7-ci cild). Kimsənin istəyini
rədd etməzdi. Bütün bu rəftarlar həzrətin rəhbər olduğu, xalqla ünsiyyətdə
olduğu vaxta təsadüf edir. Hansı ki, Rəsulullah (s) üçün vaxt olduqca qiymətli
idi. Bəziləri bunu anlamadığından saatlarla həzrətin vaxtını alırdılar. Hətta
onun evi iclarslar məkanına dönmüşdü. Həzrət öz həyasına görə bu adamlara bir
söz demədiyindən Allah-taala bu mövzuda buyuruqlar göndərdi. Rəsulullah (s) bir
şəxslə danışarkən üzünü yana tutmaz, tam üzbəüz danışardı.
DANIŞIQDA ƏDƏB
Danışıq insanlar arasında ən asan və ən ümumi rabitə vasitəsidir. İki insanın
ilk görüşündə bu böyük ilahi nemətdən istifadə etməklə məqsədlər aydınlaşır.
Danışıtın iki gözəlliyi vardır: Biri söhbətin mənası, digəri zahiri
gözəlliyidir. Bir insanın danışığı mənalıdırsa, bu gözəlliyin biridir. Məna ilə
yanaşı zahiri gözəllik də olarsa, hər iki gözəllik əldə edilər. Allah buyuruğu
olan Quran tam halda hər iki gözəlliyə malikdir. «Zumər» surəsində buyurulur:
«Sübhan Allah ən gözəl sözləri nazil etdi. Quran bir kitabdır ki, onun
ayələri bir-birinə oxşar, bir-birinə nəzarət edəndir». Quran özü gözəl
olduğu üçün başqalarına da gözəl danışmaq göstərişi verir.
«Xalqla gözəl
danışın» («Bəqərə» 83).
«Mənim bəndələrimə de ki, daim ən gözəl söz
danışsınlar. Şeytan onları pis danışğa vadar edir ki, düşmənliyə səbəb olsun»
(«İsra» 53). Quran heç bir halda çirkin sözlərə icazə vermir. Hətta
dinsizlərə də pis söz deməyə yol verilmir. «Allahdan qeyrisinə tapınanlarla pis
danışmayın, çünki onlar da nadanlıq üzündən Allahla pis danışırlar» (“Ənam»
108).
Rəsulullah (s) bu ədəbin təcəllisinin kamil nümunəsidir. Onun danışığı dərin,
mənalı, gözəl, biçimli, yerində və təsirli idi. onun danışığında artıq-əksik
olmazdı. («Bihar» 16-cı cild). Artıq kəlmədən çəkinərdi. Danışıq qaydalarına tam
riayət edərdi. Hətta söhbəti özü kəsməzdi ki, qarşı tərəf özü kəssin. Qarşı
tərəf söhbətini kəsənədək həzrət davam edərdi. O, biçimli və aram danışardı.
Danışığı səlis və doğru idi.
Danışarkən qarşı tərəfdən səviyyəsini nəzərə alardı. Danışığı nə qədər dərin,
gözəl, həqiqi olsa da, çox şirin idi. zarafat etsə də, zarafatı həqiqət olardı.
Çox aydın və cazibəli danışardı.
Onun buyuruqlarından bəzilərinə diqqət edin:
«Əl verən əl tutandan üstündür».
«Başqalarına mehribanlıq göstərməyən kəs kimsədən mehribanlıq gözləməməlidir».
«ən üstün mərifət Allahdan qorxudur».
«Vacib əməlləri yerinə yetirən kəs ən abid insandır».
«Xalqın xidmətçisi onun ağasıdır».
«İnsanları yaxşı rəftara çağıran kəs özü yaxşı rəftar edən insan kimidir».
«Xalqı eşitmək Allaha müxalif olmamaqdır».
«Yaxında ehtiyaclı ola-ola (başqasına) sədəqə rəva deyil».
OTURMAĞIN ƏDƏBİ
Başqalarının hüzurunda oturub-durmağın müxtəlif formaları vardır. Bu şəraitdə
ədəbli insanlar ədəbsiz insanlardan seçilirlər. Özünü qurmuş, nəfs istəklərini
cilovlamış insanlar başqalarının hüzurunda ədəbli əyləşirlər. Süst və iradəsiz
insanlar isə ayaqlarını müxtəlif cür uzadıb yığaraq ədəbsiz halda otururlar.
Rəsulullah (s) bu sahədə də başqaları üçün bir örnəkdir. O, oturub-durarkən daim
Allahı zikr edərdi, heç vaxt oturmaq üçün xüsusi bir yer nəzərdə tutmazdı.
çalışardı ki, məclisin aşağı hissəsində əyləşsin. («Bihar» 16-cı cild). Onun
hörmətinə kimsənin ayağa durmasını sevməzdi əgər bir şəxs onun hörmətinə
başqalarının ayağa durmağını gözləyirsə, demək özünü yuxarı tutur və bu da
günahdır. Ona görə də belə şəxs cəhənnəm oduna düçar olacaqdır.
«Onun üçün
ayağa durulmasını istəyən adamın yeri oddur» («Bihar» 76-cı cild).
Həzrət adətən üzü qibləyə oturardı. («Bihar» 16-cı cild). O, özü üçün yer
hazırlamaqdan çəkinər və başqalarını da bu xudpəsənd işdən çəkindirərdi. Həzrət
oturarkən söykənib, təkyələnib oturmazdı. O, üç cür oturardı: (ərəbi) təşəhhüd
halındakı kimi iki dizi üstə, ya da bir ayağını yığıb, o birini onun üzərinə
qoyardı. («Bihar» 16-cı cild).
YEMƏYİN BƏZİ QAYDALARI
Ruhun qidalanması kimi cismin də qidalanması insan üçün bir vəzifədir. Cismin
münasib qidalarla və vitaminlərlə təmini bədən enerjisini saxlamaqla yanaşı, onu
xarici amillərin təsirinə qarşı müqavimətli edir. Sadə və vitaminli qidalar
enerjini və sağlamlığın təmini üçün çox münasibdir. Qidaların azlığı, eləcə də
həddindən artıq qidalanma orqanizmə dağıdıcı təsir göstərir. Bu məsələlərin
araşdırılması mövzumuzdan kənardır. Sadəcə bunu bilmək lazımdır ki, insanın
psixoloji durumu və qidalanma qaydalarına əməl olunması insanın sağlamlığında
əhəmiyyətli rol oynayır. Bütün sahələrdə insana yol göstərən din bu sahədə də
ona heyvandan fərqli ilahi ədəblər tövsiyə edir. Quran təam barəsində buyurur:
«İnsan öz təamına nəzər salmalıdır» («Əbəs» 24). Ayə bu mənada ola
bilər ki, insan yediyini halal və ya haram olmasına diqqət yetirməlidir. Bu
insanın ruhi halı ilə bağlıdır ki, insan yediyinə baxmayanda dad bilmir.
əhli-beyt və pak itrət bu ayənin təfsirində ruhun qidasını da əlavə edirlər.
İmam Baqirdən (ə) nəql olunub ki,
«elminizin mənbəsi barədə, onun harada
qidalanması haqqında düşünün» («Təfsire Safi» 2-ci cild). Əslində bu ruhun
qida ilə təmini üçün bir göstərişdir.
Digər diqqət ediləsi məsələ təma yeyərkən bu nemətlərin sahibi olan
Allah-taalanın yad edilməsidir. Allahın zikri ruhun ilahiliyi və sakitliyinə
səbəb olur. Allahın zikri ilə yeyilən təam daha dadlı olub, bədənə daha yaxşı
cəzb olunur və sağlamlığı təmin edir. Rəsulullah (s) yolu istəklərinin təminində
insan kimi yaşamaq istəyənlərə göstərişdir. Deyilənlərdən əlavə yemək zamanı
diqqət ediləsi bəzi nöqtələr vardır.
Həzrət süfrə kənarında təvazökar bir bəndə kimi oturardı. Bədənin ağırlığını sol
omba üstünə salardı. Yeyərkən təkyələnməzdi. («Mustədrak» 16-cı cild). «Allahın
adı ilə başlar, iki loxma arasında Allahı zikr edərdi». Deyilənlər insanın
diqqətini nemətlərin sahibinə yönəldir. O, heç vaxt çox yeməz, əlini bir təama
uzadanda buyurardı:
«Allahın adı ilə, Xudaya, bizim üçün mübarək buyur»
(«Bihar» 16-cı cild). Heç bir yeməyi pis saymazdı. Meyli olanda yeyər, olmayanda
yeməzdi. Həzrət təklikdə yeməyi xoşlamazdı.
«Onun üçün ən yaxşı təam cəm
halda olan təam idi». Yeməyə hamıdan qabaq başlayar və hamıdan sonra əlini
süfrədən çəkərdi. Məqsəd başqalarını tələsdirməmək idi. Süfrədə öz qarşısında
olanlardan yeyərdi. Qaynar xörək yeməzdi. Yediyi arpa çörəyi tək sadə təamlar
olardı. Heç vaxt buğda çörəyi yeməzdi. Xurma kimi qüvvəli şeylərlə meylli idi.
(«Bihar» 16-cı cild).
İÇMƏYİN QAYDALARI
Burada da ilahi qaydalara riayət edərdi. Allahın adı ilə başlayardı. Suyu
birnəfəsə içməzdi. Hər dəfə «Bismillah» deyərək üç dəfəyə qəbul edərdi.
Birnəfəsə su içmək böyrəyə zərərdir və qarının böyüklüyünə səbəb olur. Buyurardı
ki, «dünya və axirətdə ən içki sudur» («Bihar» 16-cı cild). Artıq bu gün uyğun
kəlamların mənası aydın olur. Sağlamlıqda suyun böyük rolu vardır. Heç bir içki
suyu əvəz edə bilməz. Su bir çox xəstəliklərin dərmanıdır. Bu gün su müalicəvi
su adı ilə yad edilir.
YATMAĞIN QAYDALARI
Yuxu bağlı bir hadisə olsa da, adi bir hal kimi görünür. İnsan daim bu nemətdən
faydalanır və Allah-taala insanın yorğunluğunu yuxu vasitəsilə çıxarır.
«Yuxunuzu sakitlik səbəbi qərar verdik» («Nəba» 9). İlk baxışdan qəribə heç
bir şey yoxdur. Lakin yuxu insan üçün digər bir həyatdır. Yatarkən yuxu
görülməsi insan ruhunun qanadlanmasıdır. Ona görə də rəvayətdə Rəsulullah (s)
yuxunu axirət aləminə, ölümə oxşadır. «Yuxu ölüm kimidir» («Bihar» 73-cü cild).
Allah-taala yuxu haqqında buyurur ki, yuxuda insanın ruhu çıxır və Allahın
yanına qalxır. Allah istədiyi halda ruh elə oradaca qalır və bu hal ölümdür. Yox
əgər ruh geri qayıdarsa, insan yuxudan oyanır.
«Allah onların canlarını
öldükləri zaman, ölməyənlərin canlarını isə yuxuda alar. Ölümünə hökm olunmuş
kimsələrin canlarını saxlayar, digərlərinin canlarını isə müəyyən bir müddətədək
qaytarar» («Zumər» 42). Aydın olur ki, bütün xüsusiyyətləri bilinməsə də
yuxu yalnız yorğunluğun çıxarılması məqsədini daşıyan sadə bir şey deyil.
əgər yuxu insan üçün başqa bir həyatdırsa, onun qaydaları və göstərişləri
olmalıdır. Din bu sahədə yol göstərir. Rəsulullah (s) və digər din
rəhbərlərindən nəql olunub ki, insan dəstəmazlı halda və üzü qibləyə yatmalıdır.
(«Bihar» 73-cı cild).
«Dəstəmaz alıb yatan kəs yuxuda ölərsə, şəhiddir».
Din tövsiyyə edir ki, istər yuxu, istərsə oyaqlıq zamanı Allahı
unutmamalıdır. Ona görə də çox təkid edilib ki, yuxu zamanı imkan daxilində bəzi
zikrlər və Quran ayələri oxunsun. Məsələn, «Ayətəl-kürsi», «Tövhid», «Təkasür»,
«Vaqeə» surələri, «Şəhid əllah» ayəsi qiraət edilsin. Peyğəmbərdən sifariş
olunub ki, həzrət Zəhra (ə) təsbihatı deyilsin.
Həzrət yuxudan oyanandan sonra səcdə edər, bu duanı oxuyardı:
«Həmd olsun o
Allaha ki, bizi yatağımızdan qaldırdı. Əgər istədiyi, qiyamətədək yataqdaca
saxlardı». Həzrət yatmazdan qabaq və oyanandan sonra misvak çəkərdi (dişini
təmizlərdi). («Bihar» 73-cı cild).
ÜZÜ QİBLƏYƏ YATMAQ
Üzü qibləyə yatmağın necəliyində iki baxış vardır. Bəzilərinin fikrincə ayaqlar
üzü qibləyə olmalıdır. Necə ki, insan canvermə halında üzü qibləyə uzadılır.
İkinci baxışa əsasən qəbirdəki kimi qiblə istiqamətində sinə, qarın
dayanmalıdır. Bir çox rəvayətlər ikinci baxışı təsdiqləyir. Rəvayətə görə hərzər
yatanda sağ tərəfi üstə yatar və sağ əlini sağ üzünün altına qoyarmış. Bu digər
bir rəvayətdə də nəql olunmuşdur. Bu təbir əlidən (ə) də eşidilmişdir. Çoxları
birinci baxışı seçsələr də ikinci baxış daha real görünür. Əgər həzrət üzü
qibləyə yatırmışsa, bu o zaman mümkün olur ki, o, sağ tərəfi üstə yatmış olsun.
BƏZİ DİGƏR QAYDALAR
Həzrətdən (s) nəql olunmuş qaydalar çoxdur. Həzrət minikdə olanda kimsənin onun
yanınca piyada getməsinə icazə verməzdi. Necə olar ki, bir insan rahatca at
belində getsin, o biri isə min bir əziyyətlə onun ardınca sürünsün?! Bu hal
insanın özünü üstün tutmasından danışır. Həzrət yol gedərkən başıaşağı, vüqarlı,
iti gedərdi. Özünü aciz, süst göstərməzdi. Oturanda ətrafdakılar dövrə vurub
oturardılar. Ağ rəngli libaslar geyər və bunu başqalarına da tövsiyyə edərdi.
Buyarardı ki, ölülərinizi də ağ parçaya bükün. Daim səliqəli və ətirlənmiş
olardı. Ətir ehtiyatı yemək ehtiyatından çox olardı. Başqa bir hədisdə deyilir
ki, mömini ətirləmək üçün su kifayətdir. Ətir almağa qadir olmayan adam
bədənini, libasını yumaqla ətirlənə bilər. («Vəsail» 2-ci cild). Xüsusi ilə də
yay fəslində insan bədəni tez iylənir. Əgər qaydasınca yuyunsa, ayaqlarını yuyub
corabını dəyişsə, heç vaxt başqaları onun qoxusundan narahat olmaz. Daim dişini
yuyar, misvak çəkərdi. Rəvayətə görə misvakla iki rəkət namaz yetmiş rəkət
misvaksız namazda üstündür. Kimsədə eyb axtarmaz, kimsənin sirri ilə
maraqlanmazdı. Sükutu dörd qism idi. Dözüm, huşyarlıq, hamıya eyni nəzər salma,
təfəkkür. Bir şəxslə danışanda üzbəüz dayanardı. Kimsəni incitməz, üzürünü tez
qəbul edərdi.
Gülümsənərdi, amma qəhqəhə çəkməzdi. Zahirinə diqqətli idi. evdən çıxanda
güzgüyə baxar, saçını darayıb, qaydaya salardı. Yalnız bu halda bir yerə gedər
və bu qaydaları başqalarına da tövsiyyə edərdi. («Vəsail» 81-ci cild).