







Bizim məscidin icərisi müasir daş pilitələrlə döşəndiyindən köhnədən qalma həsirlərə ehtiyacımız yoxdur. Onlari başqa məscidə versək də onların da buna ehtiyacı olmaz. Lakin elimizin bir adəti var ki, meyyiti qəbrə qoyandan sonra üzərinə düzülən ağacların üstündən bir həsir də sərilir, sonra isə torpaq tökülür. Məscidimizin köhnə həsirlərini qəbirlərə qoymaq adıyla qəbirstanlığa satıb onun pulunu məscidimizə sərf edə bilərikmi ?
Salamun əleykum.
Sualınıza əsasən o həsirlər məscidə lazım deyildir. Və digər məscidlərə də lazım deyildir. Onları sata və qiymətinə məscidə lazım olan xalça və yaxud digər avadanlıq ala bilərsiniz.
Ayətullah M.C.F. Lənkərani.
Əziz və
və möhtərəm Şeyx Muhəmməd Cavad Lənkərani cənabları!
Sizləri Azərbaycandan salamlayırıq. Sualımız, məzhəbləqarası yaxınlaşma ilə
əlaqədar olacaqdır. Hörmətli alim!
Vahid ümmət olan İslam ümmətinin bu günkü vəziyyəti heç də ürək açıcı
deyildir. Bunun bir çox səbəbləri var. Başlıca səbəblərdən biri məzhəblər
arasında ixtilaf və təfriqələrin daha da qızışdırılması və qabardılmasıdır.
Bir sözlə, bunun səbəbi vəhdətin yoxluğudur. Sizin fikrinzcə, məzhəblərarası
yaxınlaşmanın təmin olunması üçün hansı maneələr aradan qaldırılmalıdır.
Yəni, qısa şəkildə ifadə etsək, vəhdətin yaranmasında problemlər və həlli
yolları nədən ibarətdir. Bunlar hansı problemlərdir ki, “VƏHDƏT ƏSRİ”-nin
gerçəkləşməsinin qarşısını alır?
Təşəkkür edirik.
Salamun əleykum.
Sizə və bütün Azərbaycan müsəlman və şiələrinə salamlarım var. Ümidvaram ki, Əhli beyt məktəbi bu ölkədə gündən-günə güclü və var olsun. Işarə etsiyiniz məsələ çox mühüm və eyni zamanda dəqiq və zərif bir məsələdir. Və onun müxtəlif guşələrinə diqqət yetirmək lazımdır. Şübhəsiz ki, müsəlmanlar arasında vəhdətə yetişmək üçün birinci növbədə məzhəblərin (təriqətlərin) alimləri bu məsələnin zəruriliyinə diqqət yetirəlidirlər. Onlar iftiralardan və yalançı böhtanlardan çəkinməlidirlər. Şiələr və onların böyük alımləri yüz illərdir ki, Quranın təhrif olunmadığını fəryadla hamıya çatdırırlar. Amma əhli-sünnənin bəzi alimləri bir nəfərin sözlərinə istinad edərək bütün şiələrin quranın təhrif olduğuna etiqad bəslədiklərini deyirlər. Təəssüflər olsunki, son illərdə bu mövzuda çoxlu kitablar yazılmış və bu töhməti isbat etmək istəmişlər. Şiə və sünnilər arasında ən mühüm təməl Quranı-kərimdir. Bizim etiqadımız budur ki, bu gün bizim əlimizdə olan Quran, peyqəmbər (səlləllahu əleyhi və alihi və səlləm) zamanında Allah tərəfindən ona nazil olmuş kitabdır. Ona görədə təriqət alimləri bu mövzuya daha çox diqqət yetirməlidirlər. Onlar icazə verməməlidirlər ki, müştərək məsələlər də ixtilaflı məsələlərə dönsün.
Ikinci məsələ budur ki, hamı ixtilaflı məsələlərə öz qəti dəlilləri ilə etiqad bəsləmələri ilə yanaşı çalışmalıdırlar ki, bu ixtilaf onların arasında mübahisəyə, dava-dalaşa səbəb olmasın. Biz bu qənaətə gəlmişik ki, sionizm geniş şəkildə çalışır ki, hər iki tərəfin alimlərindən, onların məqamından və fitvalarından bir-birinin əleyhinə istifadə etsin. Diqqət edin ki, hər neçə müddətdən bir Ərəbistan alimləri şiələrin kafir olduqlarına fitva verirlər. Bunlar necə və nəyə görə sadir olur? Nəyə görə bunlar Livanın Hizbullahı qarşısında da elə mövqe tuturlar ki, Amerika və İzrail də bunu istəyir. Hər halda alimlər islah olmalı və oyanmalıdırlar. Müvəffəq olun.
Ayətullah M.C.F. Lənkərani.
Salam. Mən Azərbaycanda yaşayıram.Burada "HALAL" adıyla satılan (broyler) toyuq, sosiska və kolbasanın hökmünü bilmək istəyirəm.
Əgər bu yazıların yalan olmasına əmin deyilsinizsə, onlardan istifadə edə bilərsiniz. Başqa sözlə əgər satıcı zahirdə islam qaydalarına riayət edən bir insandırsa bu miqdarla kifayətlənə bilərsiniz. Amma satıcı islam qaydalarına riayət etmirsə sadəcə malın üzərində "halal" yazmaqla ona etimad edə bilməzsiniz. Müvəffəq olasınız.
Ayətullah M.C.F. Lənkərani.
Allah
Ayətullah üzma Fazil Lənkəraniyə rəhmət eləsin.
Sual: Mən nisbətən yeni evlənmişəm. Özüm və yoldaşım da işləyirik.
Valideynlərimdən ayrı qalıram , ancaq onların yanına heç olmasa həftədə bir
dəfə gedirəm.Mənim valideynlərim namaz qılmaqdan və xüms verməkdən kənar
insanlardır. Anam az miqdarda təqaüd alır. Atam keçən ilə kimi bir insanla
şərikli olaraq dövlət müəssisəsinə aid olan yeməkxananı icarəyə götürüb
işlədirdilər. Bu yeməkxanada halal yemək və içkiylə yanaşı
donuz,qaban,pullsuz balıqlardan kabablar və cürbəcür məst edici içkilər
satırdılar. Keçən il isə atam öz şərikilə o özəlləşməmiş yeməkxananı böyük
miqdarda pula satdılar. Atam əldə etdiyi pulun da xümsunü vermədi. Mən
ailəmlə valideynlərimin yanına qonaq gedəndə bizə atamın qazancı ilə
hazırlanmış xörəklər təklif olunur. Onlardan biz yeyə bilərikmi? Əgər
yemişiksə nə etməliyik? Ümumiyyətlə bu cür vəziyyətdə Ayətullah üzma Fazil
Lənkəraninin fətvası necədir?
Biz necə edək ki, nə haram yemiş olaq nə valideynlərimiz bizdən inciməsilər?
Sizin onların evlərində yediyiniz yeməyin eybi yoxdur. Bəli, əgər atanızın bütün əmvalı haram yolla əldə olunursa onun evində yemək yeyə bilməzsiniz. Amma sualınıza əsasən orada həm halal yeməklər vardır və həm haram yeməklər. Ona görədə sizin o yeməklərdən istifadə etmənizin eybi yoxdur. Baxmayaraq ki, ehtiyat etmək yaxşıdır. Və bu işi minimuma endirin.(yəni imkan daxilində orada az yemək yeyin) Allah sizi müvəffəq etsin.
Ayətullah M.C.F. Lənkərani.
Bizim suallarımızı kim cavablandıracaq?
Salamun əleykum.
İstifta heyəti həzrət Ayətullah mərhum Fazil Lənkəraninin nəzərlərinə mütabiq olaraq onun oğlu şeyx Cavad Lənkəraninin nəzarəti altında möminlərin şəri suallarına cavab verir.
Suallara cavab bölməsi.
Ayətullah Fazil Lənkəraninin müqəllidləri sizə təqlid etməlidirlərmi?
Salamun əleykum.
Həsrət AyAyətullah Lənkəraninin müqəllidəri onun təqlidində baqi qalsınlar. Və bütün məsələlərdə onun risaləsindən istifadə etsinlər. əgər sualınız olsa bu sayta müraciət edin. Suallarınız onun nəzərlərinə əsasən cavablandırılacaqdır.
Suallara cavab bölməsi.